Məhkəmə qərarları › İş №2(058)-1191/2023

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-1191/2023

14.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-1191/2023 14.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən kecirib, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edildi ki, iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Cavabdeh ünvanı iddia ərizəsində Samux rayon İnstitut qəsəbəsi kimi göstərilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi haqqında olan məlumatdan görünür ki, cavabdehin qeydiyyat ünvanı Gəncə şəhəri, Məhsəti qəsəbəsi,18 ünvandır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddia ərizəsi ərazi aidiyyətinə görə Samux Rayon Məhkəməsinə aid olmadığına görə iddia ərizəsinin icraata qəbul edilərək baxılması mümkün deyildir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla ərazi aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar