Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1200/2023 22.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə İddiaçı MMC aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış ******* saylı alğısatqı müqavilə üzrə 1128 manat əsas borc, 112.80 manat cərimə borcu, 32.41 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən, iddiaçı, 1128 manat dəyərində olan Samsung markalı mobil telefonu cavabdehə satmışdır. Cavabdeh 1128 manat məbləğində pulu hissə-hissə olmaqla hər ay İddiaçı MMC-nə ödəməyi öhdəsinə götürmüş, mobil telefon akt tərtib olunmaqla cavabdehə təhvil verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Alqı-satqı müqaviləsinin 11-ci bəndinə uyğun olaraq tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsi barədə danışıqlar aparılmış, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq borclu müxtəlif bəhanələrlə müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Samsung Galaxy A7 2018 markalı mobil telefonun qiymətini (1128 manat) 12 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 8.1-ci bəndinə əsasən alıcı satılan əşyanın qiymətini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər gün üçün 1 faiz cərimə ödəyir. İş materiallarına əlavə edilmiş maliya arayışından (yekun borcuna dair) görünür ki, borclu Cavabdeh xx.xx.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2023cü il tarixə əsas borcu 1128 manat, cərimə borcu 112.80 manat təşkil edir. İş materiallarına əlavə olunmuş pretenziya məktubundan görünür ki, Cavabdeh alqısatqı müqaviləsi üzrə banka olan borcunu və hesablanmış cəriməni ödəməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, müqavilə üzrə ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də məhkəmə cavabdehdən müqavilə üzrə aldığı malın dəyəri qismində 1128 manat pulun tutulmasını əsaslı hesab edir. İddiaçının dəbbə pulu tələbi ilə bağlı məhkəmə qeyd edir ki, gecikdirilən ödəniş məbləği və gecikdirilmiş günlərin sayı nəzərə alınmaqla iddiaçının dəbbə pulu tələbinin müqavilə şərtlərinə uyğun olduğu müəyyən edilir. Bununla belə məhkəmə cavabdehin öz şəxsi tələbatını ödəmək üçün mal alan fiziki şəxs, iddiaçının isə kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olmasını, eləcə də iddiaçının əmlak mənafelərini nəzərə alaraq tələb edilən dəbbə pulu məbləğinin tənasübsüz dərəcədə yüksək hesab edir və həmin məbləğin azaldılaraq 60 manat müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 32.41 manat dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq 31,88 manat hissəsinin əvəzi iddiaçının xeyrinə köçürülməsi üçün Cavabdeh tutulmalıdır. Beləliklə, iddia qismən təmin edilməli və cavabdehdən nisyə alqı-satqı müqaviləsi üzrə 1128 manat ödənilməmiş hissə, 60 manat cərimə və 31,88 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə 1128 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31,88 manat, cəmi 1219.88 (min iki yüz on doqquz manat, səksən səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-1200/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1200/2023
22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver