Məhkəmə qərarları › İş №2(058)-1218/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1218/2023

20.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1218/2023 20.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, JN-181A KOD 40501018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmilər. Ərizə onunla əsaslanıdrılmışdır ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 18 saylı qərarı ilə 0,30 ha pay torpaq sahəsi ərizəçilərin və digərlərinin mülkiyyətinə verilmişdir. Sözügedən torpağa dair onun mülkiyyət hüququnu təsdiq edən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-181A KOD 40501018 saylı şəhadətnamədə Ərizəçi2 ata adı texniki olaraq səhvən “Həsən” kimi qeyd olunmuşdur. Ona məxsus şəxsiyyət vəsiqəsində onun soyadı, adı və ata adı Ərizəçi2 kimi qeyd olunmuşdur. Bu səbəbdən qeyd olunan torpağa dair mülkiyyət sənədi ilə şəxsiyyətini təsdiq edən sənəd arsında uyğunsuzluq yaranmışdır. Ərizəçi1 isə soyadı mülkiyyət sənədində Qurbanova kimi qeyd olunmuşdur. Ona görə də, sözügedən mülkiyyət sənədinin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi1 bildirdi ki, onun nikaha daxil olmamışdan əvvəl soyadı Qurbanova olmuş, nikaha daxil olduqdan sonra isə o, ərinin soyadını qəbul etmiş və hazırda soyadı Məhərrəmovadır. Ona görə də onun şəxsiyyət vəsiqəsindəki soyadı ilə sözügedən mülkiyyət sənədindəki soyadı arasında uyğunsuzluq yaranmışdır. Hesab edir ki, bu hal ona sözügedən torpağa mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması zamanı maneçilik yaradacaq. Ona görə də ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, Ərizəçi2 onun qonşusudur, torpağın mülkiyyətə verilməsinə dair müvafiq şəhadətnamədə qeyd olunan mülkiyyətçilərdən Vüsalə Qurbanova Ərizəçi2 qızıdır. Həmin mülkiyyət sənədində Ərizəçi2 atasının adı səhvən “Həsən” kimi qeyd olunub, halbuki onun atasının adı Taryeldir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, Ərizəçi2 çoxdan tanıyır, belə ki, onlar qonşudurlar. Torpağın mülkiyyətə verilməsinə dair müvafiq şəhadətnamədə qeyd olunan mülkiyyətçilərdən Vüsalə Qurbanova Ərizəçi2 qızıdır. Həmin mülkiyyət sənədində Vəsilənin atasının adı Taryel əvəzinə səhvən “Həsən” kimi qeyd olunub. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-Q-00xxxx/2023 nömrəli bildirişin surətindən görünür ki, qeyd olunan düzəlişlərin aparılmasından imtina edilmiş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunacağı təqdirdə qanunauyğun tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan JN-181A KOD 40501018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 18 saylı qərarı ilə 0,30 hektar pay torpaq sahəsi Ərizəçi2, X2 və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, JN-181A KOD 40501018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mülkiyyətçi Ərizəçi2 ata adı “Taryel” əvəzinə səhvən “Həsən” kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə nikaha daxil olub, nikah bağlandığdan sonra ona Məhhərəmova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, JN-181A KOD 40501018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi Ərizəçi2 ata adı “Taryel” əvəzinə səhvən “Həsən” kimi göstərilmişdir. Həmin sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş aqrar-islahat komissiyaları artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Ərizəçi X7 isə xx.xx.2021-ci il tarixdən rəsmi nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra isə Məhhərəmova soyadını qəbul etmişdir. Nikah haqqında şəhadətnamə Ərizəçi1 soyadının əvvəl Qurbanova olduğunu, nikahaha daxil olduqdan sonra isə ona Məhərrəmova soyadının verildiyini təsdiq edir və bu hal hüquq müəyyən edici sənədin ona məxsus olması faktını inkar etmir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə, Ərizəçi2 münasibətdə təmin edilməli və JN-181A KOD 40501018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona məxsus olması faktı müəyyən edilməlidir. Sözügedən hüquq müəyyən edici sənədin Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsinə əsas olmadığından ərizə həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 18 saylı qərarına əsasən X3, X1, X4, X8, Ərizəçi2 Həsən qızının, X5 və X2 adına verilmiş JN-181A KOD 40501018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar