Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-122/2023 20.02.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X28 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi1 və ərizəçilərin nümayəndəsi, vəkil X3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına” dair ərizəsi üzrə mülki işə Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-cı il tarixli 181 saylı qərarı ilə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-812, KOD 50400068 nömrəli, JN-063G, KOD 50703028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onlar bacı-qardaş olmaqla, Samux rayonu, Alabaşlı qəsəbəsində yaşayırlar və onlara Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-cı il tarixli 181 saylı qərarı ilə ailə üzvlərinə 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir.Həmin dövlət aktında səhvə yol verilərək ərizəçi olaraq Ərizəçi1 adı, soyadı, ata adı X11 yazılmış, digər Ərizəçi2 isə adı İnnarə olduğu halda səhvən “İnarə“ kimi yazılmışdır. Ümumiyyətlə isə nə onların ailəsində, nə də ki, Samux rayon Alabaşlı qəsəbəsində X17 adında insan yaşamır. Həmin yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etdikdə həmin idarədən ona yazılı olaaq torpaq sahəsində mülkiyyətçi adında uyğunsuzluq olduğunu və yanlışlığın aradan qaldırılması üçün məhkəməyə müraxiət olunması bildirilmişdir. Ərizəçi1 ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçilərin nümayəndəsi, vəkil X12 məhkəmə iclasında ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümyəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesb etdi. Məhkəmə Ərizəçi1 və ərizəçilərin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 onun övladlarıdır. Onun üç uşağı var, Vüqar, İnnarə və Naimi. Onun həyat yoldaşı 2020-ci ildə vəfat etmişdir. Ona və onun ailə üzvlərinə Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-cı il tarixli 181 saylı qərarı ilə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Vüqar və İnnarənin ad və soyadlarında yanlışlıq var. Ona və ailə üzvlərinə verilmiş şəhadətnamədə qeyd olunan X15 adlı şəxsi ümumiyyətlə tanımırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirdi ki, o, xx.xx.2003-cü il tarixdən Samux rayonu, Alabaşlı qəsəbə inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində müavin vəzifəsində işləyir. Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-cı il tarixli 181 saylı qərarı ilə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 adı texniki səhv olaraq X1 yazılmışdır. X15 adında adam Samux rayon Alabaşlı qəsəbəsində sakin kimi yazılmamış və qeydiyyatda olmamışdır. Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 181 saylı Qərarı ilə Torpağın Mülkiyyətə verilməsinə dair JN-063 G saylı KOD 50703028 nömrəli Şəhadətnamənin surətindən görünür ki, bu şəhadətnamə Samux Rayonu Alabaşlı kənd sakinləri X4, X7, X14, X16, X8 0.08 ha torpaq sahəsi verilmişdir. xx.xx.1981-ci il tarixdə Xanlar rayonu, Qarayeri qəsəbə sovetliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X9 ilə X5 birgə nikahlarından 05 may 1981ci il tarixdə Ərizəçi1 anadan olmuşdur. xx.xx.1986-cı il tarixdə Xanlar rayonu, Qarayeri qəsəbə sovetliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X9 ilə X5 birgə nikahlarından 09 iyul 1986cı il tarixdə Ərizəçi2 anadan olmuşdur. xx.xx.2022-ci il tarixdə Samux Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 88 nömrəli arayışdan görünür ki, Samux rayonu, Alabaşlı qəsəbə sakini Ərizəçi1 və ailə üzvlərinə Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixdə, 181 nömrəli qərarı ilə verilmiş 0.08 ha həyətyanı torpaq sahəsini təsdiqləyən JN-063 G saylı KOD 50703028 nömrəli Şəhadətnamədə mülkiyyətçilərin soyadı, adı və ata adı qeyd olunan səhifədə Ərizəçi1 adı, soyadı, ata adı texniki səhv olaraq-“X15” kimi yazılmışdır. Lakin ailə üzvlərinə Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 181 saylı Qərarı ilə verilmiş 0.08 ha pay torpaq sahəsini təsdiqləyən JN-063 G saylı KOD 50703028 nömrəli Şəhadətnamədə də öz əksini tapmış şəxslərin ailə üzvlərinin soyad, adı və ata adının düzgün yazılışı – Ərizəçi1dur. Əsas şəxsiyyət vəsiqəsi AZE 15481856, FİN 1VETW4M və Vİİİ-ЖГ № 291635 nömrəli doğum haqqında şəhadətnamədə dügün yazılışı öz əksini tapmışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Ərizəçi1 ünvanlanmış bildirişdən görünür ki, Samux rayonu, Alabaşlı kəndində yerləşən fərdi yaşayış evi üzərində xx.xx.2022-ci il tarixli ərizəyə baxılmış və daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilməsi bildirilmişdir. xx.xx.2022-ci il tarixdə Samux Rayon İcra Hakimiyyəti başçısının Alabaşlı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 313 nömrəli arayışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Ərizəçi1 adı Samux rayon AİK-nin xx.xx.1997-ci il tarixli 181 nömrəlıi qərarı ilə verilmiş Samux rayon Alabaşlı qəsəbəsində yerləşən JN-063 G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq X2 yazılmışdır. Onun adının düzgün yazılışı Ərizəçi1dur. X15 adında adam Samux rayon Alabaşlı qəsəbəsində sakin kimi yazılmamış və qeydiyyatda olmamışdır. xx.xx.2022-ci il tarixdə Samux Rayon İcra Hakimiyyəti başçısının Alabaşlı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 313 nömrəli arayışdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Ərizəçi2 qızəının adı Samux rayon AİK-nin xx.xx.1997-ci il tarixli 181 nömrəlıi qərarı ilə verilmiş Samux rayon Alabaşlı qəsəbəsində yerləşən JN-063 G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq X6 yazılmışdır. Onun adının düzgün yazılışı Ərizəçi1dur. X20 adında adam Samux rayon Alabaşlı qəsəbəsində sakin kimi yazılmamış və qeydiyyatda olmamışdır. xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X10 17 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-cı il tarixli 181 saylı qərarı ilə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-812, KOD 50400068 nömrəli Şəhadətnamənin surətindən görünür ki, bu şəhadətnamə Samux Rayonu Alabaşlı kənd sakinləri X4, X7, X14, X16, X8 0.08 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında Ərizəçi1 və ərizəçilərin nümayəndəsinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 181 saylı Qərarı ilə Torpağın Mülkiyyətə verilməsinə dair JN-063 G saylı KOD 50703028 nömrəli və JN-812, KOD 50400068 nömrəli Şəhadətnamələrdə səhvən ərizəçilərin adı “X15 və X20” kimi yazılmışdır. Məhkəmə hesab edir ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 181 saylı Qərarı ilə Torpağın Mülkiyyətə verilməsinə dair JN-063 G saylı KOD 50703028 nömrəli və JN-812, KOD 50400068 nömrəli Şəhadətnamələrin “Ərizəçi1 və Ərizəçi2” məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 181 saylı Qərarı ilə Torpağın Mülkiyyətə verilməsinə dair JN-063 G saylı KOD 50703028 nömrəli və JN-812, KOD 50400068 nömrəli Şəhadətnamələrin “Ərizəçi1 və Ərizəçi2” məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-122/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-122/2023
20.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver