Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-123/2024 25.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi hüquq müəyyənedici sənədin ona və ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-071A KOD 50702038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslanıdrılmışdır ki, Samux rayon Bağbanlar kəndi ərazisində 0.18 ha pay torpaq sahəsi ərizəçinin və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Sözügedən torpağa dair onun mülkiyyət hüququnu təsdiq edən “Torpağa mülkiyyət hüququna dair” JN- 071A KOD 50702038 saylı dövlət aktında onun ata adı texniki olaraq səhvən “Həbib” kimi qeyd olunmuşdur. Samux rayon VVAQ orqanı tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə və ona məxsus şəxsiyyət vəsiqəsində onun soyadı, adı və ata adı Ərizəçi kimi qeyd olunmuşdur. Bu səbəbdən qeyd olunan torpağa dair mülkiyyət sənədi ilə şəxsiyyətini təsdiq edən sənəd arsında uyğunsuzluq yaranmışdır. Ona görə də, sözügedən mülkiyyət sənədinin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Ərizəçi onun qardaşının yoldaşıdır. Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan mülkiyyətçilərdən X6 onun atasıdır. X7 isə Ərizəçi oğludur. Həmin mülkiyyət sənədində mülkiyyətçi Ərizəçi atasının adı səhvən “Həbib” kimi qeyd olunub, halbuki qardaşı arvadı Leylinin atasının adı Məciddir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Ərizəçi onun qaynının arvadıdır. Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan mülkiyyətçilərdən X7 onun qaynının oğlu, X6 isə onun qaynatasıdır. Həmin mülkiyyət sənədində mülkiyyətçi Ərizəçi atasının adı “Məcid” əvəzinə səhvən “Həbib” kimi qeyd olunub. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-9354/2023 nömrəli bildirişin surətindən görünür ki, qeyd olunan düzəlişlərin aparılmasından imtina edilmiş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunacağı təqdirdə qanunauyğun tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan JN-071A KOD 50702038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarı ilə 0,18 hektar pay torpaq sahəsi Ərizəçi və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Samux Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 310 nömrəli arayışdan görünür ki, JN-071A KOD 50702038 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında mülkiyyətçi Ərizəçi ata adı “Məcid” əvəzinə səhvən “Həbib” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, JN-071A KOD 50702038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi Ərizəçi ata adı “Məcid” əvəzinə səhvən “Həbib” kimi göstərilmişdir. Həmin sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş aqrar-islahat komissiyaları artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-071A KOD 50702038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarına əsasən X2, Ərizəçi Həbib qızının, X3, X1 adına verilmiş JN-071A KOD 50702038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-123/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-123/2024
25.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver