Məhkəmə qərarları › İş №2(058)-126/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-126/2024

06.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-126/2024 06.02.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, ərizəçilər Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsinə dair ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-211A KOD 50700001 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Ərizə onunla əsaslanıdrılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 181 saylı qərarı ilə 0,05 ha pay torpaq sahəsi ərizəçilərin və onların digər ailə üzvünün ümumi mülkiyyətlərinə verilmişdir. Sözügedən torpağa dair onların mülkiyyət hüququnu təsdiq edən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-211A KOD 50700001 saylı şəhadətnamədə mülkiyyətçilərdən Ərizəçi1 ata adı texniki olaraq səhvən “Nədir”, digər mülkiyyətçi Ərizəçi3 adı texniki olaraq səhvən “Elmir” və mülkiyyətçilərdən Ərizəçi2 soyadı texniki olaraq səhvən “Mahmudova” kimi qeyd olunmuşdur. Samux rayon VVAQ orqanı tərəfindən verilmiş şəhadətnamələrə əsasən onların soyadı, adı və ata adı Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 kimi qeyd olunmuşdur. Bu səbəbdən qeyd olunan torpağa dair mülkiyyət sənədi ilə şəxsiyyətlərini təsdiq edən sənədlər arsında uyğunsuzluq yaranmışdır. Ona görə də, sözügedən mülkiyyət sənədinin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verdi və ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Ərizəçi1 onun əmisi, Ərizəçi3 onun əmisi oğlu, digər Ərizəçi2 isə onun əmisi arvadıdır. Onlara məxsus mülkiyyət sənədində Ərizəçi1 ata adı səhvən “Hədir” əvəzinə “Nədir” kimi, Ərizəçi3 adı səhvən “Elnur” əvəzinə “Elmir” kimi və Ərizəçi2 soyadı “Həsənova” əvəzinə səhvən “Mahmudova” kimi qeyd olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Ərizəçi1 onun atası, Ərizəçi3 onun qardaşı, Ərizəçi2 isə onun anasıdır. Onların mülkiyyət hüququnu təsdiq edən sənəddə texniki səhv olaraq anası Ərizəçi2 soyadı “Mahmudova”, atası Ərizəçi1 ata adı “Nədir” və qardaşı Ərizəçi3 adı “Elmir” kimi göstərilmişdir. Həmin hüquq müəyyən edici sənəd atası Ərizəçi1, anası Ərizəçi2, qardaşı Ərizəçi3 və ona məxsusdur. İş materiallarına əlavə olunmuş İ-ИЕ seriyalı, 823334 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1959-cİ il tarixdə doğulmuşdur. İş materiallarına əlavə olunmuş АЗ seriyalı, 676753 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1964-cü il tarixdə doğulmuşdur. İş materiallarına əlavə olunmuş XVİ-ЖГ seriyalı, 405978 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1992-ci il tarixdə doğulmuş Ərizəçi3 atası Ərizəçi1, anası Ərizəçi2dır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli № 3-21-3-33/2- 9012/2023 nömrəli məktubundan görünür ki, qeyd olunan düzəlişlərin aparılmasından imtina edilmiş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunacağı təqdirdə qanunauyğun tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan JN-211A KOD 50700001 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 181 saylı qərarı ilə 0.05 hektar pay torpaq sahəsi Ərizəçi1 Nədir oğlunun, X2, X1 və X3 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Samux Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 259 nömrəli arayışından görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 181 saylı qərarı ilə ümumi mülkiyyətə verilmiş torpağa dair mülkiyyət sənədində mülkiyyətçi Ərizəçi1 ata adı səhvən “Nədir”, Ərizəçi3 adı səhvən “Elmir” və Ərizəçi2 soyadı səhvən “Mahmudova” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, JN-211A KOD 50700001 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi Ərizəçi1 ata adı “Hədir” əvəzinə səhvən “Nədir” kimi, həmçinin digər mülkiyyətçilərdən Ərizəçi2 soyadı “Həsənova” əvəzinə “Mahmudova” kimi və Ərizəçi3 adı “Elnur” əvəzinə səhvən “Elmir” kimi göstərilmişdir. Həmin sənədin ərizəçilərə məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş aqrar-islahat komissiyaları artıq fəaliyyətini dayandırdığından ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçilərə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-211A KOD 50700001 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçilərə məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 181 saylı qərarına əsasən Ərizəçi1 Nədir oğlunun, X2, X1 və X3 adına verilmiş JN-211A KOD 50700001 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar