Məhkəmə qərarları › İş №2(058)-1272/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1272/2023

25.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1272/2023 25.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X16 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, “Torpağın Mülkiyyətə Verilməsinə” JN-117A KOD 50805018 nömrəli şəhadətnamə üzrə mülkiyyətçi “X8” yazısının “Ərizəçi” məxsus olması faktının müəyyən edilməsinə dai qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 dekabr 1997-ci il tarixli nömrəli qərarı ilə Xanlar rayonu, Zurnabad kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinə aid X5, X6, X3, X1 və X4 adlarına JN-117A KOD 50805018 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə” dair şəhadətnamə verilmişdir. “Torpağın Mülkiyyətə Verilməsinə” dair şəhadətnamənin 5-ci sırasında onun soyadı səhvən "Həsənov” kimi göstərilmiş, halbuki, onun soyadı "Rəsulov”-dur. Ümumi istifadədə olan torpaq sahəsi ilə əlaqədar hər hansı bir notariat hərəkətləri həyata keçırilən zaman soyadının səhvən “Həsənov” kimi göstərilməsi problem yaratmış və ona görə də məhkəmə qaydasında həmin səhvliyin düzəldilməsinə ehtiyac vardır. Ərizəçi ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, ərizəçi onun övladıdır. Onlara Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 dekabr 1997ci il tarixli, 15 nömrəli qərarı ilə 0.20 ha torpaq sahəsi verilmişdir. “Torpağın Mülkiyyətə Verilməsinə” dair JN-117A KOD 50805018 nömrəli şəhadətnamədə Ərizəçi soyadı texniki səhv olaraq “Həsənov” kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Ərizəçi onun ögey qardaşıdır. Onlara Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 dekabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə 0.20 ha torpaq sahəsi verilmişdir. “Torpağın Mülkiyyətə Verilməsinə” dair JN-117A KOD 50805018 nömrəli şəhadətnamədə Ərizəçi soyadı texniki səhv olaraq “Həsənov” kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Ərizəçi onun ögey qardaşıdır. “Torpağın Mülkiyyətə Verilməsinə” dair JN-117A KOD 50805018 nömrəli şəhadətnamədə Ərizəçi soyadı texniki səhv olaraq “Həsənov” kimi yazılmışdır. İş materiallarında olan AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1997-ci il tarixdə doğulmuşdur. Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə verilməsinə” dair JN-117A KOD 50805018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Xanlar rayonu, Zurnabad kənd sakinləri X5, X6, X3, X2 və X4 mülkiyyətinə 0.20 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, “Torpağın Mülkiyyətə Verilməsinə” dair JN-117A KOD 50805018 nömrəli şəhadətnamədə səhvən ərizəçinin soyadı “Həsənov” kimi yazılmışdır. Məhkəmə hesab edir ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 dekabr 1997ci il tarixli, 15 nömrəli qərarı ilə 0.20 ha torpaq sahəsinə dair verilmiş “Torpağın Mülkiyyətə Verilməsinə” dair JN-117A KOD 50805018 şəhadətnamənin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 dekabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə 0.20 ha torpaq sahəsinə dair verilmiş “Torpağın Mülkiyyətə Verilməsinə” dair JN- 117A KOD 50805018 şəhadətnamənin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar