Məhkəmə qərarları › İş №2(058)-1305/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1305/2023

04.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1305/2023 04.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X20 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Fiqrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 miras qalmış 0.0142 ha torpaq sahəsində yerləşən 99.8 kv.metr yaşayış sahəsindən ibarət Gəncə şəhəri, Azərbaycan küçəsi, 2-ci döngə, ev 18 nömrəli fərdi yaşayış evinə birinci növbə vərəsə kimi onun payının müəyyən edilməsi və payın müəyyən edilməsi hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 3 ev xüsusi mülkiyyət hüququ əsasında X5 məxsusdur. Bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış mövcuddur. Fəxriyyə Yusifova xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Fəxriyyə Yusifovanın birinci növbə vərəsələrindən atası X12 xx.xx.2008-ci il tarixdə, anası X8 xx.xx.2010-cu il tarixdə, əri X13 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Birinci növbə vərəsələrdən o, və qardaşı Cavabdeh sağ qalmışlar. X14 vəfat etdikdən sonra ünvan 3 miras mülkü o, qəbul edərək idarə etmişdir. Bu halı məhkəmə iclasında cavabdeh də etiraf edəcəkdir. Miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə alınması ilə bağlı o, 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə müraciət etsə də müddətin keçirilməsi səbəbindən ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İddiaçı qızı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, ünvan 1vral 1968-ci il təvəllüdlü anası X9 16 avqust 2021-ci ildə ölmüşdür. Anası 15 avqust 2021-ci ildə ölmüş 09 fevral 1968-ci il təvəllüdlü anası X3 ölümündən sonra qalan ona çatası mirasdan bacısı xx xxxxxx 1992-ci il təvəllüdlü İddiaçı xeyrinə imtina etmiş, o cümlədən ünvan 2 ünvanda yerləşən yaşayış evinə dair hüquqdan imtina etmiş və bacısı İddiaçı ərizəsi üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə nümayəndənin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərfindən Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi, 2- ci döngə, 18 nömrəli ümumi sahəsi 99.8 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2020-ci il tarixdə **********43-10301 reyestr nömrəli çıxarış verilmişdir. xx.xx.2023-cü il tarixdə 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, İddiaçı notariat ofisinə müraciət etmiş, lakin mirasın qəbul müddətinin ötürülməsi səbəbindən mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. xx.xx.1968-ci il tarixdə AzSSR Xanlar rayonu Yenikənd kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X4 birgə nikahhlarından xx.xx.1968-ci il tarixdə X6 doğulmuşdur. xx.xx.1968-ci il tarixdə AZSSR Xanlar rayonu VVAQD şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1968-ci il tarixdə doğulmuşdur. xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Xanlar rayonu Yenikənd İcra hakimiyyəti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X3 birgə nikahlarından xx.xx.1992-ci il tarixdə X10 doğulmuşdur. xx.xx.1989-cu il tarixdə Azərbaycan SSR Xanlar rayonu Yenikənd kənd soveti tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X2 nikahları xx.xx.1989-cu il tarixdə bağlanmışdır. xx.xx.2011-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X7 nikahları xx.xx.2011-ci il tarixdə bağlanmışdır. xx.xx.2023-cü il tarixdə Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə ölmüşdür. xx.xx.2023-cü il tarixdə Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdə ölmüşdür. xx.xx.2019-cu il tarixdə Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2019cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının MM-nin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 21.1ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Məhkəmə iclasında iddiaçının izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ünvan 3 ünvanda yerləşən miras əmlak xx.xx.2021-ci ildə vəfat etmiş X3 adınadır. Fəxriyyə Yusifovanın əri X13 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X13 ilə X3 birgə nikahlarından xx.xx.1989-cu il tarixdə oğlu Cavabdeh və xx.xx.1992-ci il tarixdə qızı Paşayeva (Yusifova) Çinarə Eyvaz qızı doğulmuşlar. X9 vəfat etdikdən sonra ona məxsus miras əmlakı qanun üzrə vərəsə iddiaçı faktiki qəbul etmişdir. Cavabdeh mirası qəbul etməmiş və miras əmlakın qəbulundan imtina etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2021-ci ildə vəfat etmiş X3 qanun üzrə vərəsəsi tanınmalı, X1 miras qalmış ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci ildə vəfat etmiş X3 qanun üzrə vərəsəsi tanınsın. xx.xx.2021-ci ildə vəfat etmiş X1 miras qalmış ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı vərəsəlik hüququ tanınsın. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar