Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-1307/2023 19.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Tərifə Kərimova Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi 24 avqust 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin birgə nigahlarından doğulmuş uşaqların ərizəçidə qalması və alimentə dair hissəsinin təsdiq edilməsi barədə ərizəsinə baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxslə aralarında 24 avqust 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin birgə nigahlarından doğulmuş uşaqların ərizəçidə qalması və alimentə dair hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi ərizənin məhkəməyə verilməsi üçün qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1- 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, qeyd edilən nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.12, 260, 263-264, 267-268-cı maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Ərizəçi 24 avqust 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin birgə nigahlarından doğulmuş uşaqların ərizəçidə qalması və alimentə dair hissəsinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə ərizə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-1307/2023
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-1307/2023
19.09.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver