Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1317/2023 21.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X11 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Cavabdeh3 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Göygöl Rayon Notariat Ofisinə və Cavabdeh3 ASCyə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Göygöl Rayon Notariat Ofisinə və Cavabdeh3 ASCyə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə cavabdeh "xxxx" X2 ASC-ti arasında bağlanmış 18 iyun 2008-ci il tarixli KBBN-YEV007Fİ-1, 18 iyun 2008-ci il tarixli KBBN- YEV007Fİ-2, 18 iyun 2008-ci il tarixli KBBN-YEV007Fİ-3, 18 iyun 2008-ci il tarixli KBBN- YEV007Fİ-4, 18 iyun 2008-ci il tarixli KBBN-YEV007Fİ-5 nömrəli ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 21 noyabr 1987-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahda olduğu müddət ərzində Göygöl rayonu, Quşqara kəndi ərazisində Cavabdeh1 tərəfindən birgə nikahda olduqları müddətdə birgə vəsaitləri hesabına 4 ədəd torpaq sahəsi və qeyri-yaşayış sahəsi almışlar, lakin sonradan Cavabdeh1 digər cavabdeh həmin dövrdə adı "xxxx" ASC-ti ilə ipoteka müqaviləsi bağlamış və həmin müqavilə əsasında onun razılığı olmadan birgə nikah dövründə əldə etdikləri 5 ədəd torpaq sahəsini və qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü etmişdir. O, bu barədə məlumatı 2022-ci il tarixdə Göygöl Rayon Məhkəməsi tərəfindən evə gələn məhkəmə çağırış vərəqəsi vasitəsi ilə əldə etmişdir. Məhkəmədən Cavabdeh1 ilə cavabdeh "xxxx" X2 ASC-ti arasında bağlanmış 18 iyun 2008-ci il tarixli KBBN-YEV007Fİ- 1, 18 iyun 2008-ci il tarixli KBBN-YEV007Fİ-2, 18 iyun 2008-ci il tarixli KBBN-YEV007Fİ-3, 18 iyun 2008-ci il tarixli KBBN-YEV007Fİ-4, 18 iyun 2008-ci il tarixli KBBN-YEV007Fİ-5 nömrəli ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçı ipoteka müqaviləsi bağlanılan zaman könüllü olaraq yazılı razılıq ərizələri vermiş və bu zaman ipoteka müqavilələrinin mövcudluğundan məlumatı olmuşdur. Mübahisə edilən ipoteka müqavilələrindən irəli gələn münasibətlərlə bağlı iddiaçı Cavabdeh3 ASC-nin cavabdehlər X8 və Cavabdeh1 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair hazırda qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin 12 may 2011-ci il tarixli 2(104)-14/2011 nömrəli qətnaməsi vardır. Hazırda iddiaçının iddia qaldırılmasında məqsədi ipoteka predmetinə tutmanın ləngidilməsi xarakteri daşıyır. Məhkəmədən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Cavabdehlər Cavabdeh1 və Göygöl Rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə işdə iştirak etməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: xx.xx.1985-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X5 nikahlarını xx.xx.1985-ci il tarixdə Kirovabad şəhərində bağlamışlar, bu barədə nikahın bağlanması barədə akt qeydləri kitabında xx.xx.1985-ci il tarixdə 1117 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İpoteka saxlayan "xxxx" X2 ASC-nin Yevlax filialı ilə ipotekaqoyan Cavabdeh1 və borcalan X8 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, KBB YEV007Fİ-1 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayanla borcalan arasında xx.xx.2008-ci il tarixli, KBB YEV007FKX nömrəli kredit müqaviləsinə əsasən 258000 manat məbləğində 24 ay müddətinə açılan yenilənməyən kredit xəttindən istifadə edilmiş məbləğini və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi Xanlar rayonu, Quşqara kəndində mülkiyyətində olan 0,10 ha torpaq sahəsində yerləşən 491,9 kv.m ümumi, 457,9 kv.m əsas, 34 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan "xxxx" X2 ASC-nin Yevlax filialı ilə ipotekaqoyan Cavabdeh1 və borcalan X8 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, KBB YEV007Fİ-2 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayanla borcalan arasında xx.xx.2008-ci il tarixli, KBB YEV007FKX nömrəli kredit müqaviləsinə əsasən 258000 manat məbləğində 24 ay müddətinə açılan yenilənməyən kredit xəttindən istifadə edilmiş məbləğini və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi Xanlar rayonu, Quşqara kəndində mülkiyyətində olan 0,2004 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan "xxxx" X2 ASC-nin Yevlax filialı ilə ipotekaqoyan Cavabdeh1 və borcalan X8 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, KBB YEV007Fİ-3 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayanla borcalan arasında xx.xx.2008-ci il tarixli, KBB YEV007FKX nömrəli kredit müqaviləsinə əsasən 258000 manat məbləğində 24 ay müddətinə açılan yenilənməyən kredit xəttindən istifadə edilmiş məbləğini və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi Xanlar rayonu, Quşqara kəndində mülkiyyətində olan 0,0929 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan "xxxx" X2 ASC-nin Yevlax filialı ilə ipotekaqoyan Cavabdeh1 və borcalan X8 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, KBB YEV007Fİ-4 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayanla borcalan arasında xx.xx.2008-ci il tarixli, KBB YEV007FKX nömrəli kredit müqaviləsinə əsasən 258000 manat məbləğində 24 ay müddətinə açılan yenilənməyən kredit xəttindən istifadə edilmiş məbləğini və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi Xanlar rayonu, Quşqara kəndində mülkiyyətində olan 0,080036 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan "xxxx" X2 ASC-nin Yevlax filialı ilə ipotekaqoyan Cavabdeh1 və borcalan X8 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, KBB YEV007Fİ-5 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayanla borcalan arasında xx.xx.2008-ci il tarixli, KBB YEV007FKX nömrəli kredit müqaviləsinə əsasən 258000 manat məbləğində 24 ay müddətinə açılan yenilənməyən kredit xəttindən istifadə edilmiş məbləğini və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi Xanlar rayonu, Quşqara kəndində mülkiyyətində olan 0,04 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında ******* nömrəli MH seriyalı xx.xx.2007-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Xanlar rayonu, Quşqara kəndində mülkiyyətində olan 0.10 ha torpaq sahəsində yerlə.ən 491.9 kv.m ümumi, 457.9 kv.m əsas, 34 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında ******* nömrəli MH seriyalı xx.xx.2007-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Xanlar rayonu, Quşqara kəndində mülkiyyətində olan 0.2004 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. Hüquqların dövlət qeydiyyatı haqqında ******* nömrəli MH seriyalı xx.xx.2007-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Xanlar rayonu, Quşqara kəndində mülkiyyətində olan 0.080036 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. Hüquqların dövlət qeydiyyatı haqqında ******* nömrəli MH seriyalı xx.xx.2007-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Xanlar rayonu, Quşqara kəndində mülkiyyətində olan 0.04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. Hüquqların dövlət qeydiyyatı haqqında ******* nömrəli MH seriyalı xx.xx.2007-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Xanlar rayonu, Quşqara kəndində mülkiyyətində olan 0.0929 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. Notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, İddiaçı əri ipotekaqoyan Cavabdeh1 mülkiyyətində olan Xanlar rayonu, Quşqara kəndində yerləşən əmlak kompleksini ipoteka ilə yüklü etməsinə razılıq vermişdir. Notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, İddiaçı əri ipotekaqoyan Cavabdeh1 mülkiyyətində olan Xanlar rayonu, Quşqara kəndində yerləşən 0.04 ha torpaq sahəsini ipoteka ilə yüklü etməsinə razılıq vermişdir. Notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, İddiaçı əri ipotekaqoyan Cavabdeh1 mülkiyyətində olan Xanlar rayonu, Quşqara kəndində yerləşən 0.080036 ha torpaq sahəsini ipoteka ilə yüklü etməsinə razılıq vermişdir. Notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, İddiaçı əri ipotekaqoyan Cavabdeh1 mülkiyyətində olan Xanlar rayonu, Quşqara kəndində yerləşən 0.2004 ha torpaq sahəsini ipoteka ilə yüklü etməsinə razılıq vermişdir. Notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, İddiaçı əri ipotekaqoyan Cavabdeh1 mülkiyyətində olan Xanlar rayonu, Quşqara kəndində yerləşən 0.0929 ha torpaq sahəsini ipoteka ilə yüklü etməsinə razılıq vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 12 may 2011-ci il tarixli 2(104)-14/2011 nömrəli qərarının surətindən görünür ki, cavabdeh X6 nümayəndəsi X7 apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi 2(044)-662/2009 nömrəli 14 dekabr 2009-cu il tarixli qətnaməsi ləğv edilmiş, cavabdeh X4 233.428,49 manat əsas kredit borcu, 43.767,81 manat faiz borcu, 1000 manat dəbbə pulu, cəmi 278.196,30 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun bankın xeyrinə tutulması, tutulacaq məbləğ kreditin təminatı kimi KBBYEV007Fİ-1 nömrəli ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Göygöl (keçmiş Xanlar) rayonu, Quşqara kəndində olan 0.10 ha torpaq sahəsində yerləşən 491.9 kv.m ümumi, 457.9 kv.m əsas, 34 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə, KBBYEV007Fİ-2 nömrəli ipoteka müqaviləsinə əsasən 0,2004 ha torpaq sahəsinə, KBBYEV007Fİ-3 nömrəli ipoteka müqaviləsinə əsasən 0,0929 ha torpaq sahəsinə, KBBYEV007Fİ-4 nömrəli ipoteka müqaviləsinə əsasən 0,080036 ha torpaq sahəsinə, KBBYEV007Fİ-5 nömrəli ipoteka müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsinə yönəldilərək, həmin daşınmaz əmlakların açıq hərracda satılması və əldə olunan vəsaitin hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Məhkəmə işin hallarına dair proses Cavabdeh3 ASC-nin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişdir ki, "xxxx" X2 ASC ilə Cavabdeh1 və X8 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, KBBYEV007Fİ-1 nömrəli ipoteka müqaviləsinə əsasən Göygöl (keçmiş Xanlar) rayonu, Quşqara kəndində yerləşən 0.10 ha torpaq sahəsində yerləşən 491.9 kv.m ümumi, 457.9 kv.m əsas, 34 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi, xx.xx.2008-ci il tarixli, KBBYEV007Fİ-2 nömrəli ipoteka müqaviləsinə əsasən Göygöl (keçmiş Xanlar) rayonu, Quşqara kəndində yerləşən 0,2004 ha torpaq sahəsi, xx.xx.2008-ci il tarixli, KBBYEV007Fİ-3 nömrəli ipoteka müqaviləsinə əsasən Göygöl (keçmiş Xanlar) rayonu, Quşqara kəndində yerləşən 0,0929 ha torpaq sahəsi, xx.xx.2008-ci il tarixli, KBBYEV007Fİ-4 nömrəli ipoteka müqaviləsinə əsasən Göygöl (keçmiş Xanlar) rayonu, Quşqara kəndində yerləşən 0,080036 ha torpaq sahəsi, xx.xx.2008-ci il tarixli, KBBYEV007Fİ-5 nömrəli ipoteka müqaviləsinə əsasən Göygöl (keçmiş Xanlar) rayonu, Quşqara kəndində yerləşən 0,04 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Torpaq sahələri və əmlak kompleksi ipoteka ilə yüklü edilən zaman İddiaçı əri ipoteka qoyan Cavabdeh1 mülkiyyətində olan Göygöl (keçmiş Xanlar) rayonu, Quşqara kəndində yerləşən 0.10 ha torpaq sahəsində yerləşən 491.9 kv.m ümumi, 457.9 kv.m əsas, 34 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin, Göygöl (keçmiş Xanlar) rayonu, Quşqara kəndində yerləşən 0.04 ha, Göygöl (keçmiş Xanlar) rayonu, Quşqara kəndində yerləşən 0.080036 ha, Göygöl (keçmiş Xanlar) rayonu, Quşqara kəndində yerləşən 0.2004 ha və Göygöl (keçmiş Xanlar) rayonu, Quşqara kəndində yerləşən 0.0929 ha torpaq sahələrini ipoteka ilə yüklü etməsinə notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi vermişdir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə ipoteka müqaviləsinin etibarsız sayılması tələbi üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri əqdin etibarsızlığı ilə bağlı yaranan mübahisədir və bu iddia üzrə mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdlır. Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur İş materiallarından aydın olur ki, "xxxx" X2 ASC ilə Cavabdeh1 və X8 arasında bağlanmış 18 iyun 2008-ci il tarixli KBBN-YEV007Fİ-1, 18 iyun 2008-ci il tarixli KBBN- YEV007Fİ-2, 18 iyun 2008-ci il tarixli KBBN-YEV007Fİ-3, 18 iyun 2008-ci il tarixli KBBN- YEV007Fİ-4, 18 iyun 2008-ci il tarixli KBBN-YEV007Fİ-5 nömrəli ipoteka müqavilələri onların könüllü iradə ifadəsində uyğun olaraq qanunvericiliyin tələbləri daxilində qanunauyğun şəkildə tərtib edilmişdir. Məhkəmə göstərir ki, müqavilənin etibarsız sayılması tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsidir. Həmin maddədə deyilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə görə də deyilir ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əqdin etibarsızlığı barədə irəli sürülmüş dəlillər, həmin əqdin hüquqi təbiəti nəzərə alınmaqla təhlil oluna bilər. Bu baxımdan məhkəmə göstərir ki, əqd kimi ipoteka Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Hazırda iddiaçı ipoteka müqaviləsinin etibarsızlığını xahiş edir və əsas kimi onun həmin ipoteka müqavilələrinin bağlanmasından məlumatı olmadığını göstərir. İddiaçının ipoteka müqavilələri bağlanarkən onun razılığının olmamasına dair dəlilinə məhkəmə tənqidi yanaşır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı könüllü olaraq notarial qaydada əmlakların ipoteka qoyulması üçün razılıq ərizələri vermişdir. Belə olan halda iddiaçının əsaslandığı dəlil öz təsdiqini tapmamış, eləcə də iddiaçı həmin dəlili təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı ipoteka müqavilələrini mübahisələndirmiş və mübahisəni əsaslı arqumentlərlə izah edə bilməmişdir. Ona görə də qeyd olunan iddia tələbi iddiaçının istinad etdiyi formal mülahizələrə əsasən təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Göygöl Rayon Notariat Ofisinə və Cavabdeh3 ASC-yə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə” dair iddia tələbi təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-1317/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1317/2023
21.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver