Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-1338/2024 11.12.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Tərifə Kərimova Əbülfət qızının sədrliyi, Tağıyev Cavid Firqət oğlunun katibliyi ilə, iddiaçı (digər iddaçıların etibarnamə üzrə nümayəndəsi) İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1 və X1 qarşı “vərəsə tanınma, miras əmlakdan paylarının müəyyən olunması və həmin əmlakın onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1 və X1 qarşı məhkəmədə iddia qaldıraraq dair qətnamə çıxarılmasını xahiş etmişlər. xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı (digər iddaçıların etibarnamə üzrə nümayəndəsi) İddiaçı1 ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlərə isə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 259.0.11, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1 və X1 qarşı “vərəsə tanınma, miras əmlakdan paylarının müəyyən olunması və həmin əmlakın onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-1338/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-1338/2024
11.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver