Məhkəmə qərarları › İş №2(058)-1344/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1344/2025

03.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1344/2025 03.02.2026 SAMUX RAYON MƏHKƏMƏSİ X20 Əhməd oğlunun sədrliyi, Əhmədli İnal Söhrab oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Samux Rayon Seyidlər kənd icra nümayəndəliyində səhvən X7 yazılmış AZ-1 №002003 nömrəli ölüm haqqında şəhadətnamənin onun mərhum atası X11 məxsus olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun mərhum atası X15 xx.xx.2003-cü il tarixdə ürək catışmamazlığından ölmüşdür və mərhum atasına ölüm haqqında akt qeydi xx.xx.2003-cü il tarixdə Samux rayonu, Seyidlər kənd icra nümayəndəliyində tərtib olunmuş və tərtib olunan zaman atasının ata adı “Ədil” əvəzinə texniki səhv olaraq “Əli” kimi qeyd edilmişdir. Onun mərhum atasının evlənmə haqqında şəhadətnaməsində düzgün olaraq ata adı “Ədil”, bacısı X3 doğum haqqında şəhadətnaməsinin ata qrafasında X15, qardaşı X4 doğum haqqında şəhadətnaməsinin ata qrafasında X15 və onun doğum haqqında şəhadətnaməsinin ata qrafasında X6 qeyd olunmuşdur. Onun mərhum atası X8 ölüm haqqında şəhadətnaməsində səhvin düzəldilməsi məqsədi ilə o, Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs düzəlişin mümkün olmadığını bildirərək, ona məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. Buna görə də o, məcbur olub məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X5 ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşıdır. Onun atasının adı Həsən, babasının adı isə Ədil olmuşdur, lakin sənədlərdə babasının adı Əli kimi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşıdır. Onun atasının adı Həsən, babasının adı isə Ədil olmuşdur, hərkəs onun babasını Ədil kimi tanımışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, müəyyən olunmuşdur ki, ölüm haqqında akt qeydi xx.xx.2003-cü ildə Samux rayon Seyidlər kənd icra nümayəndəliyində tərtib olunmuş və tərtib olunarkən atasının ata adı “Əli” kimi göstərilmişdir. Ərizə ilə bağlı həmçinin Samux rayonu qeydiyyat şöbəsində saxlanılan arxiv sənədləri üzrə yoxlama aparılmış və atasının nikah və övladlarının doğum haqqında akt qeydində ata adının “Ədil” qeyd olunduğu aşkar olunmuşdur. Təqdim edilmiş sənədlər əsasında ziddiyyət olduğundan, həmçinin atasının doğum haqqında akt qeydi Ermənistan Respublikasında qeydə alındığından və onu təqdim edə bilmədiyindən ölüm haqqında akt qeydində atasının ata adına düzəliş aparılması mümkün olmamışdır. Odur ki, bununla bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan Kirovabad şəhəri Qaraveri qəsəbə soveti tərəfindən verilmiş evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X2 nikahları xx.xx.1962-ci il tarixdə 38 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Kirovabad şəhər ZAQS bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X2 birgə nikahlarından xx.xx.1960-cı il tarixdə X10 doğulmuşdur. İş materiallarında olan Kirovabad şəhər ZAQS bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X2 birgə nikahlarından xx.xx.1959-cu il tarixdə X9 doğulmuşdur. İş materiallarında olan Xanlar rayonu Qarayeri qəsəbə soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X2 birgə nikahlarından xx.xx.1964-cü il tarixdə Ərizəçi doğulmuşdur. İş materiallarında olan xx.xx.2003-cü il tarixli 07 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, X17 xx.xx.2003-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Samux rayon Seyidlər kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2003-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Pleniumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci və 6.3-cü bəndlərinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Beləliklə, işin məhkəmə iclasında tədqiq olunan halları ilə sübuta yetirilir ki, ərizəçinin atasının adı, soyadı və ata adı evlənmək haqqında şəhadətnamədə və uşaqlarının doğum haqqında şəhadətnamələrində - X6 qeyd edilmişdir, lakin xx.xx.2003-cü il tarixli ölüm haqqında şəhadətnamədə texniki yanlışlıqla ərizəçinin atasının adı, soyadı və ata adı - X7 qeyd edilmişdir, həmin qeyd X11 məxsusdur. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına aiddir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Məhkəmə həmçinin nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Belə olan halda, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X12 adına verilmiş xx.xx.2003-cü il tarixli ölüm haqqında şəhadətnamənin xx.xx.2003-cü il tarixdə vəfat etmiş X11 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar