Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-144/2025 05.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İddiaçı, cavadeh Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “miras əmlakdan tam hissədə miras payının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlakdan tam hissədə miras payının müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək mərhum anası X2 miras qalmış Samux rayonu, Ziyadlı kəndində yerləşən 0,25 ha torpaq sahəsindən ibarət miras əmlaka onun tam hissədə miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum anası X8 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Mərhum anasından Samux rayonu, Ziyadlı kəndində 0,25 ha torpaq sahəsi miras qalmışdır. X1, bacıları X7, X9 və X15 vəfat etmişlər. X4 isə anasından daha əvvəl, yəni 1988ci ildə vəfat etmişdir. Qardaşı Cavabdeh3 isə hazırda Rusiya Federasiyasında yaşayır. Mərhum anasından miras qalmış əmlak üzərində onun birinci növbə vərəsə kimi miras payı vardır. Həmin torpaq sahəsi anası vəfat etməmişdən də, vəfat etdikdən sonra da onun istifadəsində və idarəçiliyindədir. Anasının sağlığında anasına baxıb, həmçinin anası rəhmətə gedəndə onun dəfn mərasimini o təşkil edib və dəfn xərclərini özü çəkib. O, mərhum anasından miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmiş və həmin əmlakı faktiki qəbul etmişdir. Ona görə də hesab edir ki, onun anasından miras qalmış miras əmlak üzərində tam payı müəyyən edilməlidir. Tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmdən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, mərhum anası X8 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Samux rayonu, Ziyadlı kəndində yerləşən və anası Xoşqədəm Abbasovaya məxsus olan 0,25 ha torpaq sahəsi anasından miras qalmışdır. X1, bacıları X7, X9 və X15 vəfat etmişlər. X4 isə anasından daha əvvəl, yəni 1988-ci ildə vəfat etmişdir. Qardaşı Cavabdeh3 isə hazırda Rusiya Federasiyasında yaşayır və uzun müddətdir ki, ölkəyə gəlmir. Hətta qardaş və bacıları vəfat edəndə belə onların hüzün mərasiminə gəlməmişdir. Anasına isə o özü tək baxmış, anasının sağlığında da sözügedən əmlak onun istifadəsində və idarəçiliyində olmuş, anasının vəfatından sonra da o, həmin əmlakı miras əmlak kimi faktiki olaraq qəbul edərək əmlaka idarəçiliyi həyata keçirməyə davam etmişdir. Ondan başqa heç kəs sözügedən miras əmlakı nə faktiki nə də formal olaraq qəbul etməmişdir. Hazırda bacıları Zenfura və Yasəmən miras əmlaka onun tam hissədə payının müəyyən edilməsinə razıdırlar, qardaşı Qulu isə uzun müddətdir Rusiyada yaşadığından və ölkəyə gəlmədiyindən mirasın onun tərəfindən qəbul edilməsi məsələsinin notariusda rəsmiləşdirilməsi mümkün olmamışdır. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini etiraf edərək izahatında bildirdi ki, mərhum anası X8 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Samux rayonu, Ziyadlı kəndində yerləşən və anası Xoşqədəm Abbasovaya məxsus olan 0,25 ha torpaq sahəsi anasından miras qalmışdır. X1, bacıları X7, X9 və X15 vəfat etmişlər. X4 isə anasından daha əvvəl, yəni 1988-ci ildə vəfat etmişdir. Qardaşı Cavabdeh3 isə hazırda Rusiya Federasiyasında yaşayır və uzun müddətdir ki, ölkəyə gəlmir. Hətta qardaş və bacıları vəfat edəndə belə onların hüzün mərasiminə gəlməmişdir. Anasına isə qardaşı İslam tək baxmış, anasının sağlığında da sözügedən əmlak İslamın istifadəsində və idarəçiliyində olmuş, anasının vəfatından sonra da qardaşı İslam həmin əmlakı miras əmlak kimi faktiki olaraq qəbul edərək əmlaka idarəçiliyi həyata keçirməyə davam etmişdir. Qardaşı İslamdan başqa heç kəs sözügedən miras əmlakı nə faktiki nə də formal olaraq qəbul etməmişdir. Tələbin təmin olunmasına etirazı yoxdur. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, mərhum anası X8 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Samux rayonu, Ziyadlı kəndində yerləşən və anası Xoşqədəm Abbasovaya məxsus olan 0,25 ha torpaq sahəsi anasından miras qalmışdır. Sağlığında anasına qardaşı İslam baxmış, anasının mülkiyyətində olan sözügedən əmlak da anasının sağlığında qardaşı İslamın istifadəsində və idarəçiliyində olmuş, anasının vəfatından sonra da qardaşı İslam həmin əmlakı miras əmlak kimi faktiki olaraq qəbul edərək əmlaka idarəçiliyi həyata keçirməyə davam etmişdir. Qardaşı İslamdan başqa heç kəs sözügedən miras əmlakı nə faktiki nə də formal olaraq qəbul etməmişdir. Tələbin təmin olunmasına etirazı yoxdur. Cavabdeh2 hazırki məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə göndərilən bildirişlər ona çatmadığından, məhkəmə, məhkəmə bildirişini onun qeydiyyatda olduğu inzibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərərək cavabdehə təqdim olunmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən edilir: Torpağa mülkiyyət hüququna dair” JN-215, kod 50707028 saylı dövlət aktının surətindən görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 1999-cu il 10 fevral tarixli qərarı ilə 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının Ziyadlı kənd İnzibati Ərazi Dairəsinin üzrə nümayəndəliyinin arayışından görünür ki, X8 xx.xx.2005-ci il tarixdə vəfat edib. X8 vəfat edənədək Ziyadlı kəndində qeydiyyatda olmaqla yaşamışdır. Onun ailə üzvərinin siyahısı aşağıdakı kimi qeyd edilmişdir: X12 (xx.xx.1988-ci il tarixdə vəfat edib), X11 (xx.xx.2012-ci il tarixdə vəfat edib), X7 (xx.xx.2014-cü il tarixdə vəfat edib), X9 (xx.xx.2019-cu il tarixdə vəfat edib), X15 (xx.xx.2023-cü il tarixdə vəfat edib), İddiaçı, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının Ziyadlı kənd İnzibati Ərazi Dairəsinin üzrə nümayəndəliyinin arayışından görünür ki, xx.xx.2005-ci il tarixdə X2 qalan Ziyadlı kəndində yerləşən pay torpaq sahəsinin 2005-ci ildən hazırki vaxtadək oğlu İddiaçı faktiki olaraq istifadəsində olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının Ziyadlı kənd İnzibati Ərazi Dairəsinin üzrə nümayəndəliyinin arayışından görünür ki, Cavabdeh3 halhazırda Rusiya Fedarasiyasında yaşayır. AZ-İ seriyalı, 139824 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2005-ci il tarixdə ölmüşdür. AZ-İİ seriyalı, 445359 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1988-ci il tarixdə ölmüşdür. AZ-İ seriyalı, 483916 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2012-ci il tarixdə ölmüşdür. AZ-İİ seriyalı, 048852 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə ölmüşdür. AZ-İİ seriyalı, 386767 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2023-cü il tarixdə ölmüşdür. AZ-İ seriyalı, 711049 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Vİİİ-ЖГ 291081 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1964-cü il tarixdə Xanlar rayonunda doğulmuş, X4, anası X5r. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X8 xx.xx.2005-ci il tarixdə ölmüş və mülkiyyətində olan, Samux rayonu, Ziyadlı kəndində yerləşən 0,25 ha torpaq sahəsi ondan miras qalmışdır. Birinci növbə vərəsələrindən hazırda sağ olan şəxslər oğlulları İddiaçı, Cavabdeh3, qızları Cavabdeh1 və Cavabdeh2dır. Birinci növbədən olan digər vərəsələr isə iş materiallarından da aydın olduğu kimi ölmüşlər. İddiaçı iddia edir ki, anası X3 ölümündən sonra ondan miras qalmış əmlakı, yəni Samux rayonu, Ziyadlı kəndində 0,25 ha torpaq sahəsini təkcə o, faktiki olaraq qəbul edərək əmlaka idarəçilik etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə iddiaçının qeyd etdiyi bu halı təsdiq edərək sözügedən miras əmlakın yalnız, qardaşları İddiaçı tərəfindən faktiki olaraq qəbul edildiyini etiraf edir və tələbin təmin olunmasını razı olduqlarını bildirirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151). Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr hesab olunurlar (maddə 1159.1.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1281-ci maddəsinə əsasən əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Samux rayonu Samux rayonu, Ziyadlı kəndində yerləşən və X6 məxsus olmuş və ondan miras qalmış 0,25 ha torpaq sahəsinin miras qoyanın qanun üzrə vərəsəsi İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməli və onun həmin mirasda tam şəkildə payı müəyyən edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı sözügedən miras əmlakın yalnız iddiaçı, yəni İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi, miras qoyanın öldüyü gündən onun həmin əmlakı idarə etməsi həm iş materiallarındakı sübutlarla, həm də cavabdehlərin izahatları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə iddianın əsaslı olması və təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 209.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X6 mülkiyyət hüququ ilə məxsus olmuş və ondan miras qalmış Samux rayonu Ziyadlı kəndində yerləşən 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı tam şəkildə payı müəyyən edilməklə həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-144/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-144/2025
05.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver