Məhkəmə qərarları › İş №2(058)-145/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-145/2024

13.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-145/2024 13.02.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi hüquq müəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ИТ-1 № ******* saylı, xx.xx.1983-cü il tarixli əmək kitabçasının Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslanıdrılmışdır ki, o, xx.xx.1979-cu ildə 20 nömrəli əmr ilə X6 Şəbəkələri Sahəsində laborant vəzifəsinə işə qəbul edilmişdir. Həmin təşkilat tərəfindən xx.xx.1983-cü il tarixdə ИТ-1 № ******* saylı əmək kitabçası açılmışdır. Sözügedən əmək kitabçasında onun ata adı ona naməlum səbəblərdən “Fərman” əvəzinə səhvən “Fərhad” kimi qeyd edilmişdir. VVAQ orqanı tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnamədə və ona məxsus şəxsiyyət vəsiqəsində onun soyadı, adı və ata adı X1 qeyd olunmuşdur. Bu səbəbdən ona məxsus, qeyd olunan əmək kitabçası ilə şəxsiyyətini təsdiq edən sənəd arsında uyğunsuzluq yaranmışdır. Buna görə də əmək kitabçasındakı səhvin aradan qaldırılaraq ata adının “Fərman” kimi yazılıması və oxunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. xx.xx.2024-cü il tarixdə ərizçinin nümayəndəsi X12, məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ИТ-1 № ******* saylı əmək kitabçasının Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X12 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs “X25” TSC məhkəməyə teleqram ünvanlayaraq məhkəmə prosesinin “X25” TSC-nin nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X22 bildirdi ki, Ərizəçi uzun illərdir ki, tanıyır. Belə ki, onlar Samux rayon Çirkab Sular İdarəsində birlikdə işləmişlər. Ərizəçi atasının adı Fərmandır. Sözügedən əmək kitabçası ona məxsusdur. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, Ərizəçi ilə Samux rayonu, Ziyadlı kəndində yerləşən Çirkab Sular İdarəsində birgə işləmişlər. Ərizəçi həmin idarədə uzun illər müxtəlif vəzifələrdə çalışmışdır. Onun atasının adı Fərmandır, lakin Ərizəçi məxsus əmək kitabçasında onun ata adı yanlış olaraq Faxrad kimi göstərilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirdi ki, Ərizəçi ilə 1988-ci ildən 1993-cü ilə kimi bir müəssədə işləyiblər. Ərizəçi ata adı Fərmandır. Sözügedən əmək kitabçası Ərizəçi məxsusdur, lakin əmək kitabçasında onun atasının adı yanlış göstərilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1960-cı il tarixdə doğulmuş X4 atası X10r. İş materiallarına əlavə olunmuş AZ-T 055206 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X8 arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanılmış, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan "xxxx" ASC Regional Sukanal İdarəsi Samux Sukanal sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi bildirilmişdir ki, əmək kitabçasındaki nöqsanın aradan qaldırılması onların səlahiyyətində deyil. İş materiallarında olan "Azərsu” Açıq Səhmdar Cəmiyyəti "Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyəti "Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş məktubdan görünür ki, Ərizəçi məxsus əmək kitabçası xx.xx.1983-cü il tarixində Gəncə şəhəri X3 İdarəsi tərəfindən doldurulmuşdur. Ləğv edilmiş şəhər X2 İdarəsi Gəncə Su kəməri trestinin balansına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 107 nömrəli əmrinə əsasən xx.xx.2001-ci il tarixdə verilmişdir. xx.xx.2013-cü il tarixli sənədlərin mühafizə edilməsi üçün təhvil-qəbulu barədə tərtib edilmiş akt əsasında “X25” TSC-nin 1992-2003-cü illərə məxsus əmr və əmək haqqı cədvəlləri Azərbaycan Respublikası Dövlət Arxivinə Gəncə filialına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Gəncə filialının xx.xx.2023-cü il tarixli arxiv arayışımdan görünür ki, X8 1979-cu ildən 1999-cu ildədək Çirkab Sular İdarəsində müxtəlif vəzifələrdə işləmişdir. İş materiallarında olan ИТ-1 № ******* saylı, xx.xx.1983-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, X11 xx.xx.1979-cu il tarixdə Kanalizasiya İdarəsinə laborant vəzifəsinə, 1999-cu ildə Samux rayonu Su Kanalizasiya sahəsinə laborant vəzifəsinə təyin edilmiş və 2007-ci ilədək orada işləmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ИТ-1 № ******* saylı, xx.xx.1983-cü il tarixli əmək kitabçasında Ərizəçi ata adı “Fərman” əvəzinə səhvən “Faxrad” kimi göstərilmişdir. Həmin sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş müəssisə hazırda fəaliyyət göstərmədiyindən ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, ИТ-1 № ******* saylı, xx.xx.1983-cü il tarixli əmək kitabçasının ərizəçiyə məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X5 adına verilmiş ИТ-1 № ******* saylı, xx.xx.1983-cü il tarixli əmək kitabçasının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar