Məhkəmə qərarları › İş №2(058)-1479/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-1479/2024

29.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-1479/2024 29.12.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X6 Əhməd oğlunun sədrliyi ilə, İddiaçılar X1, İddiaçı2 və İddiaçı3 cavabdeh Samux rayon Notariat ofisinə və üçüncü şəxslər Bağırov Vazır və X2 qarşı “vərəsəlik şəhadətnaməsi verilməsini cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən kecirib, MÜƏYYƏN ETDİM: İddiaçılar X3, İddiaçı2 və İddiaçı3 cavabdeh Samux rayon Notariat ofisinə və üçüncü şəxslər Bağırov Vazır və X2 qarşı “vərəsəlik şəhadətnaməsi verilməsini cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar X1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan və iddiaçıların xahişindən aydın olur ki, onlar, vərəsəlik şəhadətnaməsi verilməsini cavabdehin üzərinə vəzifə qoyulması ilə bağlı məhkəməyə müraciət etmiş, lakin forma və məzmuna əməl etməmişdir. İddiaçılar X3, İddiaçı2 və İddiaçı3 məhkəməyə ərizə ilə müraciət etsələr də, hansı miras qalan əmlaka dair hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişlər, yalnız miras əmlakın bankda pul vəsaitinin olmasını qeyd etmişlər. Miras əmlak kimi bankda pul vəsaitinin olmasını sübut edən sənədləri məhkəməyə təqdim etməmişlər. Bununla da iddiaçılar tərəfindən mirasın mövcudluğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş yalnız notariusun imtinasını məhkəməyə təqdim etməklə kifayətlənmiş, mərhum X4 hüquqi varisi kimi notariusun imtina qərarından məhkəməyə şikayət verməmişlər. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263- 264, 266-269-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçılar X1, İddiaçı2 və İddiaçı3 cavabdeh Samux rayon Notariat ofisinə və üçüncü şəxslər Bağırov Vazır və X2 qarşı “vərəsəlik şəhadətnaməsi verilməsini cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardadan həmin qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar