Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1524/2023 21.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X11 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi3, Ərizəçilər Ərizəçi4 və Ərizəçi2 nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-0266 KOD 50700001 nömrəli dövlət aktında X8 əvəzinə həmin şəxsin Ərizəçi1, X9 əvəzinə həmin şəxsin Ərizəçi2, Ərizəçi3 Hamil oğlu əvəzinə həmin şəxsin Ərizəçi3 və Ərizəçi4 Hamil oğlu əvəzinə həmin şəxsin Ərizəçi4 olması faktının müəyyən edilməsinə dai qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997ci il tarixli, 181 nömrəli qərarı ilə 0.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailələrinin xüsusi mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-0266 KOD 50700001 nömrəli dövlət aktı verilmişdir. Həmin dövlət aktında onların adı, soyadı və atalarının adı texniki səhv olaraq, Ərizəçi1 əvəzinə X8, Ərizəçi2 əvəzinə X9, Ərizəçi3 əvəzinə Ərizəçi3 Hamil oğlu və Ərizəçi4 əvəzinə Ərizəçi4 Hamil oğlu kimi yazılmışdır. Qeyd olunan düzəlişlərin aparılması məqsədi ilə Samux rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət olunmuş, həmin ərizəyə Samux rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Komissiyası tərəfindən baxılmış və qeyd olunan texniki səhvlərin torpağın mülkiyyət sənədində düzəldilməsi üçün xx.xx.2023-cü il tarixdə 268 nömrəli arayış verilmişdir. Düzəlişlərin aparılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həmin ərizə və müvafiq sənədlər onlar tərəfindən təqdim edilmiş, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin cavab məktubunda torpağın mülkiyyət sənədində olan mövcüd uyğunsuzluqlarının aradan qaldırılmasının məhkəmə qətnaməsi əsasında mümkün olması göstərilmiş, həmin imtina məktubuna əsasən torpağın mülkiyyət sənədində müvafiq düzəlişlərin aparılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizəçi1 ərizəyə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, torpağa mülkiyyət hüququna dair dövlət aktında adı düzgün yazılmadığından torpağa dair sənədləşmə aparılması mümkün olmur. Məhkəmədən Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixdə 181 nömrəli qərarı ilə verilmiş 0.87 ha torpaq sahəsini təsdiqləyən dövlət aktının ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi3 ərizəyə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, torpağa mülkiyyət hüququna dair dövlət aktında atasının adı düzgün yazılmadığından torpağa dair sənədləşmə aparılması mümkün olmur. Məhkəmədən Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixdə 181 nömrəli qərarı ilə verilmiş 0.87 ha torpaq sahəsini təsdiqləyən dövlət aktının ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçilər Ərizəçi2 və Ərizəçi4 nümayəndəsi X3 ərizəyə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, torpağa mülkiyyət hüququna dair dövlət aktında Ramilin adı və atasının adı, Samirin isə atasının adı düzgün yazılmadığından torpağa dair sənədləşmə aparılması mümkün olmur. Məhkəmədən Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997ci il tarixdə 181 nömrəli qərarı ilə verilmiş 0.87 ha torpaq sahəsini təsdiqləyən dövlət aktının Ərizəçi4 və Ərizəçi2 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçilərin və nümayəndənin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xanlar rayonu Qarayeri qəsəbə soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1988-ci il tarixdə Xanlar rayonu, Qarayeri qəsəbəsində doğulmuşdur. İş materiallarında olan Xanlar rayonu Qarayeri qəsəbə soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1981-ci il tarixdə Samux rayonu, Qarayeri qəsəbəsində doğulmuşdur. İş materiallarında olan Kirovabad şəhər ZAQS bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1955-ci il tarixdə Kirovabad şəhərində doğulmuşdur. İş materiallarında olan Xanlar rayonu Qarayeri qəsəbə soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1984-cü il tarixdə Xanlar rayonu, Qarayeri qəsəbəsində doğulmuşdur. İş materiallarında olan Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 nömrəli qərarı ilə “Torpağa Mülkiyyət Hüququna” dair JN-0644 KOD 50700001 nömrəli dövlət aktının surətindən görünür ki, Samux rayonu, Cırdaxan kənd sakinləri X5, X7, Ərizəçi3 Hamil oğlunun və Ərizəçi4 Hamil oğlunun mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.87 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə Samux Rayon İcra Hakimiyyəti Başçısının Qarayeri qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, JN-0266 KOD 50700001 nömrəli dövlət aktında X4 qeyd olunmuş, düzgün yazılışı Ərizəçi1dur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti tərəfindən X2 verilmiş arayışdan görünür ki, ona və ailə üzvlərinə Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixdə 181 nömrəli qərarı ilə verilmiş 0.87 ha pay torpaq sahəsini təsdiqləyən JN-266 KOD 50700001 nömrəli dövlət aktında mülkiyyətçilərin soyadı, adı və ata adı qeyd olunan səhifədə əri X5 adı, X7 adı və ata adı, Ərizəçi3 Hamil oğlunun ata adı və Ərizəçi4 Hamil oğlunun ata adı texniki səhv olaraq yazılmış, lakin Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixdə 181 nömrəli qərarı ilə verilmiş 0.87 ha pay torpaq sahəsini təsdiqləyən JN-266 KOD 50700001 nömrəli dövlət aktında da öz əksini tapmış şəxslərin ailə üzvlərinin soyadı, adı və ata adının düzgün yazılışı Ərizəçi1 - əsas şəxsiyyət vəsiqəsi AA 0908030, FİN xxxxxxx, İİ-ИЕ № 123411 nömrəli doğum haqqında şəhadətnamədə düzgün yazılışı öz əksini tapmış, Ərizəçi2 - əsas şəxsiyyət vəsiqəsi AZE № ********, FİN xxxxxxx, Vİİİ-ЖГ № 291630 nömrəli doğum haqqında şəhadətnamədə düzgün yazılışı öz əksini tapmış, Ərizəçi3 əsas şəxsiyyət vəsiqəsi AA 0689500, FİN xxxxxxx, X-ЖГ № 267315 nömrəli doğum haqqında şəhadətnamədə düzgün yazılışı öz əksini tapmış və Ərizəçi4 - əsas şəxsiyyət vəsiqəsi AA ********, FİN xxxxxxx İV-ЖГ № 295568 nömrəli doğum haqqında şəhadətnamədə düzgün yazılışı öz əksini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X2 ünvanlanmış bildirişdən görünür ki, ərizələrin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçilərin və nümayəndənin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, “Torpağa Mülkiyyət Hüququna” dair JN-0266 KOD 50700001 nömrəli dövlət aktında ərizəçilərin adı, soyadı və ata adı səhv yazılmışdır. Məhkəmə hesab edir ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997ci il tarixli 181 nömrəli qərarı ilə 0.87 ha torpaq sahəsinə dair verilmiş JN-0266 KOD 50700001 nömrəli dövlət aktının Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 nömrəli qərarı ilə 0.87 ha torpaq sahəsinə dair verilmiş JN-0266 KOD 50700001 nömrəli dövlət aktının Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-1524/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1524/2023
21.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver