Məhkəmə qərarları › İş №2(058)-1544/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1544/2023

27.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1544/2023 27.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X15 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsn 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsn 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Samux rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 08 nömrəli qərarı ilə onların və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-187 KOD 50706028 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, onların və ailə üzvlərinin mülkiyyətinə Samux rayonu, Alıuşağı kənd ərazisində 1.44 ha pay torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə dair JN-187 KOD 50706028 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” dövlət aktı verilmişdir. Həmin dövlət aktında Ərizəçi2 adı texniki səhv olaraq X4 və Ərizəçi1 adı və atasının adı texniki səhv olaraq X2 qeyd edilmişdir. Onlar dövlət aktında buraxılmış səhvlərin düzəldilməsi ilə bağlı aidiyyatı təşkilatlara müraciət etmişlər, lakin müraciətləri əsasında şifahi olaraq həmin dövlət aktının onlara məxsus olması faktının müəyyən olunmasına dair məhkəməyə müraciət edilməli olduğu izah olunmuşdur. Ərizəçi2 ərizəyə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 15 dekabr 1997-ci il tarixli 08 nömrəli qərarı ilə onların və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktında onun və oğlu Ərizəçi1 adı düzgün yazılmadığına görə torpağa dair sənədləşmə aparılması mümkün olmur. Məhkəmədən Samux rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixdə 08 nömrəli qərarı ilə verilmiş 1.44 ha torpaq sahəsini təsdiqləyən dövlət aktının ona və digər Ərizəçi1 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, ərizəsini müdafiə edir, işi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Odur ki, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, ərizəsinin təmin olunmasını və qətnamənin surətinin ünvanına göndərilməsini xahiş etmişdir. Məhkəmə mülki işə Ərizəçi1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Maraqlı şəxsn 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xanlar rayonu Zazalı kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1989-cu il tarixdə Xanlar rayonu, Alıuşağı kəndində doğulmuşdur. İş materiallarında olan Xanlar rayonu, Qarayeri kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1965-ci il tarixdə Xanlar rayonu, Qırmızı Samux kəndində doğulmuşdur. İş materiallarında olan Samux rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 08 nömrəli qərarı ilə “Torpağa Mülkiyyət Hüququna” dair JN-187 KOD 50706028 nömrəli dövlət aktının surətindən görünür ki, Samux rayonu, Alıuşağı kənd sakinləri X1, X6, X5 və X3 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.44 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Samux rayon İcra Hakimiyyəti Başçısının Alıuşağı kəndi İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi1 Samux rayonu, Alıuşağı kəndində yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Samux rayon İcra Hakimiyyəti Başçısının Alıuşağı kəndi İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi2 Samux rayonu, Alıuşağı kəndində yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Maraqlı şəxsn 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Ərizəçi1 ünvanlanmış məktubdan görünür ki, müraciətinin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, “Torpağa Mülkiyyət Hüququna dair” JN-187 KOD 50706028 nömrəli dövlət aktında ərizəçilərin adı səhv yazılmışdır. Məhkəmə hesab edir ki, Samux rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997ci il tarixli 08 nömrəli qərarı ilə 1.44 ha torpaq sahəsinə dair verilmiş JN-187 KOD 50706028 nömrəli dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Samux rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 08 nömrəli qərarı ilə 1.44 ha torpaq sahəsinə dair verilmiş JN-187 KOD 50706028 nömrəli dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar