Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-16/2025 17.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X4 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Samux rayon Dövlət Notariat kontoruna və Samux rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komisyasına qarşı "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə" dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Samux rayon Dövlət Notariat kontoruna və Samux rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komisyasına qarşı "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə" dair ərizə ilə məhkəməyə müraciyət edərək, 02 oktyabrv 1970-ci ildə anadan olmuş anası X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə iclası 17 mart 2025-ci il tarixə saat 11:00 təyin edilmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, anası X2 vəfat etdiyindən ərizənin baxılmamış saxlanılmasını sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştrak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçi ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən ərizə geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər Samux rayon Dövlət Notariat kontoruna və Samux rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komisyasına qarşı "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə" dair ərizəsi baxılmamış saxlanılsın. Qərardadan həmin qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-16/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-16/2025
17.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver