Məhkəmə qərarları › İş №2(058)-221/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-221/2024

06.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-221/2024 06.03.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi, ərizəçilər X8 və X13 nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, Ərizəçilər Ərizəçi, X8 və X13 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi, X16 və X21 ərizə ilə məhkəməyə müraciə edərək Samux rayonu Qarayeri qəsəbəsi ərazisində yerləşən 0.09 ha torpaq sahəsinə mülkiyyət hüququnu müəyyən edən ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışda qeyd olunan X2 - X9, X10 - X16 və X11 - X21 olmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslanıdrılmışdır ki, onların ailəsinə Samux rayon Qarayeri qasəbəsində yerləşən 0.09 ha həyatyanı torpaq sahəsinə onların mülkiyyət hüququnu təsdiqləyən ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda onların adı texniki səhv olaraq Ərizəçi əvəzinə X6, X16 əvəzinə X17, X21 əvəzinə X4 qeyd olunmuşdur. Düzəlişlərin aparılması məqsədi ilə müvafiq sənədlər onlar tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi İdarəsinə təqdim edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlə Kadastırı va Reyesiri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsinin cavab məktubunda mövcüd uyğunsuzluqların aradan qaldırılmasının məhkəmə qətnaməsi əsasında mümkün olması göstərilmişdir. Həmin imtina məktubuna əsasən müvafiq düzəlişlərin aparılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də, iddia tələbinin təmin edilməsi, sözügedən mülkiyyət sənədinin X5, X14 və X15 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş olunur. Ərizəçi xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışın ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçilər X8 və X13 nümayəndəsi Qanuni nümayəndə xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışın X14 və X15 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbin dəqiqləşdirilməsi barədə ərizəsinin məzmununa uyğun izahat verdi və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçilər X16 və X13 nümayəndəsi Qanuni nümayəndə ərizəni müdafiə edərək, tələbin dəqiqləşdirilməsi barədə ərizəsinin məzmununa uyğun izahat verdi və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 bildirdi ki, Ərizəçi onun dayısı Qanuni nümayəndə arvadıdır, X16 və X21 isə onların uşaqlarıdır. Ərizəçi məxsus torpağa mülkiyyət hüququna dair sənəddə onun adı səhvən “Məqsudə” kimi qeyd olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 bildirdi ki, Ərizəçi onun bibisi, X16 və X21 isə bibisinin uşaqlarıdır. Ərizəçi məxsus torpaq sahəsinə dair mülkiyyət sənədində onun adı səhvən “Məqsudə” kimi qeyd olunub. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-9251/2023 nömrəli bildirişin surətindən görünür ki, mülkiyyət sənədində qeyd olunan düzəlişlərin aparılmasından imtina edilmiş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunacağı təqdirdə qanunauyğun tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş Samux Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 306 nömrəli arayışdan görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 181 saylı qərarı ilə mülkiyyətə verilmiş torpağa dair mülkiyyət sənədində mülkiyyətçi X3 adı “Məxsudə” əvəzinə səhvən “Məqsudə”, X8 adı “Ramil” əvəzinə səhvən “Ramin”, X7 adı “Leyla” əvəzinə səhvən “Lalə” kimi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-nin xx.xx.2020-ci il tarixli, **********46 reyster nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsi Qanuni nümayəndə, X1, X10 və X11 paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsinə mülkiyyət hüququnu müəyyən edən Azərbaycan Respublikası DƏDRX-nin xx.xx.2020-ci il tarixli, **********46 reyster nömrəli çıxarış Samux Rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 saylı qərarı ilə mülkiyyətə verilmiş torpağa dair JN-311, Kod 50700001 saylı dövlət aktı əsasında verilmişdir. Həmin dövlət aktında X3 adı “Məxsudə” əvəzinə səhvən “Məqsudə”, X8 adı “Ramil” əvəzinə səhvən “Ramin”, X7 adı “Leyla” əvəzinə səhvən “Lalə” kimi göstərilmişdir. Həmin sənədin ərizəçilərə məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş aqrar-islahat komissiyaları artıq fəaliyyətini dayandırdığından ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməzlər, həmin sənəd, ərizəçilərə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində düzgün qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.09 hektar torpaq sahəsinə mülkiyyət hüququnu müəyyən edən Azərbaycan Respublikası DƏDRX-nin xx.xx.2020-ci il tarixli, **********46 reyster nömrəli mülkiyyət sənədinin X5, X14, X12 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216.2; 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Samux rayonu Qarayeri qəsəbəsində yerləşən, 0.09 hektar torpaq sahəsinə mülkiyyət hüququnu müəyyən edən Azərbaycan Respublikası DƏDRX-nin xx.xx.2020-ci il tarixli, **********46 reyster nömrəli mülkiyyət sənədinin X5, X14, X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar