Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-270/2025 28.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Tərifə Kərimova Əbülfət qızı, İddiaçıMMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçıMMC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçıMMC-nin xeyrinə 416.71 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC Cavabdeh 10 fevral 2020-ci il tarixli 003-20 saylı alqı-satqı müqaviləsi üzrə ümumi dəyəri 300 manat olan 1 ədəd yeni Samsung A10 modeli olan mobil telefon satmışdır. Müqavilə üzrə malın ödənişi müqavilənin 1 saylı əlavəsinə “Ödəniş cədvəlinə” uyğun olaraq 36% vurularaq bərabər hissələrlə 12 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 5 saylı əlavəsinə uyğun olaraq alıcı ödəniş cədvəlində nəzərdə tutulmuş əsas məbləğin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılma müddətlərini pozduqda, hər bir gecikdirilmiş əsas məbləğin gündə 0.10% miqdarında cərimə ödəyir. Ödəniş vaxtının gecikdirilməsi 60 günü keçdikdə satıcı qanunvericiliyə uyğun tədbirlər görmək hüququna malikdir. Müqavilənin ödəniş sənədlərinə əsasən cavabdeh əsas məbləğdən müqavilənin ödəniş sənədlərinə əsasən cavabdeh əsas məbləğdən 55 manat, faiz borcundan 15 manat pul ödənilmişdir. Halhazırda, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin müqavilə üzrə əsas borcu 275 manat, faizlər üzrə 94.64 manat, gecikdirilmiş gün üçün 47.07 manat ümumilikdə 416.71 manat borc təşkil edir. xx.xx.2022-ci il tarixli son ödənişinə, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin müqavilə üzrə ümumi borcu 416.71 manat təşkil edir. Dəfələrlə borcludan öz öhdəliklərini lazımınca yerinə yetirilməsini və borcların vaxtı-vaxtında ödənilməsi tələb edilsə də borclu hər dəfə müxtəlif bəhanələrlə yaranmış borcunu ödəməmişdir. Odur ki, iddiaçı məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və cavabdehə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə cavabdehə xəbərnaməli məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materialları araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: xx.xx.2020-ci il tarixli, № 003-20 saylı alqı-satqı müqaviləsinə və onun 1 saylı əlavəsinə əsasən Cavabdeh dəyəri 300 manat olan Samsung A10 markalı telefonu 12 ay müddətinə nisyə qaydada almışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə bağlanmış 10 fevral 2020-ci il tarixli 003-20 saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə, iddiaçı "xxxx" MMC-yə ümumi borcu 416,71 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1,-ci maddəsinə əsasən “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən rdə tutulduğu halda lə müddət nəzərdə müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəz: alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə baş tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Prosessual Məcəllənin 119.1 -ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki işin materialları ilə müəyyən edilir ki, hazırki iddianın qaldırılması üçün İddiaçıMMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 416.71 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçıMMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış alqı satqı müqaviləsinə əsasən yaranan 416.71 manat pul və ödənilmiş dövlət rüsumu əvəzi kimi 30 manat məbləğində pul Cavabdeh alınıb İddiaçı MMC-nə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-270/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-270/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver