Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-274/2025 20.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X13 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, Ərizəçi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-257A, KOD 50700048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə xüsusi mülkiyyətin Ərizəçi və X5 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Samux rayon X7 xx.xx.2000-ci il tarixli 106 nömrəli qərarı ilə 0,08 ha torpağın mülkiyyətə verilməsinə dair JN-257A, KOD 50700048 nömrəli şəhadətnamədə həyat yoldaşının və onun soyadı və adı səhv yazılmışdır. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun və həyat yoldaşının soyadı və adı Ərizəçi Fəxrəddin oğlu və X3 qeyd olunmuşdur. Mülkiyyət sənədində olan sənədlərdə göstərilən soyadlar fərqli olduğu üçün mülkiyyət hüququndan istifadə edə bilmir. Həmin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi əvəzinə Ərizəçi Fəxrəddin oğlu, X8 əvəzinə X9 yazılmışdır. Bu səbəbdən də, mülkiyyət sənədində olan hərf səhvinə görə mülkiyyət hüququndan istifadə edə bilmir. Onun soyadı, ad və ata adı torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədə Ərizəçi Fəxrəddin oğlu kimi qeyd olunmuş, AA ******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən X1, ad və ata adı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X3 qeyd olunmuşdur. Qeyd olunan səhvlərə görə mülkiyyət sənədində qeyd olunmuş soyad, ad və ata adı digər sənədlərdən fərqli qeyd olunduğu üçün məhkəmə qaydasında düzəldilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Samux rayonu, Sərkar kəndində yerləşən, onun və arvadının mülkiyyətinə verilmiş 0.08 ha həyətyanı torpaq sahəsi yalnız ona və arvadına məxsusdur. Onun atasının adı Faxrəddin olduğu halda, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun atasının adı səhvən Fəxrəddin kimi qeyd olunmuşdur. X8 onun arvadıdır, lakin sözügedən şəhadətnamədə Səfa Paşayevanın soyadı Əliyeva, adı isə Sona kimi qeyd edilmişdir, lakin Sona Əliyeva adlı şəxs yoxdur. Məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən X8 ərizəyə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Samux rayonu, Sərkar kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi ona və ərizəçiyə məxsusdur. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun soyadı səhvən Əliyeva, adı isə Sona kimi qeyd olunmuş, lakin Sona Əliyeva adlı şəxs yoxdur. Məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-257A KOD 50700048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 nömrəli qərarı ilə 2005-ci il tarixdə Samux rayonu, Sərkar kənd sakinləri Ərizəçi Fəxrəddin oğlunun və X6 mülkiyyətinə 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.1973-cü il tarixdə Xanlar rayonu, Sərkar kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Xanlar rayonu, Sərkar kəndində doğulmuşdur. İş materiallarında olan xx.xx.1973-cü il tarixdə Xanlar rayonu, Sərkar kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1973-cü il tarixdə Xanlar rayonu, Sərkar kəndində doğulmuşdur. İş materiallarında olan xx.xx.1995-ci il tarixdə Samux rayon Sərkar kənd icra hakimiyyəti tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 nikahları xx.xx.1995-ci ildə 09 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan seriya AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur və Samux rayonu, Sərkar kəndində qeydiyyatdadır. İş materiallarında olan seriya AA5235788 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1973-cü il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur və Samux rayonu, Sərkar kəndində qeydiyyatdadır. İş materiallarında olan Samux Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 86 nömrəli arayışdan görünür ki, Ərizəçi və ailə üzvlərinə Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixdə 106 nömrəli qərarı ilə verilmiş 0.08 həyətyanı torpaq sahəsini təsdiqləyən JN-257A KOD 50700048 nömrəli şəhadətnamədə mülkiyyətçilərin soyadı, adı və ata adı qeyd olunan səhifədə X2 texniki səhv olaraq yazılmışdır. Lakin Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000ci il tarixdə 106 nömrəli qərarı ilə verilmiş 0.08 ha həyətyanı torpaq sahəsini təsdiqləyən JN-257A KOD 50700048 nömrəli şəhadətnamədə də, öz əksini tapmış şəxslərin ailə üzvünün soyadı, adı və ata adının düzgün yazılışı X8-əsas:şəxsiyyət vəsiqəsi AA5235788, FİN 2PZ7SZT, İ-ЖГ № 287903 nömrəli doğum haqqında şəhadətnamədə, Vİ-ЖГ № 361025 nömrəli nikah haqqında şəhadətnamədə və müvafiq sənədlərdə də öz əksini tapmışdır. İş materiallarında olan Samux Rayon İcra Hakimiyyətinin Başçısının Sərkar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 317 nömrəli arayışdan görünür ki, Ərizəçi məxsus Samux rayonu, Sərkar kənd ərazisində yerləşən həyətyanı torpaq sahəsini təsdiq edən JN-257A KOD 50700048 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair Şəhadətnamədə adı və ata adı səhifəsində özünün - Ərizəçi Fəxrəddin oğlunun ata adında texniki səhv olaraq yazılmış, lakin düzgün yazılışı aşağıdakı Ərizəçidur. Nümayəndəliyin təsərrüfatbaşına kitabında həmin həyətyanı torpaq sahəsində qeyd olunmuş 958 nömrəli şəxsi hesabda Ərizəçi Fəxrəddin oğlu adlı vətəndaş qeydiyyatda olmamış və kənd ərazisində yaşamamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21- 3-33/2-3949/2024 nömrəli bildirişdən görünür ki, təqdim edilmiş “Torpağa mülkiyyət hüququna dair" JN-257A nömrəli şəhadətnamədə hüquq sahiblərinin ad və ata adlarında uyğunsuzluq olduğu, belə ki, eyni şəxs olmalarını təsdiq edən sənədin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı) təqdim edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, belə ki, Yeni uçot xəritəsinə əsasən faktiki torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid torpağa düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan 704 saylı Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli M/V 054196 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi müharibə veteranıdır. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-257A KOD 50700048 nömrəli şəhadətnamədə ərizəçinin ata adı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 və adı səhv yazılmışdır. Məhkəmə hesab edir ki, Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000ci il tarixli 106 nömrəli qərarına əsasən Ərizəçi Fəxrəddin oğlunun və X6 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi və X5 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. “X11” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azaddırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 nömrəli qərarına əsasən Ərizəçi Fəxrəddin oğlunun və X6 adına verilmiş 2005-ci il tarixli JN-257A KOD 50700048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi və X5 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-274/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-274/2025
20.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver