Məhkəmə qərarları › İş №2(058)-303/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-303/2023

27.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-303/2023 27.03.2023 SAMUX RAYON MƏKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-0415, KOD 50700001 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının və JN-291F KOD 50703018 nömrəli torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamənin ona yəni, Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdırlar ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 saylı qərarı ilə ona ailə üzvlərinə Samux rayon Qarayeri qəsəbəsi ərazisində 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və həmin qərarla 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə dair JN 0415 KOD 50700001 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı və JN 291F KOD 50703018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin dövlət aktında və şəhadətnamədə onun adı Ərizəçi əvəzinə texniki səhv olaraq X3 yazılmışdır. Ona görə də, sözügedən mülkiyyət sənədlərinin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək hüquq müəyyən edici sənədlərin ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirdi ki, onun üç qızı, bir oğlu var, ərizəçi Elşən onun oğludur. Torpağa mülkiyyət hüququna dair dövlət aktında və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə oğlu Elşənin adı səhvən Emin kimi qeyd olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirdi ki, ərizəçi Elşən onun qardaşıdır. Torpağa mülkiyyət hüququna dair dövlət aktında və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qardaşı Elşənin adı səhvən Emin kimi qeyd olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ailədə 4 uşaq olublar, onun 2 bacısı, bir qardaşı var. Ərizəçi onun qardaşıdır. Torpağa mülkiyyət hüququna dair dövlət aktında və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qardaşı Elşənin adı səhvən Emin kimi qeyd olunub. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli №**********20 nömrəli məktubundan görünür ki, qeyd olunan düzəlişlərin aparılmasından imtina edilmiş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunacağı təqdirdə qanunauyğun tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan 05 iyun 2002-ci il tarixli, JN-415 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından məlum olur ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 25 dekabr tarixli 181 saylı qərarı ilə 1.05 hektar torpaq sahəsi X15, X14, X11, X6, X13, X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli, JN291F, Kod 50703018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 25 dekabr tarixli 181 saylı qərarı ilə 0.10 hektar torpaq sahəsi X14, X11, X6, X13, X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Samux rayonu İHB tərəfindən verilmiş 23 sentyabr 2022-ci il tarixli, 102 nömrəli arayışdan görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 181 saylı qərarı ilə verilmiş 1.05 ha torpaq sahəsinə mülkiyyət hüququna dair JN-415, kod-50700001 saylı Dövlət Aktında Ərizəçi adının səhvən X3 yazıldığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin adı əslində Elşən olsa da, Samux Rayon Aqrar İslahat Komissiyasından verilmiş JN 0415 KOD 50700001 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında və JN 291F KOD 50703018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçinin adı “Emin” kimi göstərilmişdir. Həmin sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş aqrar-islahat komissiyaları artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, X7, X8, X5, X2, X9 və X1 adına verilmiş JN 0415 KOD 50700001 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının və X8, X5, X2, X9 və X1 adına verilmiş JN 291F KOD 50703018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarına əsasən X7, X8, X5, X2, X9 və X1 adına verilmiş JN 0415 KOD 50700001 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının və X8, X5, X2, X9 və X1 adına verilmiş JN 291F KOD 50703018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar