Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-318/2025 14.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş mülkiyyət sənədinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ləğv olunmuş xx.xx.2010-cu il tarixli 7E-24-20685 reyestr nömrəli etibarnamə əsasında aparılmış xx.xx.2015-ci il tarixli № 4 Ə-2919 reyestr nömrəli, Cavabdeh ilə X12 arasında bağlanmış torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin müqavilə əsasında verilmiş xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli xüsusi mülkiyyət haqqında çıxarışın ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 181 saylı qərarı ilə ona və yaxın qohumları X13, X14, X8 cizgidə göstərilən sərhəd daxilində 0,64 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə görə torpağa mülkiyyət hüququna dair JN:- 0540. KOD 50700001 dövlət aktı verilmişdir. Həmin vaxtdan torpaq hazıra kimi onların yəni mülkiyyətçilərin istifadəsindədir. Paylı mülkiyyətçilər X17, İddiaçı (Sahilə) Qurban qızı, X18, X16 xx.xx.2010-cu il tarixdə Gəncə şəhəri 1 saylı Dövlət Notariat Kontorunda Samux rayonu Qarayeri qəsəbəsində yaşayan Cavabdeh paylı mülkiyyətlərində olan 0,64 ha torpaq sahəsini satmağa, bağışlamağa, ipoteka (girov) qoymağa, dəyişməyə, pulunu almağa dair 50 il müddətinə etibarnamə verilmişdir. Paylı mülkiyyətçilər tərəfindən xx.xx.2011-ci il tarixdə Gəncə şəhəri 1 saylı Notariat Ofisinə HR-1 № 091805 saylı və 7E- 24-20685 reyestr nömrəli etibarnamənin ləğvi ilə əlaqədar müraciət etmişmişlər. Müraciətləri əsasında qeyd olunan etibarnamə ləğv olunmuşdur. Gəncə şəhər 1 saylı Notariat Kontoru xx.xx.2011-ci il tarixli № 33 nömrəli məktubda etibarnamə alan Cavabdeh Mikayıl (Mixayloviçə) oğluna rəsmi məlumat verərək bildirmişdir ki, X17, X15, X18 və X6 ərizələri əsasında, onun adına verilmiş xx.xx.2010-cu il tarixli 7E-20685 reyestri Samux rayonu Qarayeri qəsəbəsi ərazisində yerləşən 0,64 ha torpaq üzərində sərəncam verməyə dair etibarnamə ləğv edilmişdir. Cavabdeh etibarnamənin ləğv olunduğunu bildiyi halda, yəni etibarnamə ləğv olunduqdan dörd il sonra xx.xx.2015-ci il tarixdə payçıların adına xüsusi mülkiyyətə dair №********** qeydiyyat nömrəli çıxarış almışdır. Bundan sonra aldatma yolu ilə, yəni ləğv edilmiş etibarnamə ilə biz payçıların xüsusi mülkiyyətində olan 0.57 ha torpaq sahəsini xx.xx.2015-ci il tarixdə Gəncə “ASAN Xidmət” Mərkəzində Notariat Kontorunda torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında Samux rayonu Sarıqamış kənd sakini X23, oğluna satmışdır. Cavabdeh alqı-satqı müqaviləsini imzalayan zaman istinad edilən etibarnamə qüvvədə olmamışdır. Bu səbəbdən ləğv edilmiş etibarnamə əsasında aparılmış torpaq sahəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun əsasında verilmiş xüsusi mülkiyyətə dair çıxarışlar ləğv olunmalıdır. Həmçinin qeyd etmişdir ki, mülkiyyət sənədlərində adı Sahilə kimi qeyd olunmuşdur. Lakin doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsində adı Sahidədir. Onun adında olan səhv düzəldilmədən alqı-satqı aparılması bu işlərin şəxsi maraq zəminində edilməsinə əsaslı şübhələr yaradır. Paylı mülkiyyətçilər X17, İddiaçı (Sahilə) Qurban qızı, X18, X16 adından xx.xx.2010-cu il tarixdə verilmiş 7E-24-20685 reyestr nömrəli etibarnamə xx.xx.2011-ci il tarixdə ləğv olunmuşdur. Bu səbəbdən etibarnamə almış şəxs Cavabdeh xəbəri olmuşdur və alqı-satqı 4 il əvvəl ləğv olunmuş etibarnamə ilə həyata keçdiyi üçün etibarsız hesab olunmalıdır. Həmin alqı-satqı əsasında verilmiş xüsusi mülkiyyətə dair çıxarışlar ləğv olunmalıdır. Ona görə də, həmin müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi, həmçinin sədrlik edənin sualına cavab olaraq bildirdi ki, iddia tələbində sözügedən mülkiyyət sənədində və etibarnamədə iddiaçının adı səhvən Sahidə kimi qeyd olunmuşdur. Tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək bildirdi ki, tələb əsassızdır, belə ki, iddia tələbində sözügedən alqı-satqı müqaviləsini o, etibarnamədə etibar edən şəxslər kimi adları qeyd olunmuş şəxslərin ona verdikləri səlahiyyət əsasında onları təmsil edən şəxs olaraq imzalamış və torpaq sahəsini üçüncü şəxsə satmış, əmlakın dəyəri isə mülkiyyətçilərə ödənilmişdir. Onun etibarnamənin ləğvindən məlumatı olmamışdır. Tələbin rədd olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs X12 iddianın əsassız olduğunu, onun vicdanlı alıcı olduğunu bildirdi və tələbin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəfin dəvəti ilə şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsi onun icarəsində olub, torpağın mülkiyyətçiləri tərəfindən torpaq sahəsinin satılmasına dair Cavabdeh etibarnamə verilmişdir, lakin etibarnamə daha sonra ləğv edilmişdir, buna baxmayaraq Cavabdeh torpağı Mülayim Məmmədova satmışdır. Torpaq sahəsi satıldıqdan sonra da icarə hüququ ilə onun istifadəsində qalmaqda davam etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair JN-0540 KOD 50700001 nömrəli dövlət aktının surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Samux rayonu Şəmşəddin kəndində yerləşən 0.64 hektar torpaq sahəsi X10, X5, X11 və X6 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.57 ha torpaq sahəsi X10, X5, X11 və X6 ümumi birgə mülkiyyətlərində olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixli etibarnamənin surətindən görünür ki, əlli il müddətinə xx.xx.2060-cı il tarixinədək X15, X17, X18 və X3 rayonu Qarayeri qəsəbəsin yaşayan Cavabdeh Mikayıl oğluna DTXK Samux rayon şöbəsinin xx.xx.2002-ci İl tarixli JN-0540 seriyalı dövlət aktına əsasən onlara məxsus Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,64 ha torpaq sahəsini satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı, dəyişməyi, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, həmin müqaviləyə əsasən X17, X15, X18 və X3 rayonu Qarayeri qəsəbəsində yerləşən və ümumi birgə mülkiyyət hüququ ilə onlara məxsus olan 0.57 hektar torpaq sahəsini etibarnamə üzrə nümayəndələri Cavabdeh vasitəsilə X2. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.57 torpaq sahəsi X4 mülkiyyətindədir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, X15, X17, X21 və X19 tərəfindən 26 noyabr 2010-cu il tarixli etibarnamə əsasında onlara məxsus Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,64 ha torpaq sahəsini satmağa, bağışlamağa, ipoteka və girov qoymağa, dəyişməyə, pulunu almağa, buna dair müqavilələr imzalamağa dair Cavabdeh səlahiyyət verilmişdir. Daha sonra Cavabdeh tərəfindən sözügedən torpaq sahəsinin 0,57 ha hissəsi xx.xx.2015-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında alıcı X1. İddiaçı iddia edir ki, o və sözügedən torpaq sahəsinin digər birgə mülkiyyətçiləri tərəfindən onlara məxsus Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,64 ha torpaq sahəsini satmağa dair notarial qaydada təsdiq olunmuş etibarnamə ilə Cavabdeh 2010-cu ildə səlahiyyət verilsə də, 2011-ci ildə həmin etibarnamə onlar tərəfindən ləğv edilmişdir. Cavabdeh isə etibarnamənin ləğvindən məlumatı olmadığını bildirir. Həmçinin iddiaçı tərəf məhkəmə iclasında bildirmişdir ki, mülkiyyət sənədində və sözügedən etibarnamədə iddiaçının adı səhvən Sahidə deyil Sahilə kimi qeyd olunmuşdur. İrəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin faktiki hallarından aydın olduğu kimi, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin müqavilnin predmeti olan torpaq sahəsi, torpağın ümumi birgə mülkiyyətçiləri tərəfindən etibarnamə ilə cavabdehə verilmiş səlahiyyət əsasında üçüncü şəxsə satılmışdır. Həmin etibarnamədə etibar edən şəxslər kimi X17, X15, X18 və X16 qeyd olunmuşdur. Belə ki, sözügedən alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsi məhz həmin şəxslərin birgə mülkiyyətində olmuş və birgə mülkiyyətçilər xx.xx.2010-cu il tarixli etibarnamə ilə həmin torpaq sahəsini satmaq hüququna dair cavabdehə səlahiyyət vermişlər. Hazırki iddia tələbi isə İddiaçı tərəfindən qaldırılmışdır, hansı ki, o, sözügedən etibarnamdə etibar edən şəxslər, həmçinin torpağın birgə mülkiyyətçiləri sırasında deyil. İddiaçı tərəf məhkəmə iclasında bildirmişdir ki, mülkiyyət sənədində və sözügedən etibarnamədə iddiaçının adı səhvən Sahidə deyil Sahilə kimi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, iş materiallarındakı mülkiyyət sənədindən, eyni zamanda həmin mülkiyyətə dair cavabdehə sərəncam hüququ verən etibarnamədən mülkiyyətçinin və etibar edən şəxsin X15 olduğu aydındır. Hazırda etibarnamənin etibar edən şəxslər tərəfindən ləğv edilməsini əsas gətirməklə sözügedən etibarnamə əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığını və həmin alqı-satqı müqaviləsi əsasında əldə olunmuş mülkiyyət sənədinin ləğvini tələb edən şəxs isə İddiaçıdır. Yəni iddiaçı nə mübahisələndirilən alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsinin mülkiyyətçisi, nə də sözügedən etibarnaməni verən şəxs deyil. Məhkəmə bu halları nəzərə alaraq hesab edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququ yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatda mülkiyyət sənədində və etibarnamədə iddiaçının adının səhvən Sahilə kimi qeyd olunmasına dair gətirdiyi arqument heç bir sübutla təsdiq olunmadığından əssassız hesab olunur. Beləliklə məhkəmə, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olmaması əsası ilə iddia tələbinin rədd olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-318/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-318/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver