Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-320/2024 13.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X31 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi1, onun və Ərizəçi2 nümayəndəsi – vəkil Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Samux rayonu, Zazalı kəndində 0.14 ha torpaq sahəsinin 2/20 hissəsinə dair səhvən “X12” və 2/20 hissəsinə görə səhvən “X13” verilmiş xx.xx.2022-ci il tarixli **********35 reyestr nömrəli çıxarışın 2/20 hissədə Ərizəçi1 və 2/20 hissədə Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Samux rayonu, Zazalı kəndində 0.14 ha torpaq sahəsi 2/20 hissə olmaqla ərizəçilərin və qeyrilərinin paylı mülkiyyətindədir. Həmin torpaq sahəsinə görə verilmiş sənədlərdə, yəni xx.xx.2022-ci il tarixli **********35 reyestr nömrəli çıxarışda və “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə” Ərizəçi1 adı səhvən X3 qeyd edilmişdir. Ərizəçi2 adı, soyadı və ata adı dəyişdirilmişdir. Belə ki, əvvəlki soyadı Amirova, adı Səbinə, ata adı Eldar olmuşdur və torpaq sahəsinin ilkin sənədlərində X21 olmuşdur. Torpaq sahəsinə görə verilmiş çıxarışda isə X21 əvəzinə X22 qeyd edilmişdir. Hazırda sənədlərdə olan uyğunsuzluqlara görə onlar həmin torpaq sahəsinə dair heç bir əməliyyat apara bilməmişlər. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi qeyd edilmiş səhvləri düzəltməkdən imtina etmişdir. Beləliklə, onlar hüquqlarından istifadə edə bilməmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəyə uyğun izahat verdi. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçilərin nümayəndəsi – vəkil Nümayəndə ərizəyə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, maraqlı şəxs kimi qeyd etdikləri orqan tərəfindən Ərizəçi1 səhvən “X20” kimi, digər ərizəçinin ad və soyadı isə Əmirova Səbinə əvəzinə səhvən Səkinə kimi qeyd edilmişdir. Ərizəçi Türkiyədə daimi yaşadığından soyadı Abitgil, ata adı isə Erdal kimi qeyd edilmişdir. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi1, onun və Ərizəçi2 nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, Ərizəçi1 onun arvadı, Sabina isə onun qardaşı qızıdır. Əvvəllər qardaşı qızının adı Səbinə, soyadı Əmirova, ata adı Eldar olmuş, lakin Türkiyəyə köçdükdən sonra ad, soyadını dəyişərək, Ərizəçi2 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, Ərizəçi1 onun qonşusudur. Qonşusu Eldarın qızı doğulan zaman adını Səbinə qoymuşlar. Eldarın Səkinə adlı qızı olmamışdır. Səbinənin adı və soyadı dəyişilərək, Ərizəçi2 olmuş və o, hazırda Türkiyədə yaşayır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1994-cü il tarixdə Rusiya Federasiyası, Belqorod vilayəti, Novıy Oskol rayonu, Velikomixaylovka kəndində doğulmuşdur. İş materiallarında olan “X24 və X25 Müdürlüğü” tərəfindən verilmiş Türk vatandaşlığını kazanan kişiye ait bilgiler”-in surətindən görünür ki, Ərizəçi2 keçmiş adı Sabina, keçmiş soyadı isə Amirova olmuşdur. İş materiallarında olan X11 kartının surətindən görünür ki, Ərizəçi2 xx.xx.1994-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan seriya AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1976-cı il tarixdə Özbəkistan Respublikası, Daşkənd V.Ağkurqan rayonunda doğulmuşdur və Samux rayonu, Zazalı kəndində yaşayır. İş materiallarında olan JN-012F KOD 50706018 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə Samux rayonu, Zazalı kənd sakinləri X19, X2, X6, X7, X5, X16, X8, X17, X1 və X9 mülkiyyətinə 0.14 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Samux rayonu, Zazalı kəndində yerləşən 0,14 ha torpaq sahəsi X6 2/20 hissə payı, X7 2/20 hissə payı, X16 2/20 hissə payı, X17 3/20 hissə payı, X1 2/20 hissə payı, X9 2/20 hissə payı, X5 7/20 hissə payı olmaqla adlarına qeyd edilmişdir. İş materiallarında olan Samux rayon İcra Hakimiyyəti Başçısının X37 Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Ərizəçi1 həqiqətən o, Samux rayon Zazalı kəndində yaşayır və həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Samux rayon Dövlət Arxivi tərəfindən X10 ünvanlanmış arxiv arayışından görünür ki, X9 adı Samux rayonu, X37 Ərazi Dairəsinin vahidliyinin 1996-2000-ci illərin 05 nömrəli təsərrüfatbaşına kitabında X4 qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X10 ünvanlanmış məktubdan görünür ki, aparılan araşdırma zamanı çıxarışda mülkiyyətçilərdən birinin adında olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarınln təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında Ərizəçi1, onun və Ərizəçi2 nümayəndəsinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat **********35 reyestr nömrəli çıxarışda yanlışlıq olaraq ərizəçilərin adı, soyad və ata adı “X20” və “X22” kimi qeyd edilmişdir. X29 vətəndaşlığını qəbul etdikdən sonra onun ad, soyad və ata adı dəyişilərək, Ərizəçi2 kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş Samux rayonu, Zazalı kəndində yerləşən 0,14 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat **********35 reyestr nömrəli çıxarışın torpaq sahəsinin 2/20 hissəsinin Ərizəçi1 və 2/20 hissəsinin Ərizəçi2 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş Samux rayonu, Zazalı kəndində yerləşən 0,14 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat **********35 reyestr nömrəli çıxarışın torpaq sahəsinin 2/20 hissəsinin Ərizəçi1 və 2/20 hissəsinin Ərizəçi2 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-320/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-320/2024
13.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver