Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-334/2023 30.03.2023 SAMUX RAYON MƏKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN 004A, KOD 50700001 nömrəli və JN-004B, KOD 50700001 nömrəli torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamələrin və JN 0183, KOD 50700001 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının ona yəni, Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdırlar ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə hərəsi 0,10 ha olmaqla iki pay həyətyanı torpaq sahəsi, həmçinin 0,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə dair JN-004A, KOD 50700001 nömrəli və JN-004B, KOD 50700001 nömrəli torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamələr və JN 183, KOD 50700001 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sözügedən şəhadətnamələrdə onun soyadı, adı və ata adı X9, dövlət aktında isə X2 yazılmışdır. O, xx.xx.2014-cü il tarixdə Gəncə ASAN xidmət mərkəzinə soyadının və adının dəyişdirilməsi ilə bağlı müraciət etmiş, müraciətinə ASAN xidmət mərkəzində baxılaraq, soyadı Bayramlı, adı Kamran olaraq qeyd olunmuşdur. Soyadının və adının dəyişdirilməsi barədə xx.xx.2014-cü il tarixdə 72 nömrəli qeydlə, AZ-1N-011284 nömrəli şəhadətnamə verilmişdir. Adını və soyadını dəyişdirməzdən əvvəl onun soyadı və adı Ələkbərov Tural olmuşdur. Torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamələrdə əslində əvvəlki adı və soyadı düzgün qeyd olunmuş, torpağa mülkiyyət hüququna dair dövlət aktında isə sadəcə soyadı səhv qeyd olunmuşdur. Soyadını və adını dəyişdirməsi ilə əlaqədar olaraq isə onun mülkiyyət sənədləri ilə şəxsiyyətini təsdiq edən sənədlər arasında ümumiyyətlə uyğunsuzluq yaranmışdır. Ona görə də, həmin mülkiyyət sənədlərinin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək hüquq müəyyən edici sənədlərin ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, onun iki övladı var, Kamran onun oğludur. Kamranın əvvəlki adı Tural olub, Rusiyadan deportasiya olunduğu üçün yenidən həmin ölkəyə gedə bilməsi məqsədilə adını dəyişdirib. Torpağa mülkiyyət hüququna dair sənədlərdə oğlu Kamranın adı və soyadı Tural Ələkbərov və Tural Abbasov kimi yazılıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirdi ki, onun iki övladı var, ərizəçi Kamran onun oğludur. Əvvəlki adı Ələkbərov Tural olub. Rusiyadan deportasiya olunduğu üçün yenidən həmin ölkəyə gedə bilməsi məqsədilə adını dəyişdirib. Torpağa mülkiyyət hüququna dair sənədlərdə oğlu Kamranın adı və soyadı Tural Ələkbərov və Tural Abbasov kimi yazılıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, ərizəçi Kamran onun qardaşıdır. Qardaşının əvvəlki adı Tural olub, hazırda isə adını və soyadını Ərizəçi olaraq dəyişdirib. Torpağa mülkiyyət hüququna dair sənədlərdə qardaşı Kamranın adı və soyadı Tural Ələkbərov və Tural Abbasov kimi yazılıb. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli №3-21-3-33/2-B-00xx-xx/2023 nömrəli məktubundan görünür ki, qeyd olunan düzəlişlərin aparılmasından imtina edilmiş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunacağı təqdirdə qanunauyğun tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan 24 yanvar 2005-ci il tarixli, JN-004B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 saylı qərarı ilə 0.10 hektar torpaq sahəsi X10, X5, X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 24 yanvar 2005-ci il tarixli, JN-004A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 saylı qərarı ilə 0.10 hektar torpaq sahəsi X10, X5, X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2002-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” nın surətindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 saylı qərarı ilə 0.53 hektar torpaq sahəsi X10, X5, X8 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Samux rayonu İHB tərəfindən verilmiş 23 dekabr 2022-ci il tarixli, 333 nömrəli arayışdan görünür ki, Samux rayon X3 25 dekabr 1997-ci il tarixli, 181 saylı qərarı ilə verilmiş hərəsi 0.10 ha olmaqla iki pay torpaq sahələrinə dair JN-004A, kod- 50700001 və JN-004B, kod-50700001 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə və Samux rayon X3 25 dekabr 1997-ci tarixdə, 181 saylı qərarı ilə verilmiş 0.53 ha torpaq sahəsinə mülkiyyət hüququna dair JN-183, kod-50700001 saylı Dövlət Aktında “Ələkbərov Tural”, “Abbasov Tural” kimi qeyd olunmuş şəxsin soyadı, adı və ata adı Ərizəçidur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçiyə doğularkən Tural adı verilib, soyadı isə Ələkbərov olub. Samux Rayon Aqrar İslahat Komissiyasından verilmiş JN-004A, KOD 50700001 nömrəli və JN-004B, KOD 50700001 nömrəli torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamələrdə ərizəçinin adı və soyadı Ələkbərov Tural kimi, yəni əvvəlki soyadı və adı qeyd olunub, JN 183, KOD 50700001 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında isə ərizəçinin soyadı səhvən Abbasov kimi göstərilib. Ərizəçi 2014-cü ildə adını və soyadını dəyişdirib və bu səbəbdən də onun şəxsiyyətini təsdiq edən sənədlə mülkiyyət sənədləri arasında uyğunsuzluq yaranıb. Həmin sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş aqrar-islahat komissiyaları artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, X6, X1 və X4 adına verilmiş JN-004A, KOD 50700001 nömrəli və JN-004B, KOD 50700001 nömrəli torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamələrin və X6, X1 və X8 adına verilmiş JN 183, KOD 50700001 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarına əsasən X6, X1 və X4 adına verilmiş JN-004A, KOD 50700001 nömrəli və JN-004B, KOD 50700001 nömrəli torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamələrin və X6, X1 və X8 adına verilmiş JN 183, KOD 50700001 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-334/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-334/2023
30.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver