Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-336/2025 18.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Samux Rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 saylı qərarı ilə onun mülkiyyətinə verilmiş torpağa dair JN-914 A saylı KOD 50700001 saylı Torpağa Mülkiyyət Hüququna Dair şəhadətnamənin ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslanıdrılmışdır ki, onun xususi mülkiyyətinə Samux rayonu, Şəmsəddin kəndi hazırkı Qarayeri qəsəbəsi ərazisində 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-914 A saylı KOD 50700001 saylı Torpağa Mülkiyyət Hüququna Dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə onun adının yerinə texniki səbəbdən səhv olaraq «X7» adlı şəxsin adı qeyd edilib. Əslində isə «X7» adlı şəxs nə onların ailə üzvlərində, nədə ki, Samux rayon Qarayeri qəsəbə ərazisində belə bir şəxs yoxdur. Adına verilmiş JN-914 A saylı KOD 50700001 saylı Torpağa Mülkiyyət Hüququna Dair Şəhadətnamədə buraxılmış səhvin düzəldilməsi ilə aidiyyatı təşkilatlara müraciət etmiş, lakin müraciəti əsasında ona izah olunmuşdu ki, şəhadətmənin ona məxsus olması faktının müəyyən olmasına dair məhkəməyə müraciət edilməlidir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətrində qalmışdır. Ərizəçi etibarnamə üzrə nümayəndəsi X5 ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Ərizəçi onun xalası oğludur, X5 isə xalası oğlu Ziyadın oğludur. Samux Rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 saylı qərarı Samux rayonu Şəmsəddin kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi xalası oğlu Ərizəçi verilmişdir və JN-914 A saylı KOD 50700001 saylı Torpağa Mülkiyyət Hüququna Dair şəhadətnamə Ərizəçi məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, Ərizəçi onun qonşusu, X5 isə qonşusu Ziyadın oğludur. Onlar uzun müddətdir ki, qonşuluqda yaşayırlar. Samux rayonu Şəmsəddin kənd ərazisində olan 0.08 ha torpaq sahəsi Ərizəçi məxsusdur. Sözügedən mülkiyyət sənədində Ərizəçi soyadı və atasının adı texniki olaraq səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, Ərizəçi onun qonşusu, X5 isə qonşusu Ziyadın oğludur. Onlar uzun müddətdir ki, qonşuluqda yaşayırlar. Samux rayonu Şəmsəddin kənd ərazisində olan 0.08 ha torpaq sahəsi Ərizəçi məxsusdur. Sözügedən mülkiyyət sənədində Ərizəçi soyadı və atasının adı texniki olaraq səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, Ərizəçi onun qonşusudur, uzun müddətdir ki, qonşuluqda yaşayırlar. Samux rayonu Şəmsəddin kənd ərazisində olan 0.08 ha torpaq sahəsi Ərizəçi məxsusdur. Sözügedən mülkiyyət sənədində Ərizəçi soyadı və atasının adı texniki olaraq səhv yazılmışdır, JN-914 A saylı KOD 50700001 saylı Torpağa Mülkiyyət Hüququna Dair şəhadətnamə Ərizəçi məxsusdur. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: JN-914 A KOD 50700001 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnaməsinin surətindən görünür ki, Samux rayon Şəmsəddin kəndində yerləşən 0.08 ha torpaq sahəsi Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 saylı qərarı ilə X3 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-12280/2024 nömrəli bildirişin surətindən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunmadığından qeyd olunan düzəlişlərin aparılmasından imtina olunmuşdur. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti başçısının Qarayeri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışından görünür ki, Samux rayon ərazisində yerləşən 0.08 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən JN-914A, KOD 50700001 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamədə mülkiyyətçinin soyadı və ata adı texniki olaraq səhv yazılmış, düzgün yazılışın Ərizəçi kimi olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, JN-914 A saylı KOD 50700001 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnaməsində mülkiyyətçi Ərizəçi soyadı səhvən «Əliyev», ata adı isə “Ələsgər” kimi göstərilmişdir. Həmin sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş aqrar-islahat komissiyaları artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməzlər, həmin sənəd, ərizəçiyə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində düzgün qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 saylı qərarı ilə verilmiş, Samux rayonu Qarayeri kəndində yerləşən 0.08 hektar torpaq sahəsinə mülkiyyət hüququnu müəyyən edən torpağa mülkiyyət hüququna dair JN - 914 A KOD 50700001 saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216.2; 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 saylı qərarı ilə verilmiş, Samux rayon Şəmsəddin kəndində yerləşən 0.08 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən JN - 914 A KOD 50700001 saylı (şəhadətanmə) mülkiyyət sənədinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-336/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-336/2025
18.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver