Məhkəmə qərarları › İş №2(058)-353/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-353/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-353/2024 05.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X18 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə onun arasında JN-206A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 0.14 ha torpaq sahəsinə dair xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 12 aprel 2005-ci il tarixdə Samux rayonu, Qarayeri qəsəbəsində (Şəmşəddin ərazisində) şəhid Şahin Əliyev küçəsində yol kənarında yerləşən, xx.xx.2005-ci il tarixli, JN-206A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən” X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məxsus olan 0.14 ha torpaq sahəsini X2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 o vaxtkı məzənnə ilə 630 min manata (630 şirvan) almışdır. Həmin vaxt alqı-satqı müqaviləsini notariat kontorunda rəsmiləşdirməmişlər. Samux rayonu Qarayeri bələdiyyəsinin də iştirakı ilə öz aralarında yazılı müqavilə hazırlayıb imzalamışlar. O, gündən bəri torpaq sahəsi onun sahibliyindədir, o, istifadə edir və vergilərini ödəyir. X1 ona satdıqdan bir müddət sonra xx.xx.2006-cı il tarixdə vəfat etiş, alqı-satqı müqaviləsini rəsmiləşdirmək daha da çətinləşmişdir. Hazırda həmin torpaq sahəsi X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına mülkiyyət hüquqi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2005-ci ildə onun alqı-satqı zənn etdiyi aktı notarial qaydada rəsmiləşdirilməmiş, bir müddət keçdikdən sonra məlum olmuşdur ki, həmin akt notarial qaydada təsdiq olunmalıdır. Aralarında bələdiyyənin iştirakı ilə alqı-satqı aktı tərtib edilmiş, üzərindən xeyli müddət keçmişdir. 2005-ci ildən həmin torpaq sahəsi onun istifadəsindədir. Alqı-satqı aktını təsdiq edən keçmiş bələdiyyə sədri Rasim Məmmədov hazırda iflicdir, özünü idarə etmək vəziyyətində deyil, ona görə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, iddia tələbini qəbul edir, İddiaçı adına sənədləşdirmə işlərinin aparılmasına etirazı yoxdur. O, xx.xx.2005-ci il tarixdə torpaq sahəsini İddiaçı 630 şirvana (manata) satmışdır, hazırda həmin torpaq sahəsini İddiaçı istifadə edir. 2005-ci ildə həmin pulla özünə başqa yerdə ev tikdirmiş və həmin evə köçmüşdür. İddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsinə etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və Cavabdeh1 izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, Cavabdeh1 və İddiaçı onun qonşularıdır. 2005-ci ildə iddiaçı ilə cavabdehlərin və Məmmədəlinin mərhum anası X5 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağlandığı vaxt o, tərəflərin yanında olmuşdur, həmin torpaq sahəsi Məmmədəlinin ailə üzvləri X5 və digərləri tərəfindən İddiaçı 630 şirvana (manata) satılmışdır. Torpağın alqısatqısı barədə müqavilə onun yanında bağlanmış və torpağın 630 şirvana (manata) Yaşar tərəfindən alınmasının şahidi olmuşdur. Həmin torpaq sahəsini İddiaçı istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, Cavabdeh1 və İddiaçı onun qonşularıdır. Cavabdehlərə məxsus torpaq sahəsi 2005-ci ildə alqı-satqı müqaviləsi əsasında dəyəri ödənilməklə iddiaçıya satılmışdır. Torpağa dair müqavilə bağlandığı vaxt o, tərəflərin yanında olmuşdur. Həmin torpaq sahəsi Cavabdeh1 və digərləri tərəfindən 630 şirvana (manata) İddiaçı satılmışdır. Həmin torpaq sahəsini İddiaçı 2005-ci ildən istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, tərəflər onun qonşularıdır. 2005-ci ildə torpağın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqavilə bağlandığı vaxt o, İddiaçı yanında olmuşdur. Həmin torpaq sahəsi Cavabdeh1 və digərləri tərəfindən 630 (manata) şirvana İddiaçı satılmışdır. Həmin torpaq sahəsini 2005-ci ildən İddiaçı istifadə edir. İş materiallarında olan 12 aprel 2005-ci il tarixdə tərtib olunmuş alqı-satqı müqaviləsindən görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsi (Şəmşəddin ərazisində) şəhid Şahin Əliyev küçəsində yol kənarında satıcılara məxsus xx.xx.2005-ci il tarixli, JN- 206A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən” 0.14 ha torpaq sahəsi 630 şirvana satıcılar X5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən alıcı İddiaçı satılmışdır. İş materiallarında olan Samux rayonu Qarayeri qəsəbə icra nümayəndəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 12 aprel 2006-cı ildə ölmüşdür. İş materiallarında olan Samux rayonu Qarayeri Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən JN-206A nömrəli Kod 50700001 olan torpağın mülkiyyətinə dair şəhadətnamə ilə X5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Ağamməd qızına məxsus 0.14 ha torpaq sahəsini 2005-ci ildən İddiaçı istifadə, idarə edir və vergisini ödəyir və heç bir borcu yoxdur. İş materiallarında olan Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə verilməsinə” dair JN-206A KOD 50700001 nömrəli şəhadətnamənin surətindən görünür ki, Samux rayonu, Şəmsəddin (Qarayeri) qəsəbəsi kənd sakinləri X3, Cavabdeh1, X6, Cavabdeh3, Cavabdeh4 və X7 mülkiyyətinə 0.14 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci il tarixə kimi qüvvədə olmuş 335.2-ci maddəsinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinə görə əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 648.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. İşin müəyyən edilmiş faktiki hallarından çıxış etməklə və həmin halları təsdiq edən sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki İddiaçı ilə X5, Cavabdeh1, X10, Cavabdeh3, Cavabdeh4 və X12 arasında Samux rayonu, Qarayeri qəsəbəsi, şəhid Şahin Əliyev küçəsində yerləşən “Torpağın Mülkiyyətə verilməsinə” dair JN-206A KOD 50700001 nömrəli şəhadətnaməyə əsasən verilmiş 0.14 ha torpaq sahəsinə dair tərəflər arasında alqı-satqının bağlanması və bunun müqabilində iddiaçı tərəfindən razılaşdırılmış məbləğin ödənilməsi və həmin məbləğin cavabdehlər tərəfindən qəbul edilməsi tərəflərin izahatları, şahid ifadələri və tərəflərin arasında bağlanmış alqı-satqı müqaviləsi ilə tam sübutu yetirilir. Ona görə də, tərəflər arasında bağlanmış əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından cavabdehlər tərəfindən boyun qaçırıldığına, yəni mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün onun tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə vəzifəsini icra etmədiyinə görə həmin qeydiyyatın həyata keçirilməsi üçün tərəflər arasında alqı satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı hazırda istifadəsində olan Samux rayonu, Qarayeri qəsəbəsi, şəhid Şahin Əliyev küçəsində yerləşən torpaq sahəsini xx.xx.2005-ci ildə X5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə öz aralarında razılaşaraq, satın almışdır. Bundan sonra X5 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Bu səbəbdən də alqı-satqı rəsmiləşdirilməmiş qalmışdır. Alqı-satqının rəsmiləşdirilməməsi səbəbindən, mülkə dair sənədləşmə aparılmamış qalmaqdadır. İddiaçı faktiki olaraq 2005ci ildən fasiləsiz olaraq Samux rayonu, Qarayeri qəsəbəsi, şəhid Şahin Əliyev küçəsində yerləşən torpaq sahəsini istifadə edir, hazırda həmin torpaq sahəsini iddiaçının sahibliyində və istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək uzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 151.1-ci maddəsinə görə isə mülkiyyətçinin mülkiyyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə görə, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması məhkəmə qərarı ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, İddiaçı ilə X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında 12 aprel 2005-ci il tarixdə Samux rayonu, (keçmiş Şəmsəddin kəndi) Qarayeri qəsəbəsi, şəhid Şahin Əliyev küçəsində yerləşən “Torpağın Mülkiyyətə verilməsinə” dair JN-206A KOD 50700001 nömrəli şəhadətnaməyə əsasən verilmiş 0.14 ha torpaq sahəsi barədə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı ilə X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında 12 aprel 2005-ci il tarixdə Samux rayonu, (keçmiş Şəmsəddin kəndi) Qarayeri qəsəbəsi, şəhid Şahin Əliyev küçəsində yerləşən “Torpağın Mülkiyyətə verilməsinə” dair JN-206A KOD 50700001 nömrəli şəhadətnaməyə əsasən verilmiş 0.14 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar