Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-362/2024 08.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə müraciət edərək, xx.xx.1998-ci il tarixdə doğulmuş oğlu X1 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla ədsaslandılrmışdır ki, oğlu xx.xx.1998-ci il tarixdə anadan olmuş X5 anadangəlmə debillik dərəcəsində olan Oliqofreniya, nitqində qüsur, psixopatabənzər davranış diaqnozları ilə xəstədir. Övladının əqli geriliyi var, o, inkişafdan tamamilə geri qalıb. Oğlunun qüsuru o dərəcədədir ki, özünü qətiyyən idarə edə bilmir, daimi qulluğa və nəzarətə ehtiyacı var. O, tamamilə fəaliyyət qabiliyyətsizdir. Oğluna anası X6 baxır, onun qayğısını və bütün əziyyətini o çəkir. Oğlu Hüseynin mənafeyini təmin etmək üçün üzərində qəyyum təyin edilməlidir. Bunun üçün Gəncə şəhər İH başçısı Aparatına müraciət edilmiş və onlara rəsmi cavab verərək bildirmişlər ki, övladının məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə ehtiyac var. Ona görə də onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən, iş üzrə məhkəmə-psixiatriya ekspertizasının təyin olunması barədə Samux Rayon Məhkəməsinin 2(058)-362/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 tərəfindən verilmiş ekspert rəyi elan edilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X6 ərizəsini müdafiə edərək ərizədə qeyd olunanlara uyğun izahat verdi, həmçinin bildirdi ki, ekspert rəyi ilə razıdır, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etmir, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəyə əlavə edilmiş sənədləri, alınmış ekspert rəyini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: İİ-КБ № 590741 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15 oktyabr 1998-ci il tarixdə Tatarıstan Respublikasının Naberejnıye Çelnı şəhərində doğulmuş X1 atası Ərizəçi, anası X4r. Vİ-ЖГ 361119 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə Ərizəçi arasında 26 fevral 1996-cı il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Kərimova soyadı verilmişdir. xx.xx.2024-cü il tarixli, 12508397 nömrəli abulator kitabçadan çıxarışın surətindən görünür ki, X1 xəstəliyi qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 tərəfindən verilmiş və xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli 647 saylı rəyindən görünür ki, ekspert psixlatr bu qənaətə gəlir ki, yoxlanılan şəxs X2 hal-hazırda yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər (Gəncə şəhər Psixtatriya Xəstəxanasından verilmiş xəstəlik tarixindən çıxarış, Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş 3133 saylı sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı), anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (bədən zəiflləməsi, yaddaşının mexaniki tipli olması, təfəkküründə konkretliyə meyillilik aşkar edilməsi, oxumaq və yazmaq vərdişlərinin olmaması, maraq dairəsinin daralması, abstrakt və məntiqi təfəkürünün zəifləməsi, emosiyalarında ifadə olunmuş davamsızlıq müşahidə edilməsi, düşdüyü vəziyyətə tənqidinin zəifləməsi, intellektinin inkişafdan geri qalması, şəxsiyyətində qüsur aşkar olunması, İQ-52% və s.) sübut edir. Ekspert psixiatr mülki iş maferiallarının, həmin mülki işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixlatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: X2 hər hansı ağıl zəifliyi və ya digər psixi xəstəlik vardırmı? Cavab. 10 mart 2003-cü il təvəllüdlü X5 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkir. X2 ağıl zəifliyi və ya digər psixi xəstəlik mövcuddursa, o, öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdirmi? Cavab. X5 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X5 fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 15 oktyabr 1998-ci il tarixdə doğulmuş X1 valideyni (ərizəçi) həmin şəxsin atası olaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəməpsixiatriya ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, 15 oktyabr 1998-ci il tarixdə doğulmuş X5 öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir, öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. 15 oktyabr 1998-ci il tarixdə Tatarıstan Respublikasının Naberejnıye Çelnı şəhərində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-362/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-362/2024
08.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver