Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-364/2025 08.04.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X11 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş JN-145 KOD 50700001 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun mülkiyyətinə Samux rayonu, Qarayeri qəsəbəsi ərazisindən 0,52 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair onun anasına JN-145 nömrəli KOD 50700001 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət aktı verilmişdir. Həmin Dövlət aktında onun adı və ata adı səhv yazılmışdır, yəni Ərizəçi yazılması əvəzinə, texniki səhv olaraq X2 qeyd edilmişdir. O, anasının adına verilmiş JN-145 nömrəli KOD 50700001 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında buraxılmış səhvin düzəldilməsi ilə bağlı aidiyyatı təşkilatlara müraciət etmiş, lakin nəticəsi olmamışdır. Ona görə də, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Ərizəçi onun xalası qızıdır. Gülərin Nümayəndə adlı bir qardaşı vardır. Gülərin anası Rzayeva Sevil onun xalası olmuşdur. Gülərin anası Sevil və atası Sayad uzun müddətdir ki, vəfat etmişlər. “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında olan X4 adlı şəxsi tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Ərizəçi onun əmisi qızıdır. Gülərin Nümayəndə adlı bir qardaşı vardır. Gülərin anasının adı Sevil, atasının adı Sayad olmuşdur. Sayad onun əmisi, Sevil isə əmisinin yoldaşıdır. “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında olan X4 adlı şəxsi tanımır. İş materiallarında olan xx.xx.2013-cü il tarixdə Samux RPŞ tərəfindən verilmiş AZE******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1988ci il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur və Samux rayonu, Qarayeri qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsi Qarayeri qəsəbə İcra nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə Samux rayonu, Qarayeri qəsəbəsində doğulmuşdur. İş materiallarında olan JN-0145 KOD 50700001 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 nömrəli qərarı ilə Samux rayonu, Cırdaxan kənd sakinləri X5, Nümayəndə və X3 mülkiyyətinə 0.52 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş sənəd üzrə göstərilən torpaq sahəsinin ölçüləri ilə faktiki torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluğun olduğu aşkar edilmişdir. Belə ki, Yeni uçot xəritəsinə əsasən 0.3824 ha torpaq sahəsinin sənəd üzrə 0.4348 ha torpaq sahəsindən az olduğu və torpaq sahəsinin Yeni uçot xəritəsinə uyğun qeydiyyata alınmasına razılıq ərizəsinin təqdim edilmədiyi aşkar edilmişdir. Həmçinin, ərizəyə əlavə edilmiş sənədlərlə hüquq sahibinin adında və ata adında uyğunsuzluğun olduğu, belə ki, Ərizəçi ilə “Torpağa mülkiyyət hüququna dair” JN-0145 nömrəli dövlət aktında qeyd olunan “X3” eyni şəxs olmalarını təsdiq edən sənədin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı) tərəfinizdən təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Pleniumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci və 6.3-cü bəndlərinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, işin məhkəmə iclasında tədqiq olunan halları ilə sübuta yetirilir ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 nömrəli qərarına əsasən X5, Nümayəndə və Ərizəçi adına verilmiş JN-0145 KOD 50700001 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında texniki yanlışlıqla ərizəçinin ad, soyad və ata adı “X4” kimi qeyd edilmiş və həmin qeyd Ərizəçi məxsusdur. Belə olan halda, ərizəçiyə həmin torpaq sahəsinə dair çıxarış almaq hazırkı faktın müəyyən edilməsindən asılı olduğundan, eyni zamanda, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 nömrəli qərarına əsasən X5, Nümayəndə və X3 adına verilmiş 05 iyun 2002-ci il tarixli JN-0145 KOD 50700001 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət X1, Nümayəndə və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-364/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-364/2025
08.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver