Məhkəmə qərarları › İş №2(058)-367/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-367/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-367/2023 27.03.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən "xxxx" MMC-nin xeyrinə üç müqavilə üzrə 1365,84 manat ödənilməmiş hissə, 136,16 manat cərimə, 35,02 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1537,02 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 932,04 manat (12 ay x 72,67 manat +60 manat ilkin ödəniş), İMEİ kodu **********67276 “Samsung Galaxy A52” markalı telefon üçün 697,04 manat ödənilməmiş hissə, 69,96 manat cərimə borcu vardır. Cavabdehin "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 475,94 manat (12 ay x 31,32 manat + 100,1 manat ilkin ödəniş) olan İMEİ kodu **********40020 olan Samsung Galaxy A12 markalı telefon üçün 375,84 manat ödənilməmiş hissə, 37,16 manat cərimə borcu vardır. Cavabdehin "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 387,96 manat (12 ay x 32,33 manat + 0 manat ilkin ödəniş), Huawei saat, Tws Aiwa qulaqlıq üçün 292,96 manat ödənilməmiş hissə, 29,04 manat cərimə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 430,01 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilələrin əlavələrinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 932,04 manat, İMEİ kodu **********67276 “Samsung Galaxy A52” markalı telefonu 1 illik qızıl zəmanəti və telefonu quraşdırma xidmətiylə nisyə qaydada almış, malın qiymətini ayda 72,67 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 475,94 manat olan İMEİ kodu **********40020 olan Samsung Galaxy A12 markalı telefonu 1 illik qızıl zəmanəti və telefonu quraşdırma xidmətiylə nisyə qaydada almış, malın qiymətini ayda 31,32 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 387,96 manat, Huawei saat, Tws Aiwa qulaqlıq 1 illik qızıl zəmanəti və smart saat quraşdırma xidmətiylə nisyə qaydada almış, malın qiymətini ayda 32,33 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 235 manat ödəmiş, 697,04 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 69,96 manat cərimə hesablanmışdır. xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 100,1 manat ödəmiş, 375,84 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 37,16 manat cərimə hesablanmışdır. xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 95 manat ödəmiş, 292,96 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 29,04 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə cavabdehdən üç müqavilə üzrə 1365,84 manat ödənilməmiş hissə, 136,16 manat dəbbə pulu olmaqla, cəmi 1502 manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 132.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 35,02 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 132.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 697,04 manat ödənilməmiş hissə, 69,96 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 375,84 manat ödənilməmiş hissə, 37,16 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 292,96 manat ödənilməmiş hissə, 29,04 manat dəbbə pulu olmaqla, ümumilikdə 1502 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35,02 manat olmaqla, cəmi 1537,02 (bir min beş yüz otuz yeddi manat iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar