Məhkəmə qərarları › İş №2(058)-378/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-378/2023

15.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-378/2023 15.05.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə “ASAN xidmət” mərkəzinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında aparılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və mülkiyyətə dair çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Gəncə “ASAN xidmət” mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə “ASAN xidmət” mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş, 2V-807 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hə həmin şəhadətnamə əsasında aparılmış AN-İ 0599216, AN-İ ******* nömrəli alqı-satqı müqavilələrinin, xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, mərhum əri X7 xx.xx.2005-ci il tarixdə ölmüşdür. O, mərhum əri Zaman Abdullayevlə xx.xx.1955-ci ildə rəsmi nikaha girərək evlənmişdir. Birgə nikahlarından bir oğlan və dörd qız olmaqla beş övladları doğulmuşdur.Birgə nikah dövründə Samux rayonu Çobanabdallı kəndində fərdi yaşayış evi tikmişlər. Torpaq islahatı aparılan zaman mərhum əri Zaman Abdullayevə digər payçılarla birlikdə paylı mülkiyyət hüququ ilə həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaqlar verilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2(058)128/2005 saylı və xx.xx.2008-ci il tarixli, 2(058)154/2008 saylı qətnamələri ilə mərhum ərinə məxsus miras əmlak vərəsələr arasında bölünmüşdür. Həmin qətnamələr qanuni qüvvəyə mindiyi üçün həmin qətnamə əsasında mülkiyyətə dair xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Miras əmlakın vərəsələr arasında bölünməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri olduğu halda, Gəncə “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat kontorunun notariusu X8 tərəfindən xx.xx.2016-cı il tarixdə qızı X9 qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnaməsi verilmişdir. Notariusun qeyri-qanuni şəkildə verdiyi şəhadətnamə əsasında X16 xx.xx.2016-cı il tarixdə mülkiyyətə dair çıxarış verilmişdir. Həmin çıxarış əsasında qızı sözügedən mülkü alqı-satqı müqaviləsi əsasında Maraqlı şəxs satmışdır. O, Maraqlı şəxs vicdanlı alıcı hesab etmir, belə ki, Ceyhun miras əmlak məhkəmə qaydasında bölünən zaman məhkəmədə şahid qismində iştirak etmişdir və onun miras əmlakın bölündüyündən xəbəri olmuşdur. X16 verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi və onun əsasında aparılmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələbinə ziddir. Ona görə də sözügedən vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında aparılmış AN-İ 0599216, AN-İ ******* nömrəli alqı-satqı müqavilələrinin, xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi F.Xəlilov iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Gəncə “ASAN xidmət” mərkəzinin nümayəndəsi və Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin surətindən görünür ki, X1 miras qalmış Samux rayonu Çobanabdallı kəndində yerləşən sahəsi 0,4398 ha olan kənd təsərrüfatı təyinatlı torpağa dair miras qoyanın vərəsələri İddiaçı və X5 bərabər paylarla irs almalı olduqları göstərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********75 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Çobanabdallı kəndində yerləşən, sahəsi 0,4398 ha olan kənd təsərrüfatı təyinatlı torpaq X4 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 20 fevral 2005-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Samux Rayon Məhkəməsinin 2-128/2005 saylı, 17 oktyabr 2005-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Zaman Abdullayevdən miras qalan Samux rayonu Çobanabdallı kəndində yerləşən yaşayış evinin ½ hissəsinin 7/12 hissəsi üzərində X3 mülkiyyət hüququ tanınmışdır. İş materiallarında olan Samux Rayon Məhkəməsinin 2(058)-154/2008 saylı, 15 iyul 2008-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Zaman Abdullayevdən miras qalan Samux rayonu Çobanabdallı kəndində yerləşən mülkün ½ hissəsinin 7/12 hissəsindən başqa qalan hissəsi üzərində İddiaçı mülkiyyət hüququ müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151). Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr hesab olunurlar (maddə 1159.1.1). Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir (maddə 1179.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.(maddə 1321.1). Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüququ malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyirinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.(maddə 1321.3). Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, hazırda iddiaçı sözügedən vərəsəlik şəhadətnaməsinin etibarsızlığını miras əmlakın bölünməsi və vərəsələrin müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin mövcudluğu ilə əsaslandırır. Məhkəmə iddiaçının iddia tələbinin əsaslandırılması üçün istinad etdiyi və iş materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin hazırki iddia tələbinin əsaslılığını təsdiq etmədiyi qənaətinə gəlir. Belə ki, sözügedən Samux Rayon Məhkəməsinin 17 oktyabr 2005-ci il tarixli, 2-128/2005 saylı qətnaməsinə əsasən Zaman Abdullayevdən miras qalan Samux rayonu Çobanabdallı kəndində yerləşən yaşayış evinin ½ hissəsinin 7/12 hissəsi üzərində X3 mülkiyyət hüququ tanınmış, Samux Rayon Məhkəməsinin 15 iyul 2008-ci il tarixli, 2(058)154/2008 saylı qətnaməsinə əsasən isə həmin yaşayış evinin ½ hissəsinin 7/12 hissəsindən başqa qalan hissəsi üzərində İddiaçı mülkiyyət hüququ müəyyən edilmişdir. İddiaçının etibarsız hesab edilməsini tələb etdiyi qanun üzrə vərəsəlik şəhadətnaməsində isə X2 qalmış Samux rayonu Çobanabdallı kəndində yerləşən sahəsi 0,4398 ha olan kənd təsərrüfatı təyinatlı torpağa dair miras qoyanın vərəsələri İddiaçı və X5 bərabər paylarla irs almalı olduqları göstərilmişdir. Yəni, qanun üzrə vərəsəlik şəhadətnaməsində göstərilən miras əmlak və yuxarıda qeyd olunan məhkəmə qətnamələrinə əsasən müəyyən şəxslərin mülkiyyət hüququnun tanındığı əmlak ayrı-ayrı əmlaklardır, həmin qətnamələrin mövcudluğu sözügedən qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığına dəlalət edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə tələbi əsassızdır. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığına istinad etməklə həmin şəhadətnamə əsasında aparılmış AN-İ 0599216, AN-İ ******* nömrəli alqı-satqı müqavilələrinin, xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması tələbini də irəli sürmüşdür. Lakin o, qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız olduğunu sübuta yetirə bilmədiyindən həmin şəhadətnamə əsasında aparılmış AN-İ 0599216, AN-İ ******* nömrəli alqı-satqı müqavilələrinin, xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması tələbi də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar