Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-396/2023 19.05.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-0050, kod 50605038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının anası X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdırlar ki, Daşkəsən rayonu Aqrar İslahat Komissiyasının 28 iyul 1997-ci il tarixli 7 saylı qərarı ilə kənd təsrrüfatı məhsullarınən istehsalı üçün ona və ailə üzvlərinə 2,73 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-0050 kod 50605038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin mülkiyyət sənədində onun mərhum anasının ata adı texniki olaraq səhv yazılmışdır. Belə ki, X7 əvəzinə X2 qeyd olunmuşdur. X14 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Həmin texniki səhvə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin dövlət orqanı tərəfindən ona bildirilmişdir ki, bununla bağlı məhkəməyə müraciət olunmalıdır. Ona görə də, sözügedən mülkiyyət sənədinin anasına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək hüquq müəyyən edici sənədin anası X4 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, ərizəçi Pərvanə onun əmisi nəvəsidir, Pərvanənin anası X7 isə onun əmisi qızı olub. Mülkiyyət sənədində Xatirənin atasının adı yalnış yazılıb, Xatirənin atası onun əmisi olub və adı Cəmşid olub. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli №3-21-3-33/2-3457/2023 nömrəli məktubundan görünür ki, qeyd olunan düzəlişlərin aparılmasından imtina edilmiş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunacağı təqdirdə qanunauyğun tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan 2 dekabr 1997-ci il tarixli, JN-0050 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən məlum olur ki, Daşkəsən rayonu Aqrar İslahat Komissiyasının 28 iyul 1997-ci il tarixli 7 saylı qərarı ilə 2,73 hektar kənd təsərrüfatı təyinatlı torpaq X5, X3 və X6 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli arayışdan görünür ki, Ərizəçi anasının ata adı 2 dekabr 1997-ci il tarixli, JN-0050 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında səhvən Cəmil kimi yazılmışdır, əslində onun soyadı, adı və ata adı X1 yazılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin anasının ata adı əslində Cəmşid olsa da, Daşkəsən rayonu Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 2 dekabr 1997-ci il tarixli, JN-0050 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktıda onun ata adı Cəmil kimi göstərilmişdir. Həmin sənədin ərizəçinin anasına məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş aqrar-islahat komissiyaları artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, X5, X3 və X6 adına verilmiş JN-0050 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X4 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Daşkəsən rayonu Aqrar İslahat Komissiyasının 28 iyul 1997-ci il tarixli, 7 saylı qərarı ilə X5, X3 və X6 adına verilmiş JN-0050 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-396/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-396/2023
19.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver