Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-43/2024 15.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Tərifə Kərimova Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin müqavilədən irəli gələn hüququn dövlət qeydiyyatına alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin müqavilədən irəli gələn hüququn dövlət qeydiyyatına alınması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh öldüyündən Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin prosessual hüquq varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 2(058)-74/2024 sayl, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və mülki işə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 259.0.11, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin müqavilədən irəli gələn hüququn dövlət qeydiyyatına alınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-43/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-43/2024
15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver