Məhkəmə qərarları › İş №2(058)-464/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-464/2025

29.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-464/2025 29.04.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, Ərizəçi Niftullayeva (Mustafayeva) Gülnarə Əlimurad qızının maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Niftullayeva (Mustafayeva) Gülnarə Əlimurad qızı maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-0334 kod 50700001 torpağa mülkiyyət hüququna dair dövlət aktının ona Ərizəçi məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə iclası 29 aprel 2025-ci il tarixə saat 11:00 təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməklə, onlara məhkəmə bildirişləri verilmişdir. Lakin tərəflər məhkəmə iclası təyin olunan tarixdə məhkəməyə gəlməmiş, gəlmədiklərinin səbəbi barədə məhkəmyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı və tərəflərə, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Niftullayeva (Mustafayeva) Gülnarə Əlimurad qızının maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın və tərəflərə, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etmək hüququ izah edilsin. Qərardadan həmin qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar