Məhkəmə qərarları › İş №2(058)-47/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-47/2023

22.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-47/2023 22.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci il tarixdə doğulmuş qızı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun, qızı A.Paşayevanın qəyyumu təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1995-ci il tarixdə doğulmuş qızı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı X4 xx.xx.1995-ci ildə Gəncə şəhərində doğulmuşdur. Qızı anadangəlmə nitq pozğunluğu və əqli zəiflikdən əziyyət çəkməklə xəstədir və o, xx.xx.2025-ci il tarixdən Gəncə şəhərindəki psixonevroloji dispanserdə qeydiyyatdadır. Xəstəliyi ilə əlaqədar ona debillik dərəcəsində olan ağıl zəifliyi, psixopotabənzər davranış, doğuş zədəsinin qalıq əlaməti, nitq inklişafının zədələnməsi diaqnozu ilə ikinci qrup müddətsiz əlillik təyin edilmişdir. Anadangələ qüsurlu doğulmuş qızı məktəbə getməmiş, hər hansı formada oxumaq və yazmaq qabiliyyətinə malik deyil. O, həmçinin öz hərəkətlərinin mənasını anlamaq və idarə etmək qabilyyətindən məhrumdur. Vəfat edən ərindən qalan miras əmlakla bağlı notariusda xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmışdır. Lakin qızı ruhi xəstə olduğundan notarius onun imzasını qəbul etmir. Qızının əvəzinə isə onun qəyyumunun imzalaya bilməsi deyilir. Bununla bağlı İcra Hakimiyyətinə müraciət etmişdir, oradan ona məhkəməyə müraciət etməsi, məhkəmə tərəfindən Ayselin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qərar qəbul edilməli olması, bundan sonra ona qəyyum təyin oluna bilməsi bildirilmişdir. Ona görə də, xx.xx.1995-ci ildə doğulmuş qızı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Samux Rayon İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etmir, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni, ərizəyə əlavə edilmiş sənədləri, alınmış ekspert rəyini nəzərdən keçirib və ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 6 iyun 1995-ci il tarixdə doğulmuş X2 X5, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərəzləşdirilmiş X1 əldə olunmuş 04 avqust 2022-ci tarixli arayışından görünür ki, X3 xx.xx.2015-ci il tarixdən müddətsiz olaraq 2 qrup (emosianal iradi pozğunluqlar və psixopabənzər davranışla keçən imbesillik və ya debillik) əlillik təyin olunmuşdur. İş materiallarına əlavə olunmuş X9 Dispanseri tərəfindən verilmiş xəstənin ambulator stasionar tibbi kartasından Çıxarışın surətindən görünür ki, X2 xəstəliyi debillik dərəcəsində olan ağıl zəifliyi, psixopabənzər davranış ilə xarakterizə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin X6 Şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli, 445 nömrəli məhkəmə-psixiatrik ekspertizası rəyindən görünür ki, X4 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F71.1 xəstəliyi keçirdiyindən hal-hazırda öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir. Bununla əlaqədar olaraq X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, ərizəçi İddiaçı, xx.xx.1995-ci il təvəllüdlü X2 anası olmaqla ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, X4 əqli inkişafdan qaldığından öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini tam idarə etmək iqtidarında deyildir. Buna görə də X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi̇ Ərizə təmin edilsin. xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində doğulmuş X4 (FİN 6F97NV7) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar