Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-484/2023 31.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra İddiaçı MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi ziyanın əvəzi olaraq 3649 manat və ödənilmiş 57 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli AL-120 saylı “Daxili lizinq müqaviləsi” bağlamış və 2017-ci il buraxılışlı, “Ravon-Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9HA0478153 ban nömrəli, ağ rəngli avtomobil etibarnamə əsasında Cavabdeh idarəçiliyinə verilmişdir. İddiaçı MMC-nin mülkiyyətində olan “Ravon-Nexia R3” markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücü Cavabdeh idarə edərkən xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Sabunçu rayon ərazisində yol nəqliyyat hadisəsi törətmişdir. Bununla bağlı Cavabdeh barəsində Sabunçu Rayon Polis İdarəsinin DYPŞ tərəfindən İVP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar qəbul edilərək Azərvaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə 60 manat məbləğində cərimə edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-nin mülkiyyətində olan “Ravon-Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Dəymiş zərərin müəyyən edilməsi məqsədilə “RS Avtoservis”-ə müraciət olunmuş və xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın hesablanmasına dair akt”a əsasən avtomobilə 3649 manat məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçının iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, ekspert rəyi ilə deyil, onun təqsirli hərəkəti nəticəsində sözügedən avtomobilə maddi ziyan dəyib, lakin dəymiş ziyanın həcmi düzgün müəyyən olunmayıb. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, AL-120 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC dəyəri 13800 manat olan “Ravon-Nexia R3” markalı, avtomobili X1 lizinqə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli №POA********** saylı etibarnamənin surətindən görünür ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2018ci il tarixli 120 saylı “Daxili lizinq müqaviləsi” əsasında Vahid Nəsibova lizinqə verilmiş “Ravon-Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə Cavabdeh idarəçiliyinə verilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ravon-Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nə məxsusdur. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə sürücü Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə görə o, 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh dəymiş ziyanın əvəzi kimi 3649 manat pulun ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4635 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, tədqiq edilən 2017-ci il buraxılışlı, “Ravon-Nexia R3” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3362 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2. maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi cavabdehin təqsirli, hüquqazidd hərəkəti nəticəsində iddiaçının avtomobilinə maddi ziyan dəymiş və buna görə də cavabdeh törətdiyi mülki hüquq pozuntusuna görə mülki məsuliyyət daşıyır. İddiaçı hazırda ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçı ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olsa da, zərərin əvəzinin həcmi iddia tələbində vurulmuş real zərərin həcmindən artıq məbləğdə qeyd olunmuşdur. Belə ki, iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinə əsasən sözügedən avtomobilə dəymiş zərərinin həcminin 3362 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi daha ətraflı araşdırmanın nəticəsi olduğundan mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, vurulmuş ziyana görə 3362 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-nə verilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 57 manat dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq 53,62 manat hissəsi iddiaçının xeyrinə, 100 manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi üçün Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 3362 (üç min üç yüz altmış iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 53,62 manat pul tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-484/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-484/2023
31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver