Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-486/2023 01.05.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 28 manat əsas borc, 4,2 manat cərimə pulu, cəmi 32,2 manat pul, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 175,3 manat əsas borc, 26,2 manat cərimə pulu, cəmi 201,5 manat pul, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 192,6 manat əsas borc, 28,8 manat cərimə pulu, cəmi 221,4 manat pul, ümumilikdə üç müqavilə üzrə 395,9 manat əsas borc, 59,2 manat cərimə olmaqla cəmi 455,1 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “İrşad-Electronics» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı «Samsung» markalı televizora «Samsung» markalı tozsorana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 43 manat olmaqla cəmi 766,5 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə “İrşad-Electronics» MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı «AUX» markalı kondisonerə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla cəmi 749 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə “İrşad-Electronics» MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı «İndesit» markalı kondisonerə, “Samsung” markalı paltaryuyana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 67 manat olmaqla cəmi 1198 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022ci il tarixində 89 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 61,2 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 47 manat ödəniş etmiş və üç müqavilə üzrə cəmi qalıq qalmış 395,9 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə pulu borcu 592 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə pulu məbləğinin miqdarı müqavilə üzrə 592 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 59,2 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2023-cü il tarixədək "xxxx" MMCyə olan borcu xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 28 manat əsas, 4,2 manat cərimə pulu, cəmi 32,2 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 175,3 manat əsas, 26,2 manat cərimə pulu, cəmi 201,5 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 192,6 manat əsas, 28,8 manat cərimə pulu, cəmi 221,4 manat ümumilikdə üç müqavilə üzrə 395,9 manat əsas, 59,2 manat cərimə, cəmi 455,1 manat təşkil etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) «Samsung» markalı televizor, «Samsung» markalı tozsoran adlı malı alıcıya verməyi, alıcı isə həmin malı qəbul edib 766,5 manat məbləği 18 ay ərzində hər ay 43 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Gecikdirilən aylıq borc məbləğinə cərimə pulu kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) «AUX» markalı kondisoner adlı malı alıcıya verməyi, alıcı isə həmin malı qəbul edib 749 manat məbləği 18 ay ərzində hər ay 42 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Gecikdirilən aylıq borc məbləğinə cərimə pulu kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) «İndesit» markalı kondisoner, «Samsung» markalı paltaryuyan adlı malı alıcıya verməyi, alıcı isə həmin malı qəbul edib 1198 manat məbləği 18 ay ərzində hər ay 67 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Gecikdirilən aylıq borc məbləğinə cərimə pulu kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən alıcı 766,5 manat məbləğində pulu 19 aprel 2021-ci il tarixdən 19 sentyabr 2022-cü il tarixə qədər aylıq ödənişlərlə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən alıcı 749 manat məbləğində pulu 22 iyul 2021-ci il tarixdən 22 dekabr 2022-ci il tarixə qədər aylıq ödənişlərlə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən alıcı 1198 manat məbləğində pulu 19 aprel 2021-ci il tarixdən 19 sentyabr 2022-ci il tarixə qədər aylıq ödənişlərlə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 738,5 manat pul ödəmiş, 28 manat borcu qalmış, ödənişləri 311 gün gecikdirmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 573,7 manat pul ödəmiş, 175,3 manat borcu qalmış, ödənişləri 367 gün gecikdirmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1005,4 manat pul ödəmiş, 192,6 manat borcu qalmış, ödənişləri 311 gün gecikdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən aldığı malların qiymətini müqavilə ilə müəyyən edilmiş vaxtda və qaydada ödəməyərək öhdəliyini icra etməmişdir. Öhdəliyin icra edilməsini sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Lakin borclu öhdəliyi icra etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada verilmiş əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iş materiallarından cavabdehin öhdəliklərin icrasını gecikdirdiyi müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1 faizi ilə hesablandıqda iddiaçının dəbbə pulu tələbinin müqavilə şərtlərinə uyğun olduğu müəyyən edilir. Buna görə də hesablanmış dəbbə pulu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Buna uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 28 manat əsas borc, 4,2 manat cərimə pulu olmaqla cəmi 32,2 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 175,3 manat əsas borc, 26,2 manat cərimə pulu olmaqla cəmi 201,5 manat pul, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 192,6 manat əsas borc, 28,8 manat cərimə pulu olmaqla cəmi 221,4 manat pul, ümumilikdə üç müqavilə üzrə 395,9 manat əsas, 59,2 manat cərimə, cəmi 455,1 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-486/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-486/2023
01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver