Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-51/2023 11.04.2023 SAMUX RAYON MƏKƏMƏSİ X58 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçılar İddiaçı və X21, qanuni nümayəndəsi (müstəqil tələb irəli sürən 3-cü şəxs) X12 və onların nümayəndəsi - vəkili Vəkil qıznın, Cavabdeh və onun nümayəndəsi - vəkil X31, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X16 iştirakı ilə, İddiaçılar İddiaçı və X21 cavabdehlər Cavabdeh və X22 qarşı “vərəsəlik hüququnun tanınması və mülkiyyət hüququnun verilməsi” və müstəqil tələb irəli sürən 3-cü şəxs X12 Cavabdeh qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka payın müəyyən olunması və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X35 cavabdehlər Cavabdeh və X22 qarşı “vərəsəlik hüququnun tanınması və mülkiyyət hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1046 saylı alqı-satqı müqaviləsinə əsasən Samux şəhərində (Samux rayonu, Kolayır kəndi) 0,0768 ha torpaq sahəsində yerləşən Cavabdeh adına qeyd edilmiş fərdi yaşayış evinin və xx.xx.2002-ci il tarixli JN-691F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Cavabdeh, X27 və X16 adlarına qeyd edilmiş Samux rayonu, Kolayır kəndində yerləşən 0,1 ha həyatyanı torpaq sahəsinin Cavabdeh aid olan hisəssinin 1/2 hissəsi X17 mülkiyyət hüququnun müəyyən edilməsinə, həmin evin və həmin torpaq sahəsinin və Samux rayonu, Kolayır kəndində X17 adına xx.xx.1994-cü il tarixli 146 nömrəli qeydiyyat vəsiqəsi verilmiş fərdi yaşayış evinin X17 mülkiyyətində olan və JN-691F saylı şəhadətnamədə göstərilən faktiki ölçüsü 0.081 ha olan torpaq sahəsində yerləşən 146 nömrəli qeydiyyat vəsiqəsi verilmiş Samux rayonu, Kolayır kəndindəki fərdi yaşayış evinə dair (tikili “A”-da 47.2 kvm iki yaşayış otaqları, 47.6 kvm köməkçi sahə, tikili “B”-də 72.5 kvm xidməti bina) X17 (tikililər “A” və “B” bütövlüklə) payına düşən hissəsinin üzərində, eləcə də Samux şəhərində yerləşən 0.08 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsi X1. xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmiş torpaq sahəsinin eləcə də Samux rayonu, Kolayır kəndində (indiki Samux şəhərində) yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2002-ci il tarixli JN-993A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X17 adına qeyd edilmiş torpaq sahəsinin, eləcə də X17, Cavabdeh, X27, X16 adlarına Samux rayonu, Kolayır kəndində (indiki Samux şəhərində) yerləşən 1.14 ha (6338.0 kvm, 3019.49 kvm, 2015.01 kvm) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X17 payına düşən hissəsinin üzərində, eləcə də X17 2/4 pay, Cavabdeh 1/4 pay, X27 1/4 pay adlarına Samux şəhərində yerləşən 1.14 ha torpaq sahəsinin 0.6338 ha hissəsinə dair xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli 0.3019 ha hissəsinə dair xx.xx.2020-ci il tarixli və 0,02015 ha hissəsinə dair xx.xx.2020-ci il tarixli çıxarışlar verilmiş torpaq sahələrinin X17 payına düşən hissəsinin üzərində və **-BC- *** dövlət qeydiyyat nişanlı “FORD SİERA” markalı, **-BC-*** dövlət qeydiyat nişanlı “VAZ- 21099” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı “QAZ-33021” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı “Mersedes- 2080” markalı avtomobillər və **-VA-*** dövlət qeydiyyat nişanlı “Nissan Teana” markalı nəqliyyat vasitəsinin X17 payına düşən hissəsinin üzərində X27 payının müəyyən edilməsinə, iddiaçılar İddiaçı və X7 Rəhman Adilxan oğlunun vərəsələri tanınmaqla qeyd edilən daşınar və daşınmaz əmlakların X27 payına düşən hissəsinin üzərində və eləcə də Samux rayonu, Kolayır kəndində yerləşən 0,1 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh, X27 və X16 adlarına qeyd edilmiş torpaq sahəsinin X24 miras qalmış hissəsinə, eləcə də JN-691F saylı şəhadətnamədə göstərilən faktiki ölçüsü 0.081 ha olan torpaq sahəsində yerləşən 146 nömrəli qeydiyyat vəsiqəsi verilmiş Samux rayonu, Kolayır kəndindəki fərdi yaşayış evinə dair X24 (0.081 ha torpaq sahəsinin 1/3 hissəsi) miras qalmış hissəsindən, eləcə də X17, Cavabdeh, X27, X16 adlarına Samux rayonu, Kolayır kəndində (indiki Samux şəhərində) yerləşən 1.14 ha (6338.0 kvm, 3019.49 kvrh, 2015.01 kvm) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.1998-ci il tarixli JN-473 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənilmiş torpaq sahəsinin X24 miras qalmış hissəsindən, eləcə də Samux şəhərində yerləşən 1.14 ha torpaq sahəsinin 0.6338 ha hissəsinə dair xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, 0.3019 ha hissəsinə dair xx.xx.2020-ci il tarixli və 0,02015 ha hissəsinə dair 13.01,2020-ci il tarixli çıxarışlar verilmiş torpaq sahəsinin X24 miras qalmış hissəsinin üzərində iddiaçılar İddiaçı və X21 mülkiyyət hüquqlarının tanınmasına və cavabdeh X18 olan X23 məxsus 40000 manat pulun 20000 (iyirmi min) manat hissəsinə X27 payının müəyyən edilərək həmin pula İddiaçı və X21 mülkiyyət hüququnun tanınaraq, X13 20000 (iyirmi min) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddiaçı X28 Cavabdeh qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka payın müəyyən olunması və mülkiyyət hüququnun tanınması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayonu, Kolayır kəndində yerləşən 0.1 ha həyatyanı torpaq sahəsinə dair Cavabdeh, X27 və X16 adlarına qeyd edilmiş torpaq sahəsinin X24 miras qalmış hissəsinə, JM-691F saylı şəhadətnamədə göstərilən faktiki ölçüsü 0.081 ha olan torpaq sahəsində yerləşən 146 nömrəli qeydiyyat vəsiqəsi verilmiş Samux rayonu, Kolayır kəndindəki fərdi yaşayış evinə dair X24 (0.081 ha torpaq sahəsinin 1/3 hissəsi) miras qalmış hissədən, X17, Cavabdeh, X27, X16 adlarına Samux rayonu, Kolayır kəndində (indiki Samux şəhəri) yerləşən 1.14 ha (6338.0 kvm, 3019.49 kv.m, 2015.01 kvm) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.1998-ci il tarixli JN-473 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənmiş torpaq sahəsinin X24 miras qalmış hissəsindən, eləcə də Samux şəhərində yerləşən 1.14 ha torpaq sahəsinin 0.6338 ha hissəsinə dair xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, 0.3019 ha hissəsinə dair xx.xx.2020-ci il tarixli və 0,2015 ha hissəsinə dair xx.xx.2020-ci il tarixli çıxarışlar verilmiş torpaq sahəsinin X24 miras qalmış hissəsinin üzərində onun mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin əmlaklara vərəsəliyin və payının müəyyən edilməklə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini ona əsaslandırmışdır ki, iddiaçılar İddiaçı və X35, X12 övladlarıdılar. X4 Ramin Rəhman oğlu ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, birgə nikahlarından iki uşaq övladları anadan olmuşdur. xx.xx.2009-cu il təvəllüdlü İddiaçı və xx.xx.2011-ci il təvəllüdlü X35. X11 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Cavabdeh iddiaçıların nənəsidir. İddaçıların babası X32 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Cavabdeh ilə mərhum X32 ilə birgə nikah dövründə X17 adına Samux rayonu, Kolayır kəndində fərdi yaşayış evi əldə etmişlər, həmin evə görə xx.xx.1994-cü il tarixli 146 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan başqa Samux rayonu, Kolayır kəndində yerləşən 0.1 ha həyatyanı torpaq sahəsinə dair Cavabdeh, X27 və X16 adlarına xx.xx.2002-ci il tarixli JN-691F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənilmişdir. X17 mülkiyyətində olan və JN-691F saylı şəhadətnamədə göstərilən faktiki ölçüsü 0.081 ha olan torpaq sahəsində yerləşən 146 nömrəli qeydiyyat vəsiqəsi verilmiş Samux rayonu, Kolayır kəndindəki fərdi yaşayış evinə dair ( tikili “A”-da 47.2 kvm iki yaşayış otaqları, 47.6 kvm köməkçi sahə, tikili “B”-də 72.5 kvm xidməti bina) X17 (tikililər “A” və ”B” bütövlüklə) Cavabdeh ( 0.081 ha torpaq sahəsinin 1/3 hissəsi), X27 ( 0.081 ha torpaq sahəsinin 1/3 hissəsi) Məhərrəmova (Zeynalova) Aynurə Rəhman qızının (0.081 ha torpaq sahəsinin 1/3 hisəssi) xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 5 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-376 saylı alqı-satqı müqaviləsinə əsasən Samux şəhərində yerləşən 0.08 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsi X2. X23 bu əmlaka xx.xx.2018-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayonu, Kolayır kəndində (indiki Samux şəhərində) yerləşən 0.08 ha həyatyanı torpaq sahəsinə dair xx.xx.2002-ci il tarixli JN-993A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. JN- 993A saylı şəhadətnamə əsasında X23 əmlaka dair xx.xx.2018-ci il tarixli **********8 qeydiyyat nömrəli çıxarış verilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən X17, Cavabdeh, X27, X16 adlarına Samux rayonu, Kolayır kəndində (indiki Samux şəhərində) yerləşən 1.14 ha (6338.0 kvm, 3019.49 kvm 2015.01 kvm) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.1998-ci il tarixli JN- 473 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənilmişdir. Samux rayon notariat ofisinin xx.xx.2019-cu il tarixli 4Ə 620 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X33 1.14 ha torpaq sahəsində ona düşən payını X23 bağışlamışdır. X17 2/4 pay, Cavabdeh 1/4 pay, X27 1/4 pay adlarına Samux şəhərində yerləşən 1.14 ha torpaq sahəsinin 0.6338 ha hissəsinə dair xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, 0.3019 ha hissəsinə dair xx.xx.2020-ci il tarixli və 0,02015 ha hissəsinə dair xx.xx.2020-ci il tarixli çıxarışlar verilmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixli 4Ə-1046 saylı alqı-satqı müqaviləsinə əsasən Samux şəhərində (Samux rayonu, Kolayır kəndi) 0,0768 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeyd edilmişdir. Bundan başqa, **- BC-*** dövlət qeydiyyat nişanlı “FORD SİERA” markalı avtomabil xx.xx.2003-cü il tarixdən, **-BC-*** dövlət qeydiyyat nişanlı “ VAZ-21099” markalı xx.xx.2006-cı il tarixdən, **-BF-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı xx.xx.2016-cı il tarixdən, **-CU-*** dövlət qeydiyyat nişanlı “Mersedes-2080” markalı xx.xx.2018-ci il tarixdən, **-VA-*** dövlət qeydiyyat nişanlı “Nissan Teana” markalı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən X17 adına qeydiyyata alınmışdır. Onun qaynatasının vəfatından sonra xx.xx.2022-ci il tarixdə mirasın qəbulu ilə bağlı Samux rayon notariat ofisinə müraciət etmiş, lakin mübahisə olduğuna görə notariat ofisi ona xx.xx.2022-ci il tarixli məktub ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. 16 mart 2023-cü il tarixdə İddiaçı və X21 qanuni nümayəndəsi X28 və onun vəkili Vəkil iddia pretmetinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, Cavabdeh Rəhman qızı ilə X17 birgə nikah dövründə əldə edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1046 saylı alqı-satqı müqaviləsinə əsasən Samux şəhərində (Samux rayonu, Kolayır kəndi) 0,0768 ha torpaq sahəsində yerləşən Cavabdeh adına qeyd edilmiş fərdi yaşayış evinin və xx.xx.2002-ci il tarixli JN-691F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Cavabdeh, X27 və X16 adlarına qeyd edilmiş Samux rayonu, Kolayır kəndində yerləşən 0,1 ha həyətyanı torpaq sahəsinin Cavabdeh aid olan hissəsinin 1/2 hissəsinə X17 mülkiyyət hüququnun müəyyən edilməsinə həmin evin və həmin torpaq sahəsinin və eləcə də Samux şəhəri, Alıncalı küçəsində yerləşən 0,081 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair (tikili “A”-da 47.2 kv.m iki yaşayış otaqları, 47.6 kv.m köməkçi sahə, tikili “B”-də 72.5 kv.m xidməti bina) X17 (tikililər “A” və “B” bütövlüklə) payına düşən hissəsinin üzərində (Çıxarışın reyestr nömrəsi **********10-10301) eləcə də Samux şəhərində yerləşən 0.08 ha torpaq sahəsi X3 xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmiş torpaq sahəsinin, eləcə də Samux rayonu, Kolayır kəndində (indiki Samux şəhəri) yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi xx.xx.2002-ci il tarixli JN-993A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X17 adına xx.xx.2018-ci il tarixli çıxarış verilmiş torpaq sahəsinin, eləcə də X17 2/4 pay, Cavabdeh 1/4 pay, X27 1/4 pay adlarına Samux şəhərində yerləşən 1.14 ha torpaq sahəsinin 0.6338 ha hissəsinə dair xx.xx.2019cu il tarixli ********** qeydiyyat nömrəli, 0.3019 ha hissəsinə dair xx.xx.2020-ci il tarixli və 0,02015 ha hissəsinə dair xx.xx.2020-ci il tarixli çıxarışlar verilmiş torpaq sahələrinin X17 payına düşən hissəsinin üzərində **-BC-*** dövlət qeydiyyat nişanlı “FORD SİERA” markalı, **-BC-*** dövlət qeydiyat nişanlı “VAZ-21099” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı “QAZ-33021” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı, 20CU-182 dövlət qeydiyyat nişanlı “Mersedes-2080” markalı avtomobillər və **-VA-*** dövlət qeydiyyat nişanlı “Nissan Teana” markalı nəqliyyat vasitəsinin X17 payına düşən hissəsinin üzərində X27 payının müəyyən edilməsi iddiaçılar İddiaçı və X7 Rəhman Adilxan oğlunun vərəsələri tanınmaqla qeyd edilən daşınar və daşınmaz əmlakların X27 payına düşən hissəsinin üzərində və eləcə də Samux rayonu, Kolayır kəndində yerləşən 0,1ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh, X27 və X16 adlarına qeyd edilmiş torpaq sahəsinin X24 miras qalmış hissəsinə, eləcə də JN-691F saylı şəhadətnamədə göstərilən faktiki ölçüsü 0.081 ha olan torpaq sahəsində yerləşən 146 nömrəli qeydiyyat vəsiqəsi verilmiş Samux rayonu, Kolayır kəndindəki fərdi yaşayış evinə dair X24 (0.081 ha torpaq sahəsinin 1/3 hissəsi) miras qalmış hissədən, eləcə də Samux şəhərində yerləşən 1.14 ha torpaq sahəsinin 0.6338 ha hissəsinə dair xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, 0.3019 ha hissəsinə dair xx.xx.2020-ci il tarixli və 0,02015 ha hissəsinə dair xx.xx.2020-ci il tarixli çıxarışlar verilmiş toıpaq sahəsinin X24 miras qalmış hissəsinin üzərində iddiaçılar İddiaçı və X21 payları müəyyən edilməklə mülkiyyət hüquqlarının tanınmasına dair, cavabdeh X18 olan X23 məxsus 40000 manat pulun 20000 (iyirmi min) manat hissəsinə X27 payının müəyyən edilərək, həmin pula İddiaçı və X21 mülkiyyət hüququnun tanınaraq, X13 20000 (iyirmi min) manat pulun alınıb iddiaçılara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı və X21, qanuni nümayəndəsi (müstəqil tələb irəli sürən 3-cü şəxs) X28 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçıların nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçılar və müstəqil tələb irəli sürən 3-cü şəxs) X28 X11nun qanun üzrə vərəsələri olduğundan sonuncudan miras qalmış bütün əmlaklarda onların miras payları vardır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, onun əri X32 olmuşdur. Onlar rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahlarından X41 və X33 adlı 2 uşaqları anadan olmuşdur. Mərhum oğlu X8 Zərqələm Fərman qızı ilə 29 iyul 2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onların birgə nikahlarından xx.xx.2009cu il tarixdə İddiaçı və xx.xx.2011-ci il tarixdə X35 adlı 2 uşaqları anadan olmuşdur. Onun oğlu X41 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, mərhum əri Rəhman isə bundan 10 il sonra yəni xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Oğlu Ramin vəfat etdikdən sonra oğlunun 40 mərasimindən sonra gəlini X28 uşaqlarıda götürüb atası evinə yəni, Samux rayonu, Füzuli kəndinə köçmüş, sonra həmin kənddə ev tikdirərək orada yaşamışlar. Mərhum əri Rəhman Zeynalov ölməmişdən əvvəl nəvələri İddiaçı və Mədinə Zeynalovu son dəfə görmək üçün keçmiş gəlinləri Zərqələm Əhmədovaya müraciət etmiş, lakin Zərqələm Əhmədəova nəvələri ilə babalarının görüşməsinə qəti surətdə etiraz edərək, mərhum Rəhman Zeynalovun nəvələri ilə görüşməsinə mane olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh və onun nümayəndəsi - vəkil X43 məhkəmə iclasında bildirdi ki, X11 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, miras qoyan X32 isə bundan 10 il sonra yəni xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X51 övladları xx.xx.2009-cu il təvəllüdlü İddiaçı və xx.xx.2011-ci il təvəllüdlü X21 qanuni nümayəndəsi X28 iddia tələbi irəli sürərək babaları mərhum Rəhman Zeynalovun qanuni üzrə vərəsə tanınması, mülkiyyət hüququnun verilməsini məhkəmədən xahiş etmiş, lakin iddia tələbinin X11na aid hissəsində iddiaçıların subyektiv hüquqları yoxdur. İddaçıların atası X11 miras qoyan X14 10 il əvvəl öldüyü üçün nəvələrin iddia qaldırmağa subyektiv hüququ yaranmır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X33 məhkəmə iclasında bildirdi ki, o, hazırda anası ilə birlikdə yaşayır və mərhum atası X14 miras qalmış əmlaklara anası ilə birlikdə sahiblik və idarə edir. Mərhum qardaşı X41 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, qardaşının vəfatından sonra 2012-ci il tarixdə X28 evi tərk edərək, Gəncə şəhərinə köçüb yaşamışdır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X22 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsuinə baxmayaraq, məhkəmə iclasında işirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X19 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçıların nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. xx.xx.2022-ci il tarixdə İddiaçı, X12 (İddiaçı əvəzinə) yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.2022-ci ildə onun Samux rayonu, Kolayır kəndində yaşamış babası X32 vəfat etmişdir. Ölümündən sonra paylı mülkiyyət üzrə ona məxsus bütün miras əmlakdan ibarət miras qalmışdır. Həmin əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş olunmuşdur. xx.xx.2022-ci il tarixdə X35, X12 (X35 əvəzinə) yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.2022-ci ildə onun Samux rayonu, Kolayır kəndində yaşamış babası X32 vəfat etmişdir. Ölümündən sonra paylı mülkiyyət üzrə ona məxsus bütün miras əmlakdan ibarət miras qalmışdır. Həmin əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş olunmuşdur. xx.xx.2022-ci il tarixdə Samux rayon notariat ofisi tərəfindən verilmiş 288 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum qaynatası X14 mərhum əri X34 çatası miras qalmış, X28 əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Samux rayon notariat ofisinə müraciət etmiş, lakin vərəsələr arasında mübahisə olduğu üçün müraciətini təmin etmək mümkün olmamış, bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. xx.xx.2011-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X41 ilə X12 birgə nikahlarından 22 sentyabr 2011-ci il tarixdə X35 anadan olmuşdur. xx.xx.2010-cu il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X41 ilə X12 birgə nikahlarından 26 noyabr 2009-cu il tarixdə İddiaçı anadan olmuşdur. xx.xx.2017-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X41 17 avqust 2012-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə Masallı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 09 fevral 2022-ci il tarixdə vəfat etmişdir. xx.xx.2009-cu il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah şəhadətnaməsi surətindən görünür ki, X41 ilə X12 nikahı 29 iyul 2009-cu il tarixdə 197 nömrəli akt qeydi ilə bağlanmışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş məktubdan görünür ki, X23 Samux rayonu, Kolayır (əvvəllər Alıncalı) kəndində yerləşən fərdi yaşayış evinə xx.xx.1994-cü il tarixli 146 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən Cavabdeh, X27, X16 adlarına Samux rayonu, Kolayır kəndində yerləşən 0.1 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2002-ci il tarixli JN-691F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənilmişdir. X17 mülkiyyətində olan və JN-691F saylı şəhadətnamədə göstərilən faktiki ölçüsü 0.081 ha olan torpaq sahəsində yerləşən 146 nömrəli qeydiyyat vəsiqəsi verilmiş Samux rayonu, Kolayır kəndindəki fərdi yaşayış evinə dair (tikili “A”-da 47.2 kv.m iki yaşayış otaqları, 47.6 kv.m köməkçi sahə, tikili “B”-də 72.5 kv.m xidməti bina) X17 (tikililər “A” və “B” bütövlüklə), Cavabdeh (0.081 ha torpaq sahəsinin 1/3 hissəsi), X27 (0.081 ha torpaq sahəsinin 1/3 hissəsi), Məhərrəmova (Zeynalova) Aynurə Rəhman qızının (0.081 ha torpaq sahəsinin 1/3 hissəsi) xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 5 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-376 saylı alqı-satqı müqaviləsinə əsasən X20 ona məxsus Samux şəhərində yərləşən 0.08 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsini X2. X23 bu əmlaka xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən X17 adına Samux rayonu, Kolayır kəndində (indki Samux şəhəri) yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2002-ci il tarixli JN-993A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənilmişdir. JN-993A saylı şəhadətnamə əsasında X23 bu əmlaka xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən X17, Cavabdeh, X27, X16 adlarına Samux rayonu, Kolayır kəndində (indiki Samux şəhəri) yerləşən 1.14 ha (6338.0 kv.m, 3019.49 kv.m, 2015.01 kv.m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.1998-ci il tarixli JN-473 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənilmişdir. Samux rayon notariat ofisinin xx.xx.2019cu il tarixli 4Ə-620 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X33 1.14 ha torpaq sahəsində ona düşən payını X23 bağışlamışdır. X17 2/4 pay, Cavabdeh 1/4 pay, X27 1/4 pay adlarına Samux şəhərində yerləşən 1.14 ha torpaq sahəsinin 0.6338 ha hissəsinə dair xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, 0.3019 ha hissəsinə dair xx.xx.2020-ci tarixli ********** qeydiyyat nömrəli və 0.2015 ha hissəsinə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Samux rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-1046 saylı alqı-satqı müqaviləsinə əsasən X29, X47, X36, X37 onlara məxsus Samux şəhərində (Samux rayonu, Kolayır kəndi) 0.0768 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini (tikili “A”-da 44.3 kv.m iki yaşayış otaqları, 44.8 kv.m köməkçi sahə, tikili “B”-də 31.5 kv.m əl damı, tikili “İ”-də 97.8 kv.m talvar) Cavabdeh satmışdırlar. Cavabdeh bu fədi yaşayış evinə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Samux şəhərində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********57, qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci il tarixli çıxarış əsasında qeydə alınmış 0.08 ha torpaq sahəsi X17 adına qeydiyyata alınmışdır. Samux şəhərində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********10-10301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci il tarixli çıxarış əsasında qeydə alınmış 0.081 ha torpaq sahəsi, Tik. “A”, “B” – bütövlükdə X17, 0.081 ha torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh, 0.081 ha torpaq sahəsinin 1/3 hissəsi X27, 0.081 ha torpaq sahəsinin 1/3 hissəsi X10 adına qeydiyyata alınmışdır. Samux şəhərində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci il tarixli çıxarış əsasında qeydə alınmış 0.08 ha torpaq sahəsi X17 adına qeydiyyata alınmışdır. Samux şəhərində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********13, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarış əsasında qeydə alınmış 0.6338 ha torpaq sahəsinin 1/4 hissəsi Cavabdeh 1/4 hissəsi X27 2/4 hissəsi X17 adına qeydiyyata alınmışdır. Samux şəhərində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixli çıxarış əsasında qeydə alınmış 0.3019 ha torpaq sahəsinin 2/4 hissəsi X17 1/4 hissəsi Cavabdeh 1/4 hissəsi X27 adına qeydiyyata alınmışdır. Samux şəhərində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********85, qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixli çıxarış əsasında qeydə alınmış 0.2015 ha torpaq sahəsinin, 2/4 hissəsi X17 1/4 hissəsi Cavabdeh 1/4 hissəsi X27 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixdə X33 1.14 ha torpaq sahəsindən payına düşən hissəsini atası X23 hədiyyə etmişdir. xx.xx.2023-cü il tarixdə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş 3-13-16-3/2- 1555/2023 nömrəli məktubdan görünür ki, X17 adına xx.xx.2003-cü il tarixdən halhazıradək “For Sierra” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. xx.xx.2006-cı il tarixdən hal-hazıradək “VAZ-21099” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. xx.xx.2016-cı il tarixdən hal-hazıradək “Ford Transit” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. xx.xx.2018-ci il tarixdən hal-hazıradək “Mercedes Benz 208 D” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. xx.xx.2020-ci il tarixdən “Nisan Teana” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Azərbaycan Respublikasının MM-nin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MM-nin 1159.1.3-cü maddəsinə əsasən qanun üzrə vərəsələr siyahisina - bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə iclasında tərəflərin izahatları və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, miras qoyan X5 Tərifə Sabir qızı ilə rəsmi nikahda olmuş və onların birgə nikahlarından X41 və X33 adlı 2 uşaqları anadan olmuşdur. miras qoyan X32 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, onun oğlu X11 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. X11 müstəqil tələb irəli sürən X28 ilə 29 iyul 2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onların birgə nikahlarından xx.xx.2009-cu il tarixdə İddiaçı və xx.xx.2011-ci il tarixdə X35 adlı 2 uşaqları anadan olmuşdur. Samux şəhərində yerləşən 0.08 ha torpaq sahəsi, Samux rayonu, Alıncalı küçəsində yerləşən ümumi sahəsi 94.8 kv.m olan fərdi yaşayış evi, Samux şəhərində yerləşən 0.081 ha torpaq sahəsi, **-BC-*** dövlət qeydiyyat nişanlı “FORD SİERA” markalı avtomaşın, **- BC-*** dövlət qeydiyyat nişanlı “VAZ-21099” markalı avtomaşın, **-BD-*** dövlət qeydiyyat nişanlı “QAZ-33021” markalı avtomaşın, **-BF-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomaşın, **-CU-*** dövlət qeydiyyat nişanlı “Mercedes-2080” markalı avtomaşın X32 ilə Cavabdeh birgə nikahdan olan vaxt birgə vəsaitləri hesabına əldə edilmişdir. Samux şəhərində yerləşən 0.6338 ha torpaq sahəsi, Samux şəhərində yerləşən 0.3019 ha torpaq sahəsi, Samux şəhərində yerləşən 0.2015 ha torpaq sahəsi miras əmlak kimi xx.xx.2022-ci ildə vəfat etmiş X17 adınadır. X6 vəfatından sonra miras qalmış əmlaklar faktiki olaraq mərhumun arvadı Cavabdeh, mərhumun qızı X33 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Məhkəmə hesab edir ki, mərhum X14 miras qalmış əmlakları miras açıldıqdan dərhal sonra onun qanun üzrə birinci növbəli vərəsələri – Cavabdeh, X33 faktiki qəbul etmişlər. İddiaçılar İddiaçı və X35 xx.xx.2022-ci ildə vəfat etmiş X17 nəvələri olmaqla ondan miras qalmış əmlakları miras açıldıqdan dərhal sonra qanunla müəyyən edilmiş müddətdə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verərək, miras əmlakları qəbul etmişlər. İddiaçılar X6 nəvələri olmaqla qanun üzrə vərəsə sayılırlar ona görə ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ deyildir. İddiaçılar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideynlərinə çatası paydan bərabər miras almaq hüququna malikdirlər. Məhkəmə gedişi zamanı mərhum X9 Aynurə Rəhman qızı atası Rəhman Zeynalovdan miras qalmış əmlaklara onun və anası Cavabdeh paylarının tanınmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə, həmçinin işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, X11na münasibətdə birinci növbəli qanun üzrə vərəsə ola biləcək iddiaçılar İddiaçı, X21 və müstəqil tələb irəli sürən 3-cü şəxs X12 mirası qəbul etmək niyyətləri olmamışdır. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh və üçüncü şəxs X33 məhkəmə iclası zamanı izahatında həmin halları, yəni mübahisəli miras əmlakların vərəsələrdən yalnız o, və anası Cavabdeh tərəfindən faktiki qəbul edilməsini etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248–ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri–müəyyənliyin, qeyri– sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Bununla yanaşı, məhkəmə X11ndan qalmış mirasın birinci növbəli vərəsələri iddiaçılar İddiaçı və X35 və müstəqil tələb irəli sürən 3-cü şəxs X28 tərəfindən faktiki qəbul edilməməsi qənaətinə gələrkən və iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin miras açılan zaman ayrı–ayrı ünvanda yaşamasını, həmçinin mirası qəbul etmək niyyətinin olmamasını və miras torpaq sahəsinin əkilib–becərilməsində və qorunub saxlanmasında iştirak etməməsini, o cümlədən qanunla müəyyən edilmiş müddət ərzində notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməməsini nəzərə almışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı və X35 (səlahiyyətli nümayəndə vasitəsilə) və müstəqil tələb irəli sürən 3cü şəxs X28 qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmədiklərinə və susduqlarına, o cümlədən mirası qəbul etmək hüquqlarını (subyektiv vərəsəlik hüquqlarını) həyata keçirmədiklərinə və X11ndan qalmış mirasdan pay almaq hüquqlarını itirdiklərinə görə onlara münasibətdə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdeh X22 aid hissəsinə qiymət verərək, hesab edir ki, iddiaçılar iddia tələbinin X22 aid hissəsinə dair sübutlar məhkəməyə təqdim etmədiyindən iddia tələbinin həmin hissədə təmin olunması istisnadır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı, X35, X30 və Cavabdeh 09 fevral 2022-ci il tarixdə vəfat etmiş X17 vərəsələr hesab edilsinlər. Samux şəhərində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci il tarixli çıxarış əsasında qeydə alınmış 0.08 ha torpaq sahəsində X32 ilə Cavabdeh birgə nikahdan olan əmlak kimi Cavabdeh 1/2 hissəsində mülkiyyət hüququ müəyyən edilsin, 1/2 hissəsində isə X17 miras əmlakı hesab edilsin. Samux şəhərində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci il tarixli çıxarış əsasında qeydə alınmış 0.08 ha torpaq sahəsində Cavabdeh miras payı 1/3 hissədə, X27 miras payı 1/3 hissədə, X10 payı 1/3 hissədə olmaqla, X27 vərəsələri nəzərə alınmaqla Cavabdeh payı 8/12 hissədə, İddiaçı payı 1/12 hissədə, X21 payı 1/12 hissədə, X10 payı 2/12 hissədə müəyyən edilsin. Samux şəhərində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********10-10301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci il tarixli çıxarış əsasında qeydə alınmış 0.081 ha torpaq sahəsi, (ümumi sahəsi 94.8 kv.m olan fərdi yaşayış evi) X32 ilə Cavabdeh birgə nikahdan olan əmlak kimi Cavabdeh 1/2 hissəsində mülkiyyət hüququ müəyyən edilsin, 1/2 hissəsində isə X17 miras əmlakı hesab edilsin. Samux şəhərində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********10-10301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci il tarixli çıxarış əsasında qeydə alınmış 0.081 ha torpaq sahəsi, (ümumi sahəsi 94.8 kv.m olan fərdi yaşayış evi) Cavabdeh miras payı 1/3 hissədə, X27 miras payı 1/3 hissədə, X10 miras payı 1/3 hissədə olmaqla, X27 vərəsələri nəzərə alınmaqla Cavabdeh payı 8/12 hissədə, İddiaçı payı 1/12 hissədə, X21 payı 1/12 hissədə, X10 payı 2/12 hissədə müəyyən edilsin. Samux şəhərində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********57, qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci il tarixli çıxarış əsasında qeydə alınmış 0.08 ha torpaq sahəsi X14 miras qalmış əmlak hesab edilsin. X14 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********57, qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci il tarixli çıxarış əsasında qeydə alınmış 0.08 ha torpaq sahəsində Cavabdeh miras payı 1/3 hissədə, X27 miras payı 1/3 hissədə, X10 miras payı 1/3 hissədə olmaqla, X27 vərəsələri nəzərə alınmaqla Cavabdeh payı 2/6 hissədə, İddiaçı payı 1/6 hissədə, X21 payı 1/6 hissədə, X10 payı 2/6 hissədə müəyyən edilsin. X14 miras qalmış Samux şəhərində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********13, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarış əsasında qeydə alınmış 0.6338 ha torpaq sahəsi, Samux şəhərində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixli çıxarış əsasında qeydə alınmış 0.3019 ha torpaq sahəsi, Samux şəhərində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********85, qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixli çıxarış əsasında qeydə alınmış 0.2015 ha torpaq sahəsinin 2/4 hissəsi X14 miras qalmış əmlak hesab edilsin. Samux şəhərində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********13, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarış əsasında qeydə alınmış 0.6338 ha torpaq sahəsində, Samux şəhərində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixli çıxarış əsasında qeydə alınmış 0.3019 ha torpaq sahəsində, Samux şəhərində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********85, qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixli çıxarış əsasında qeydə alınmış 0.2015 ha torpaq sahəsində Cavabdeh payı 1/3 hissədə, X27 payı 1/3 X10 payı 1/3 hissədə olmaqla, X27 vərəsələri nəzərə alınmaqla Cavabdeh payı 2/6 hissədə, X27 payı 2/6 hissədə, İddiaçı payı 1/6 hissədə, X21 payı 1/6 hissədə, X10 payı 2/6 hissədə müəyyən edilsin. **-BC-*** dövlət qeydiyyat nişanlı “FORD SİERA” markalı avtomaşında X32 ilə Cavabdeh birgə nikahdan olan əmlak kimi Cavabdeh 1/2 hissəsində mülkiyyət hüququ müəyyən edilsin, 1/2 hissəsində isə X17 miras əmlakı hesab edilsin. **-BC-*** dövlət qeydiyyat nişanlı “FORD SİERA” markalı avtomaşında Cavabdeh miras payı 1/3 hissədə, X27 miras payı 1/3 hissədə, X15 payı 1/3 hissədə olmaqla, X27 vərəsələri nəzərə alınmaqla Cavabdeh payı 8/12 hissədə, İddiaçı payı 1/12 hissədə, X21 payı 1/12 hissədə, X15 payı 2/12 hissədə müəyyən edilsin. **-BC-*** dövlət qeydiyyat nişanlı “VAZ-21099” markalı avtomaşında X32 ilə Cavabdeh birgə nikahdan olan əmlak kimi Cavabdeh 1/2 hissəsində mülkiyyət hüququ müəyyən edilsin, 1/2 hissəsində isə X17 miras əmlakı hesab edilsin. **-BC-*** dövlət qeydiyyat nişanlı “VAZ-21099” markalı avtomaşında Cavabdeh miras payı 1/3 hissədə, X27 miras payı 1/3 hissədə, X15 payı 1/3 hissədə olmaqla, X27 vərəsələri nəzərə alınmaqla Cavabdeh payı 8/12 hissədə, İddiaçı payı 1/12 hissədə, X21 payı 1/12 hissədə, X15 payı 2/12 hissədə müəyyən edilsin. **-BD-*** dövlət qeydiyyat nişanlı “QAZ-33021” markalı avtomaşında X32 ilə Cavabdeh birgə nikahdan olan əmlak kimi Cavabdeh 1/2 hissəsində mülkiyyət hüququ müəyyən edilsin, 1/2 hissəsində isə X17 miras əmlakı hesab edilsin. **-BD-*** dövlət qeydiyyat nişanlı “QAZ-33021” markalı avtomaşında Cavabdeh miras payı 1/3 hissədə, X27 miras payı 1/3 hissədə, X15 payı 1/3 hissədə olmaqla, X27 vərəsələri nəzərə alınmaqla Cavabdeh payı 8/12 hissədə, İddiaçı payı 1/12 hissədə, X21 payı 1/12 hissədə, X15 payı 2/12 hissədə müəyyən edilsin. **-BF-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomaşında X32 ilə Cavabdeh birgə nikahdan olan əmlak kimi Cavabdeh 1/2 hissəsində mülkiyyət hüququ müəyyən edilsin, 1/2 hissəsində isə X17 miras əmlakı hesab edilsin. **-BF-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomaşında Cavabdeh miras payı 1/3 hissədə, X27 miras payı 1/3 hissədə, X15 payı 1/3 hissədə olmaqla, X27 vərəsələri nəzərə alınmaqla Cavabdeh payı 8/12 hissədə, İddiaçı payı 1/12 hissədə, X21 payı 1/12 hissədə, X15 payı 2/12 hissədə müəyyən edilsin. **-CU-*** dövlət qeydiyyat nişanlı “Mercedes-2080” markalı avtomaşında X32 ilə Cavabdeh birgə nikahdan olan əmlak kimi Cavabdeh 1/2 hissəsində mülkiyyət hüququ müəyyən edilsin, 1/2 hissəsində isə X17 miras əmlakı hesab edilsin. **-CU-*** dövlət qeydiyyat nişanlı “Mercedes-2080” markalı avtomaşında Cavabdeh miras payı 1/3 hissədə, X27 miras payı 1/3 hissədə, X15 payı 1/3 hissədə olmaqla, X27 vərəsələri nəzərə alınmaqla Cavabdeh payı 8/12 hissədə, İddiaçı payı 1/12 hissədə, X21 payı 1/12 hissədə, X15 payı 2/12 hissədə müəyyən edilsin. **-VA-*** dövlət qeydiyyat nişanlı “Nissan Teana” markalı avtomaşında X32 ilə Cavabdeh birgə nikahdan olan əmlak kimi Cavabdeh 1/2 hissəsində mülkiyyət hüququ müəyyən edilsin, 1/2 hissəsində isə X17 miras əmlakı hesab edilsin. **-VA-*** dövlət qeydiyyat nişanlı “Nissan Teana” markalı avtomaşında Cavabdeh miras payı 1/3 hissədə, X27 miras payı 1/3 hissədə, X15 payı 1/3 hissədə olmaqla, X27 vərəsələri nəzərə alınmaqla Cavabdeh payı 8/12 hissədə, İddiaçı payı 1/12 hissədə, X21 payı 1/12 hissədə, X15 payı 2/12 hissədə müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-51/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-51/2023
11.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver