Məhkəmə qərarları › İş №2(058)-514/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-514/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-514/2024 01.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh verdiyi REALMİ 128 telefonun dəyərinin ödənilməmiş qalıq hissəsi kimi 518 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 548 manat pulun alınıb ona verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ünvan 1 ünvanda yaşayan Cavabdeh işlədiyi ona məxsus Gəncə şəhəri H.Əliyev 20 ünvanda yerləşən "Elektron" elektrik malları mağazasindan dəyərini hissə-hissə ödəmək şərti ilə, xx.xx.2023cü il tarixində dəyəri 588 manat olan REALMİ 128 telefonu almış, həmin malın dəyərinin ilkin olaraq 40 manat, xx.xx.2023-cü il tarixində 30 manat, cəmi 70 manat ödəniş etmiş, cəmi 518 manat borcu qalmışdır. Dəfələrlə müraciət edilmiş və malın alınmasından 11 aydan çox keçməsinə baxmayaraq Cavabdeh müxtəlif bəhanələrlə borclu olduğu 518 manat məbləği ödəmir. Ona görə də cavabdehdən cəmi 518 manat pul ondan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilənin surətindən görünür ki, tərəflər arasında dəyəri göstərilməklə qiyməti ümumilikdə 490 manat məbləğində müəyyən olunmuş əşya – TEL REALMİ 128 telefonun nisyə qaydada alqı-satqısına dair razılıq əldə olunmuşdur. Alqı-satqı müqaviləsinə əlavə edilmiş cədvəldən görünür ki, cavabdeh xx.xx.2023cü il tarixində dəyəri 588 manat olan REALMİ 128 telefonu almış, həmin malın dəyərindən ilkin olaraq 40 manat, xx.xx.2023-cü il tarixində 30 manat, cəmi 70 manat ödəniş etmiş, cəmi 518 manat borcu qalmışdır. İddiaçı tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, aldığı malın dəyərinin ödənilməmiş hissəsi olan 518 manat pulun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 57-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı xeyrinə cavabdehdən 518 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin də cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 518 manat (beş yüz on səkkiz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar