Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-514/2025 30.04.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X20 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 181 nömrəli qərarına əsasən X9, Bayramova Başxanım Əli qızı, Nümayəndə, X13, X14, X15 və Ərizəçi adlarına 1.12 ha torpaq sahəsi verilməsini özündə əks etdirən JN-0203 KOD 50700001 nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktının və 0.14 ha torpaq sahəsi verilməsini özündə əks etdirən JN- 918B KOD 50700001 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin X12 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 181 nömrəli qərarı ilə Samux rayonu, Şəmşəddin kəndində 1.12 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı təyinatı ilə onun ailə üzvlərinə ayrılmışdır. Həmin torpaq sahəsinə atası X9, anası Bayramova Başxanım Əli qızının, qardaşları Nümayəndə, X5, X6, X7 və onun adlarına Azərbaycan Respublikası DT və XKnin Samux rayon şöbəsi tərəfindən JN-0203 KOD 50700001 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. Bundan başqa, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 181 nömrəli qərarı ilə Samux rayonu, Şəmşəddin kəndində 0.14 ha torpaq sahəsi fərdi yaşayış evi təyinatı ilə onun ailə üzvlərinə ayrılmışdır. Həmin torpaq sahəsinə atası X9, anası Bayramovı Başxanım Əli qızının, qardaşları Nümayəndə, X5, X6, X7 və onun adlarına Azərbaycan Respublikası DT və XK-nin Samux rayon şöbəsi tərəfindən JN-918B KOD 50700001 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Həmin dövlət aktında və şəhadətnamədə onun atası Sucunun ata adı səhv olaraq Usum əvəzinə “Üsüm” kimi, onun adı isə səhv olaraq Nəzakət əvəzinə “Mehriban” olaraq qeyd edilmişdir. Onun atası Sucu xx.xx.2012-ci il tarixdə ölmüş, atasının övladı və vərəsəsi olaraq qeyd olunan torpaq sahələrinə dair çıxarış əldə etmək üçün o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarədən şəhadətnamədə və aktda adların səhv qeyd olunması səbəbi ilə çıxarış verilməsinin mümkün olmadığı bildirilmişdir. Qeyd olunan aktda və şəhadətnamədə atasının və adının səhv qeyd olunması mülkiyyət hüququnun qeydə alınmasında maneələr yaratmışdır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o, ərizəçinin dayısı oğludur. Ərizəçi atasının adı X17, anasının adı Başxanım, qardaşlarının adı Nazim, Natiq, Kazım və Nazir olmuşdur. O, Ərizəçi atasının və anasının dəfnində iştirak etmişdir. Ərizəçinin ailəsində X4 adlı şəxs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, o, ərizəçinin dayısı oğludur. Ərizəçi atasının adı X17, anasının adı Başxanım, qardaşlarının adı Nazim, Natiq, Kazım və Nazir olmuşdur. O, Ərizəçi atasının və anasının dəfnində iştirak etmişdir. Sucu ilə Başxanımın Mehriban adlı qızı olmamışdır. İş materiallarında olan JN-0203 KOD 50700001 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” dövlət aktının surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 nömrəli qərarı ilə Samux rayonu, Şəmşəddin kənd sakinləri X11, Bayramova Başxanım Əli qızının, Nümayəndə, X5, X6, X3 və X7 mülkiyyətinə 1.12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-918B KOD 50700001 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” şəhadətnamənin surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 nömrəli qərarı ilə Samux rayonu, Şəmşəddin kənd sakinləri X11, Bayramova Başxanım Əli qızının, X5, X6, X3 və X7 mülkiyyətinə 0.14 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 1940-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, aparılan araşdırma zamanı təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-918B nömrəli şəhadətnamədə mülkiyyətçilərin ad və ata adında uyğunsuzluğun olduğu, belə ki, X17 və Ərizəçi ilə şəhadətnamədə qeyd olunmuş “X18 və X3” eyni şəxs olmalarını təsdiq edən sənədin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı) təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, aparılan araşdırma zamanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə 3-21-3-33/2-1929/2023 nömrəli bildiriş göndərilmişdir. Bildirişdə “Torpağa mülkiyyət hüququna dair” JN-203 nömrəli dövlət aktında mülkiyyətçilərin ad və ata adında uyğunsuzluğun olduğu, belə ki, X17 və Ərizəçi ilə dövlət aktında qeyd olunmuş “X18 və X3” eyni şəxs olmalarını təsdiq edən sənədin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı) təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. İş materiallarında olan Samux Rayon İcra Hakimiyyəti Başçısının Qarayeri Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Qarayeri qəsəbə sakini Nümayəndə adı və ailə üzvlərinin adı qeyd olunmuş Samux rayonu, Qarayeri qəsəbə ərazisində yerləşən pay torpaq sahəsini təsdiq edən JN-0203 KOD 50700001 nömrəli dövlət aktında və Samux rayonu, Qarayeri qəsəbə ərazisində yerləşən həyətyanı torpaq sahəsini təsdiq edən JN918B KOD 50700001 nömrəli şəhadətnamədə mülkiyyətçilərin soyadı, adı və ata adı qeyd olunmuş səhifəsində texniki səhv olaraq mərhum atası-X18, bacısı-X1 yazılmışdır. Düzgün yazılışı: mərhum atası-X17, bacısı-Ərizəçi kimidir. Nümayəndəliyin təsərrüfatbaşına kitabında həmin pay torpaq sahəsi qeyd olunmuş 703 nömrəli şəxsi hesabda X18, X4 adlı vətəndaşlar qeydiyyatda olmamışlar və qəsəbə ərazisində yaşamamışlar. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Pleniumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci və 6.3-cü bəndlərinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, işin məhkəmə iclasında tədqiq olunan halları ilə sübuta yetirilir ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 nömrəli qərarına əsasən X11, Bayramova Başxanım Əli qızının, Nümayəndə, X5, X6, X3 və X7 adına verilmiş JN-0203 KOD 50700001 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” dövlət aktında texniki yanlışlıqla ərizəçinin ad, soyad və ata adı “X4” və ərizəçinin atasının ad, soyad və ata adı “X18” kimi qeyd edilmiş, həmin qeydlər Ərizəçi və X12 məxsusdur. Həmçinin, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 nömrəli qərarına əsasən X11, Bayramova Başxanım Əli qızının, X5, X6, X3 və X7 adına verilmiş JN-918B KOD 50700001 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” şəhadətnamədə texniki yanlışlıqla ərizəçinin ad, soyad və ata adı “X4” və ərizəçinin atasının ad, soyad və ata adı “X18” kimi qeyd edilmiş, həmin qeydlər Ərizəçi və X12 məxsusdur. Belə olan halda, ərizəçiyə həmin torpaq sahəsinə dair çıxarış almaq hazırkı faktın müəyyən edilməsindən asılı olduğundan, eyni zamanda, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 nömrəli qərarına əsasən X11, Bayramova Başxanım Əli qızının, Nümayəndə, X5, X6, X3 və X7 adına verilmiş JN-0203 KOD 50700001 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” dövlət aktının və Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 nömrəli qərarına əsasən X11, Bayramova Başxanım Əli qızının, X5, X6, X3 və X7 adına verilmiş JN-918B KOD 50700001 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” şəhadətnamənin Ərizəçi və X12 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-514/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-514/2025
30.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver