Məhkəmə qərarları › İş №2(058)-521/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-521/2024

01.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-521/2024 01.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X16 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, əmlak pay haqqının verilməsi barədə 35 nömrəli akta əsasən mülkiyyətçinin X5 əvəzinə həmin şəxsin X13 olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Samux rayonu, Ziyadlı kəndində anadan olmuş, hazırda Samux rayonu, Ziyadlı kəndində ailəsi ilə birlikdə yaşayır. Atası mərhum X13 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Mərhum atası X4 rayonu, Ziyadlı kolxozunda işləmişdir. Onun atasına ödənilməmiş əmək haqqı əvəzinə islahat zamanı kolxozun mülkiyyətindən satılmışdır. Belə ki, mərhum atası X9 X17 Komissiyasının xx.xx.1998-ci il tarixli 10/AK-1 nömrəli iclas protokoluna və Samux rayonu, Ziyadlı kolxozunun X19 Komissiyasının 35 nömrəli aktına əsasən el dəyirmanı binasının bir otağı və taxıl anbarı əmlak payı verilmişdir. Belə ki, aktda texniki səhv olaraq, yəni mərhum atası X13 əvəzinə X1 yazılmışdır. Bu səbəbdən miras əmlak olan el dəyirmanı binasının bir otağı və bir taxıl anbarına xüsusi mülkiyyətə dair çıxarış ala bilməmişdir. Texniki səhvin məhkəmə yolu ilə düzəldilməsi məcburiyyətində qalmışdır, ona görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ərizədə 35 nömrəli aktın mərhum atasına məxsus olmasını xahiş etmişdir, lakin ərizədə səhvən texniki pasportun atasına məxsus olmasını qeyd etməmişdir. Məhkəmədən texniki pasportun və 35 nömrəli aktın atası mərhum X9 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. Onlar dörd qardaşdırlar. X10 atası, Qulu isə onun babasıdır. Babasının adı bəzi sənədlərdə yanlışlıq olaraq “Qulu” əvəzinə “Allahqulu” kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. Onlar dörd qardaşdırlar. O, babası Qulunun himayəsındə böyümüşdür. X10 atası, Qulu isə onun babasıdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2016-cı ildə ölmüşdür. İş materiallarında olan X15 Komissiyasının 17 yanvar 1998-ci il tarixli 10/AK-1№-li iclas protokoluna əsasən 25 iyun 1988-ci il tarixdə təsdiq edilmiş əmlakdan pay haqqının verilməsi barədə 35 nömrəli aktın surətindən görünür ki, X3 əl dəyirman binasının bir otağı və taxıl anbarı verilmişdir. İş materiallarında olan 2000-ci il oktyabr tarixli Azərbaycan Respublikası Nazirlər Kabineti yanında mənzil-kommunal təsərrüfatı komitəsinin Baş Dövlət Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin bina hissəsinin texniki pasportundan görünür ki, Samux rayonu, Ziyadlı kənd sakini X3 elektrik dəyirmanı binasının hissəsi, anbar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Samux Rayon Dövlət Arxivi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, X17 Komissiyasının xx.xx.1998-ci il tarixli 10/AK-1 nömrəli iclas protokoluna və Samux rayon Ziyadlı kolxozunun X19 Komissiyasının 35 nömrəli aktına əsasən mərhum X9 el dəyirman binasının bir otağı 1 (bir) ədəd dəyəri 2158 manat və taxıl anbarı 1 (bir) ədəd dəyəri 2854 manat əmlak payı verilmişdir. X8 adı aktda X1 yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X8 vərəsəsi X6 ünvanlanmış bildirişdən görünür ki, ərizəyə əlavə edilmiş sənədlərdə mülkiyyətçinin ata adında uyğunsuzluğun olduğu, belə ki, X13 ilə sənədlərdə qeyd olunmuş “X2” eyni olmasını təsdiq edən sənədin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı) təqdim edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, ərizəyə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənəd, Rayon Aqrar İslahat Komissiyasının qərarı və təhvil təslim aktının əlavə edilmədiyi aşkar edilmişdir. Həmçinin Ərazi İdarəsinin xəritə materiallarına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid ictimai tikili torpağına düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, oktyabr 2000-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabineti yanında mənzil-kommunal təsərrüfatı komitəsinin Baş Dövlət Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin bina hissəsinin texniki pasportunda və X15 Komissiyasının 17 yanvar 1998-ci il tarixli 10/AK-1 nömrəli iclas protokoluna əsasən 25 iyun 1998-ci il tarixdə təsdiq edilmiş əmlakdan pay haqqının verilməsi barədə 35 nömrəli aktda mərhum X8 atasının adı səhvən “Qulu” əvəzinə “Allahqulu” kimi yazılmışdır. Məhkəmə hesab edir ki, oktyabr 2000-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabineti yanında mənzil-kommunal təsərrüfatı komitəsinin Baş Dövlət Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin bina hissəsinin texniki pasportunda və X15 Komissiyasının 17 yanvar 1998-ci il tarixli 10/AK-1 nömrəli iclas protokoluna əsasən 25 iyun 1998-ci il tarixdə təsdiq edilmiş əmlakdan pay haqqının verilməsi barədə 35 nömrəli aktın ərizəçinin atası mərhum X9 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 2000-ci il oktyabr tarixli Azərbaycan Respublikası Nazirlər Kabineti yanında mənzilkommunal təsərrüfatı komitəsinin Baş Dövlət Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin bina hissəsinin texniki pasportunda və X15 Komissiyasının 17 yanvar 1998-ci il tarixli 10/AK-1 nömrəli iclas protokoluna əsasən 25 iyun 1998-ci il tarixdə təsdiq edilmiş əmlakdan pay haqqının verilməsi barədə 35 nömrəli aktın ərizəçinin atası mərhum X9 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar