Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-566/2024 24.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızı, Ərizəçilər Məmmədova (Sultanova) Lalə Baxşı qızı, Mustafayeva (Sultanova) Məryəm Baxşı qızı, İsmayılova (Sultanova) Mirvari Baxşı qızı tərəfindən xüsusi icraat qaydasında verilmiş ərizənin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: Ərizəçilər Məmmədova (Sultanova) Lalə Baxşı qızı, Mustafayeva (Sultanova) Məryəm Baxşı qızı, İsmayılova (Sultanova) Mirvari Baxşı qızı ərizə ilə məhkəməyə mraciət edərək JN-0111, kod-50700001 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında X4 əvəzinə həmin şəxsin X11, X5 əvəzinə həmin şəxsin X6, X3 əvəzinə həmin şəxsin Ərizəçi1 Baxşı qızı, X2 əvəzinə həmin şəxsin Ərizəçi2, X1 əvəzinə həmin şəxsin Ərizəçi3 olması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə öyrənilərkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir, ona görə də ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçilər ərizədə tələbi düzgün göstərməmişlər. Həmçinin iddiaçı Məmmədova (Sultanova) Lalə Baxşı qızının ərizədəki ata adı ilə ərizəyə əlavə etdiyi şəxsiyyət vəsiqəsindəki ata adında uyğunsuzluq mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçilər Məmmədova (Sultanova) Lalə Baxşı qızı, Mustafayeva (Sultanova) Məryəm Baxşı qızı, İsmayılova (Sultanova) Mirvari Baxşı qızı tərəfindən xüsusi icraat qaydasında verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-566/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-566/2024
24.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver