Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-569/2024 30.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1275 manat və ödənilmiş 32.75 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixdə dəyəri 545 manat olan “Redmi Note” 12 markalı telefon üçün xx.xx.2023-cü il tarixdə 45 manat, xx.xx.2023-cü il tarixdə 45 manat və xx.xx.2023-cü il tarixdə 50 manat cəmi 140 manat ödəmiş 405 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə dəyəri 545 manat olan ikinci “Redmi Note” 12 markalı telefon üçün xx.xx.2023-cü il tarixdə 45 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, cəmi 95 manat ödəmiş 450 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə dəyəri 545 manat olan üçüncü “Redmi Note” 12 markalı telefon üçün xx.xx.2023-cü il tarixdə 45 manat, xx.xx.2023-cü il tarixdə 80 manat cəmi 125 manat ödəmiş 420 manat borcu qalmışdır. Nəticədə hər 3 alqı-satqı müqaviləsi üzrə cavabdehin 1275 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəlikləri müəyyən edilmiş qaydada vaxtında və lazımınca yerinə yetirməmiş, cavabdehə iddiaçıya olan borcunu qaytarması haqqında xəbərdarlıq edilməsinə baxmayaraq bu günə kimi iddiaçıya olan borcunun ödənilməsi barədə cavabdeh tərəfindən heç bir tədbir görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh illik 10 faiz olmaqla, 12 ay müddətinə 545 manat məbləğində “Redmi Note 12” markalı telefon almışdır. Müqavilə üzrə kredit borcundan 140 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh illik 10 faiz olmaqla, 12 ay müddətinə 545 manat məbləğində “Redmi Note 12” markalı telefon almışdır. Müqavilə üzrə kredit borcundan 95 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh illik 10 faiz olmaqla, 12 ay müddətinə 545 manat məbləğində “Redmi Note 12” markalı telefon almışdır. Müqavilə üzrə kredit borcundan 125 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh borcun ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. İddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu və ona hesablanmış faiz məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 405 manat, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 450 manat və xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 420 manat cəmi 1275 manat və ödənilmiş 32.75 manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 405 manat, xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 450 manat və xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 420 manat, cəmi 1275 manat və ödənilmiş 32,75 manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış electron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-569/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-569/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver