Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-573/2025 08.04.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X2, İddiaçılar İddiaçı1, Həşimova (Əlizadə) Vüsalə Rail qızının və Hacıyeva (Əlizadə) Hüsniyyə Rail qızının cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional Cavabdehndə notariat ofisinə qarşı “miras əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi” tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1, Həşimova (Əlizadə) Vüsalə Rail qızı və Hacıyeva (Əlizadə) Hüsniyyə Rail qızı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional Cavabdehndə notariat ofisinə qarşı “miras əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ataları X5 və mərhumə anası X1 xx.xx.2025-ci il tarixli ********** nömrəli çıxarışla ümumi birgə xüsusi mülkiyyətdə olan 0,08 ha həyətyanı torpaq sahəsinin qanun üzrə vərəsələr İddiaçı1, Həşimova (Əlizadə) Vüsalə Rail qızı və Hacıyeva (Əlizadə) Hüsniyyə Rail qızının aralarında bölünməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçılar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional Cavabdehndə notariat ofisini cavabdeh qismində göstərərək, ataları X5 və mərhumə anası X1 xx.xx.2025-ci il tarixli ********** nömrəli çıxarışla ümumi birgə xüsusi mülkiyyətdə olan 0,08 ha həyətyanı torpaq sahəsinin qanun üzrə vərəsələr İddiaçı1, Həşimova (Əlizadə) Vüsalə Rail qızının və Hacıyeva (Əlizadə) Hüsniyyə Rail qızının aralarında bölünməsini tələb etsələr də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional Cavabdehndə notariat ofisi cavabdeh hesab edilə bilməz və hazırki iddia tələbi ona yönəldilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İddiaçılara izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Qeyd olunanlara əsasən iddia ərizəsi qaytarıldığına görə İddiaçı1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 114, 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçılar İddiaçı1, Həşimova (Əlizadə) Vüsalə Rail qızının və Hacıyeva (Əlizadə) Hüsniyyə Rail qızının cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional Cavabdehndə notariat ofisinə qarşı “miras əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılsın. Qərardadan həmin qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-573/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-573/2025
08.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver