Məhkəmə qərarları › İş №2(058)-596/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-596/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-596/2025 12.06.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Əliyeva (İmanova) Ayşən Nüsrət qızına və Əliyeva (İmanova) Türkan Nüsrət qızına qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə” dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Əliyeva (İmanova) Ayşən Nüsrət qızına və Əliyeva (İmanova) Türkan Nüsrət qızına qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən olundu ki, Cavabdeh1 Göygöl rayonu, Yeni Qızılca kəndində qeydiyyatdadır və həmin ünvan Göygöl rayon inzibati ərazi vahidinə aiddir. Cavabdehlər Əliyeva (İmanova) X2 şəhəri, D.Qorqud küçəsi, ev 27, mənzil 7 ünvanda, Əliyeva (İmanova) Türkan Nüsrət qızı isə ünvan 4 ünvanda qeydiyyatdadırlar və həmin ünvanlar Gəncə şəhər inzibati ərazi vahidinə aiddir. Məhkəmə iclasında iştirak edən İddiaçı mülki işin baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 mülki işin baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına götürdüyü işi baxılmaq üçün başqa məhkəməyə verir. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 44.2.2 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Əliyeva (İmanova) Ayşən Nüsrət qızına və Əliyeva (İmanova) Türkan Nüsrət qızına qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə” dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar