Məhkəmə qərarları › İş №2(058)-631/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-631/2024

05.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-631/2024 05.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi5, Ərizəçi4 (həmçinin Ərizəçi1 nümayəndəsi) iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 ərizə ilə məhkəməyə müraciət edərək, Samux rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 08 saylı qərarı ilə onların və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-241 saylı, KOD 50706028 saylı Torpağa Mülkiyyət Hüququna X50 mərhum ataları X9, mərhum anaları X14, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslanıdrılmışdır ki, Samux rayon Alıuşağı ərazisində 2.48 ha pay torpaq sahəsi onların və ailə üzvülərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair JN-241 saylı, KOD 50706028 saylı Torpağa Mülkiyyət Hüququna X54 verilmişdir. X48 mərhum ataları X1, mərhum anaları X3 və adı, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 soyadları texniki olaraq səhv yazılmışdır. Belə ki, mərhum atalarının soyadı səhvən “İskəndərov”, mərhum anaları “X19”, onların soyadı isə “İskəndərova” kimi qeyd edilmişdir. Dövlət Aktında buraxılmış səhvlərin düzəldilməsi ilə aidiyyatı təşkilatlara müraciət etsələr də müraciətləri əsasında yazılı olaraq onlara izah olunub ki, həmin Dövlət Aktının onlara məxsus olması faktının müəyyən olmasına dair məhkəməyə müraciət etməlidirlər. Buna görə də məhkəməyə müraciət etməli olmuşlar. Ona görə də, iddia tələbinin təmin edilməsi, sözügedən mülkiyyət sənədinin mərhum ataları X9, mərhum anaları X14, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş olunur. Ərizəçi4 (həmçinin Ərizəçi1 nümayəndəsi) ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçi2 ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçi3 ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçi5 ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 bildirdi ki, ərizəçilər onun həmkəndliləri və qonşularıdır. Onların ataları X20, anaları isə X24 olub. Samux rayonu Alıuşağı kəndi ərazisində yerləşən 2.48 ha torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə onların və valideynlərinin mülkiyyətinə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X34 bildirdi ki, ərizəçilər onun qonşularıdır, Ərizəçi4 həmçinin onun sinif yoldaşıdır. Ərizəçilərin ataları X20, anaları isə X24 olub. Samux rayonu Alıuşağı kəndi ərazisində yerləşən 2.48 ha torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə onların və valideynlərinin mülkiyyətinə verilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X45 bildirdi ki, ərizəçilər onun həmkəndliləridir. Samux rayonu Alıuşağı kəndi ərazisində yerləşən 2.48 ha torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə onların və valideynlərinin mülkiyyətinə verilmişdir. Ərizəçilərin ataları X20, anaları isə X24 olub. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 08 saylı qərarı ilə Samux rayon Alıuşağı kəndində yerləşən 2.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4, X6, X15, X7, X16, X11 və X17 mülkiyyətlərinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-2823/2024 nömrəli bildirişindən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunmadığından qeyd olunan düzəlişlərin aparılmasından imtina olunmuşdur. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyətinin başçısının Alıuşağı İnzibat Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışından görünür ki, Ərizəçi4 və onun ailə üzvlərinə məxsus Samux rayonu Alıuşağı kəndi ərazisində yerləşən torpaq sahəsini təsdiq edən JN-241, KOD 50706028 saylı Torpağa Mülkiyyət Hüququna X54nda mülkiyyətçilərin soyadı, adı və ata adlarının düzgün yazılışı qeyd olunmuşdur. İ-ЖГ seriyalı 490098 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1971-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş X21 atası X22, anası X18r. İ-ЖГ seriyalı 490097 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1973-cü il tarixdə Kirovabad şəhərində doğulmuş X12 atası X22, anası X18r. Vİİ-ЖГ seriyalı 490555 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1982-ci il tarixdə Xanlar rayonunda doğulmuş X13 atası X22, anası X18r. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X46 ilə X25 arasında 03 oktyabr 2000-ci il tarixdə nikah bağlanılmışdır. Nikah bağlandıqdan sonra ərə Vəliyev, arvada Vəliyeva soyadı verilmişdir. AZ-İ 064166 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X40 ilə X26 arasında 04 noyabr 2003-cü il tarixdə nikah bağlanılmışdır. Nikah bağlandıqdan sonra ərə Qocayev, arvada Qocayeva soyadı verilmişdir. AZE ******** seriya nömrəli şəxsiyyəti təsdiq edən sənədin surətindən görünür ki, şəxsin adı Ərizəçi4 kimi qeyd olunmuşdur. AA ******* seriya nömrəli şəxsiyyəti təsdiq edən sənədin surətindən görünür ki, şəxsin adı Ərizəçi5 kimi qeyd olunmuşdur. AZ-İİ 910478 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2017-ci il tarixdə ölmüşdür. AZ-İİ 061722 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, JN-241, Kod 50706028 saylı dövlət aktında mülkiyyətçilərdən X2 səhvən “İskəndərov”, X3 səhvən “İskəndərova”, adı “Midvari”, ərizəçilərin soyadları isə İsrafilov əvəzinə səhvən “İskəndərov” kimi göstərilmişdir. Həmin sənədin ərizəçilərə və onların valideynlərinə məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş aqrar-islahat komissiyaları artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçilərə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Samux rayonu Alıuşağı kəndində yerləşən 2.48 hektar torpaq sahəsinə mülkiyyət hüququnu müəyyən edən JN- 241 (KOD ********) saylı dövlət aktının X9, X14, Ərizəçi1, Ərizəçi4, Ərizəçi5, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216.2; 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Samux rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 08 saylı qərarına əsasən verilmiş 2.48 hektar torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən JN-241 (KOD ********) saylı torpağa mülkiyyət hüququna X50 X9, X14, Ərizəçi1, Ərizəçi4, Ərizəçi5, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar