Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-646/2023 18.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 nümayəndəsi (vəkili) X11, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X7nun qanun üzrə vərəsəsi olaraq babası X18 miras qalmış və atası tərəfindən faktiki qəbul edilmiş Samux rayonu, Qiyaslı kəndində yerləşən 0,9 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən “A” literli yaşayış binasında ümumi sahəsi 76,6 kvm və “B” literli yaşayış binasında ümumi sahəsi 58,4 kvm olan tikili olan mülkdən, həmçinin Samux rayonu, Qiyaslı kəndində yerləşən 2,02 ha kənd təsərrüfatı təyinatlı torpaqdan ibarət miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi və miras əmlakdan payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Samux rayonu Qiyaslı kəndində yerləşən, 0,09 ha həyətyanı torpaq sahəsi və 2,02 ha kənd təsərrüfatı təyinatlı torpaq babası X23, X2nın, X7nun və bibisi X12 ümumi mülkiyyətinə verilmişdir. Anası ilə atası ailə qurduqdan sonra babasına məxsus pay torpaq sahəsində yerləşən evdə yaşamışlar, bacısı və o həmin evdə doğulub böyümüşlər. X2 xx xxxxxx 2004-cü il tarixdə ölmüşdür. Nənəsi öldükdən sonra onun ümumi mülkiyyətdəki payından ibarət olan mirası babası X35 faktiki olaraq qəbul etmişdir. X37 30 sentyabr 2007-ci il tarixdə ölmüşdür. Babası öldükdən sonra isə ondan qalan miras əmlak X7 tərəfindən faktiki qəbul edilmişdir. X7 11 iyun 2012-ci il tarixdə ölmüşdür. Atasının ölümündən sonra babasına məxsus olmuş, ondan miras qalmış və atası tərəfindən faktiki olaraq qəbul edilmiş miras əmlaka onlar, yəni o, anası və bacısı sahiblik etmiş, mirası faktiki qəbul etmişlər. Lakin bibisi Cavabdeh həmin əmlaka dair onlara öz hüquqlarını həyata keçirmələrinə maneə yaradır. Ona görə də mərhum babasına məxsus olmuş, sağlığında atası Ariz tərəfindən faktiki olaraq qəbul edilmiş hazırda isə atasından miras qalmış həmin miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi X4 nümyəndəsi və vəkili X26 xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçının nənəsinə paylı mülkiyyət hüququ ilə məxsus olmuş və onun ölümündən sonra babası tərəfindən faktiki olaraq qəbul edilmiş miras da daxil olmaqla, babasına paylı mülkiyyət hüququ ilə məxsus olmuş və onun ölümündən sonra atası tərəfindən faktiki olaraq qəbul edilmiş Samux rayonu Qiyaslı kəndində yerləşən 0,9 ha torpaq sahəsindəki payından və onun üzərində yerləşən fərdi yaşayış evindən, həmçinin 2,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payından ibarət miras əmlakın, eyni zamanda atasına ümumi paylı mülkiyyət hüququ ilə məxsus olmuş həmin torpaq sahələrindəki paylarından ibarət miras əmlakın atası Ariz Məmmədovun birinci növbə vərəsəsi olaraq İddiaçı tərəfindən faktiki qəbul olunması faktının müəyyən edilməsi və onun həmin miras əmlakdan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 nümyəndəsi və vəkili X26 iddia ərizəsinin və tələbin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, Samux rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X23, X5, X17 və X8 ümumi mülkiyyətinə verilmiş sözügedən torpaq sahələrindən X6 məxsus pay onun ölümündən sonra əri X35 tərəfindən faktiki olaraq qəbul edilmiş, X23 ölümündən sonra isə ondan qalmış miras əmlak oğlu X30 tərəfindən faktiki qəbul edilmişdir. Belə ki, Aydın Məmmədovun ölümündən sonra oğlu Ariz Məmmədov atasından qalan Samux rayonu Qiyaslı kəndində yerləşən həyətyanı torpaq sahəsində tikilmiş evdə arvadı Nuriyyə, qızları Svetlana və Günellə birlikdə yaşamış, həmçinin atasından qalan kənd təsərrüfatı təyinatlı torpaqdan istifadə edərək həmin torpağı əkib-becərmişdir. 2012-ci ildə Ariz Məmmədovun ölümündən sonra isə ondan qalan miras əmlaka arvadı və qızları sahiblik etmiş, mirası faktiki qəbul etmişlər. X39 bacısı Cavabdeh onlara həmin əmlakdan istifadə etmələrinə maneə yaradır. Ona görə də, Ariz Məmmədovun birinci növbə vərəsəsi olan qızı İddiaçı atasından qalan mirası faktiki qəbul etməsi faktının müəyyən edilməsinə və onun miras əmlakdan payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, Samux rayonu Qiyaslı kəndində yerləşən, sözügedən torpaq sahələri Samux rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X10nun, X3nın, qardaşı X17 və onun ümumi mülkiyyətinə verilmişdir. X3 xx xxxxxx 2004-cü ildə ölmüşdür. Anasının ölümündən sonra ondan qalan miras əmlakı atası faktiki olaraq qəbul etmişdir. X10 isə 30 sentyabr 2007-ci il tarixdə ölmüşdür. Atasının ölümündən sonra isə ondan qalan mirası qardaşı X30 faktiki olaraq qəbul etmişdir. Belə ki, atasının ölümündən sonra qardaşı Ariz, atasına məxsus torpq sahəsində yerləşən evdə ailə üzvləri ilə birlikdə yaşamış, eyni zamanda atasından qalan kənd təsərrüfatı təyinatlı torpaqdan istifadə edərək həmin torpaqda əkin-biçin işləri aparmışdır. O özü isə evli olduğundan və ərinə məxsus evdə yaşadığından atasının və anasının ölümündən sonra onlardan qalan mirası faktiki qəbul etməmiş, orada yaşamamış və onlardan qalan torpaqdan istifadə etməmişdir. X40 11 iyun 2012-ci ildə ölmüşdür. Qardaşının ölümündən sonra isə, atası Aydına məxsus olmuş və sağlığında qardaşı tərəfindən faktiki olaraq qəbul edilmiş, hazırda isə ondan miras qalmış həyətyanı torpaq sahəsində yerləşən evdə qardaşının arvadı və qızları yaşamış, həmçinin ondan miras qalmış kənd təsrrüfatı təyinatlı torpaqdan qardaşının arvadı və qızları bir müddət istifadə edərək həmin torpaqda əkin-biçin işləri aparmışlar. Daha sonra qardaşı arvadı Nuriyyə həmin kənd təsrrüfatı təyinatlı torpağı icarəyə vermişdir. Atasından qalan əmlakın satılmasına, icarəyə verilməsinə razı deyil. Ona görə də qardaşı arvadının həmin torpağı icarəyə verməsi səbəbi ilə aralarında narazılıq yaranmışdır. Hazırda isə atasından qalan mirasdan o da pay istəyir. 12 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan, həmçinin mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs X14 qanuni nümayəndəsi X9 bildirdi ki, qaynatası Aydın Məmmədov öldükdən sonra ondan miras qalmış əmlakı əri Ariz Məmmədov faktiki olaraq qəbul etmişdir. Əri Ariz 2012-ci ildə ölmüş, onun ölümündən sonra isə ondan qalan miras o və qızları tərəfindən faktiki olaraq qəbul edilmişdir. Hazırda baldızı Cavabdeh ona və qızlarına həmin əmlakdan istifadə etməkdə maneə yaradır. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X31 ifadə verərək bildirdi ki, iddiaçı Svetlana onun qonşusudur. Svetlananın X37 öləndən sonra ondan qalan mirasa oğlu Ariz Məmmədov yiyələnmiş, o, atasından miras qalmış torpaq sahəsində yerləşən evdə arvadı və qızları ilə birlikdə yaşamışdır. Ariz Məmmədovun ölümündən sonra isə orada Arizin arvadı və qızları yaşayır. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X27 ifadə verərək bildirdi ki, iddiaçı Svetlana onun qardaşı Aydının nəvəsidir. Qardaşı Aydın öləndən sonra ondan qalan mirasa yalnız qardaşının oğlu Ariz Məmmədov yiyələnmiş, o, atasından miras qalmış həyətyanı torpaq sahəsində yerləşən evdə arvadı və qızları ilə birlikdə yaşamış, həmçinin atasından miras qalmış kənd təsrrüfatı təyinatlı torpağı əkibbecərmişdir. Qardaşı oğlu Arizin ölümündən sonra isə orada Arizin arvadı və qızları yaşayır, həmçinin kənd təsərrüfatı təyinatlı torpağı əki-becərirlər. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadə verərək bildirdi ki, iddiaçı Svetlana onun həm qonşusu, həm də qohumudur. Svetlananın X37 öləndən sonra ondan qalan mirasa oğlu Ariz Məmmədov yiyələnmiş, o, atasından miras qalmış torpaq sahəsində yerləşən evdə arvadı və qızları ilə birlikdə yaşamış, həmçinin atasından qalan kənd təsərrüfatı təyinatlı torpağı əkib-becərmişdir. Ariz Məmmədovun ölümündən sonra isə ondan qalan mirası arvadı və qızları qəbul edərək idarə etmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Torpağın mülkiyyətə verilməsinə dair JN 139F, KOD 50706038 saylı şəhadətnamənin surətindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli qərarı ilə 0,09 ha həyətyanı torpaq sahəsi X23, X5, X12 və X17 ümumi mülkiyyətinə verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN 102, KOD 50706038 saylı dövlət aktının surətindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli qərarı ilə 2,02 ha həyətyanı torpaq sahəsi X23, X5, X12 və X17 ümumi mülkiyyətinə verilmişdir. 19 noyabr 2004-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 19 noyabr 2004-ci il tarixdə ölmüşdür. 01 oktyabr 2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 30 sentyabr 2007-ci il tarixdə ölmüşdür. 18 iyun 2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 11 iyun 2012-ci il tarixdə ölmüşdür. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2004-cü il tarixdə doğulmuş İddiaçı X7dur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 19 avqust 2010-cu il tarixdə doğulmuş X14 X7dur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ilə X15 2005-ci ildə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Samux rayon Notariat Ofisinin notariusu Elnur Məhərrəmov tərəfindən İddiaçı ünvanlanmış 03 aprel 2023-cü il tarixli 169 saylı məktubdan görünür ki, X23 vərəsələri arasında mirasın qəbuluna dair mübahisə olduğundan İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hazırda sözügedən miras əmlaka Aqrar İslahat Komissiyasının qərarı ilə X23, X5, X17 və X8 ümumi mülkiyyətinə verilmiş Samux rayonu Qiyaslı kəndində yerləşən 0,9 ha həyətyanı torpaq sahəsinin və 2,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin vaxtilə X1 hər iki torpaq sahəsinə münasibətdə ¼ hissədə paylı mülkiyyət hüququ ilə məxsus olmuş torpaq sahələri və həmin ümumu mülkiyyətdə X28 hər iki torpaq sahəsinə münasibətdə ¼ hissədə paylı mülkiyyət hüququ ilə məxsus olmuş torpaq sahələri, həmçinin həmin ümumu mülkiyyətdə X28 hər iki torpaq sahəsinə münasibətdə ¼ hissədə paylı mülkiyyət hüququ ilə məxsus olmuş torpaq sahələri, eyni zamanda həyətyanı torpaq sahəsində yerləşən, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evi daxildir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından müəyyən edilir ki, İddiaçı İsa qızı öldükdən sonra onun ümumi mülkiyyətdə olan paylarından ibarət mirası birinci növbə vərəsələrindən yalnız əri X35 faktiki olaraq qəbul etmişdir. X23 ölümündən sonra isə ondan qalan miras əmlak birinci növbə vərəsələrindən yalnız oğlu X30 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Ariz Məmmədovun ölümündən sonra isə onun arvadı və qızları miras əmlaka yiyələnmək yolu ilə faktiki olaraq mirasın qəbulunu həyata keçirmişlər. Sözügedən fərdi yaşayış evi isə mərhum Aydın Məmmədovun sahibliyində və istifadəsində olmuş, onun ölümündən sonra isə həmin evdə Ariz və onun ailə üzvləri, yəni arvadı və qızları yaşamışlar. Ariz öldükdən sonra isə onun arvadı və qızları yenə həmin evdə yaşamağa davam etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr hesab olunurlar (maddə 1159.1.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. Hazırki mübahisə predmeti olan, X18 miras qalmış miras əmlakın onun ölümündən sonra birinci növbə vərəsəsi, oğlu X30 tərəfindən faktiki olaraq qəbul edilməsi işin mübahisəsiz halıdır. Belə ki, X23 ölümündən sonra onun birinci növbə vərəsələrindən oğlu X30 və qızı Cavabdeh qalmışdır. Hazırda iş üzrə cavabdeh olan Cavabdeh sözügedən miras əmlakın yalnız qardaşı tərəfindən fakiti olaraq qəbul edilməsini etiraf edir. Lakin cavabdeh düşünür ki, atasından qalan mirasdan ona da pay çatmalıdır. Məhkəmə hesab edir ki, X1 ümumi paylı mülkiyyət hüququ ilə məxsus olmuş və onun ölümündən sonra qalmış miras əmlak, yəni Samux rayonu, Qiyaslı kəndində yerləşən 0,9 ha həyətyanı torpaq sahəsinin onun payına düşən 1/4 hissəsi və Samux rayonu Qiyaslı kəndində yerləşən 2,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun payına düşən ¼ hissəsi əri X35 tərəfindən miras əmlaka faktiki sahiblik etməklə qəbul edilmiş, X23 ölümündən sonra isə, sağlığında onun tərəfindən faktiki formada qəbul edilmiş həmin miras əmlak da daxil olmaqla Aydın Məmmədova ümumi paylı mülkiyyət hüququ ilə məxsus olmuş Samux rayonu, Qiyaslı kəndində yerləşən 0,9 ha həyətyanı torpaq sahəsinin onun payına düşən 1/4 hissəsindən, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və Samux rayonu Qiyaslı kəndində yerləşən 2,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun payına düşən ¼ hissəsindən ibarət miras əmlakı Aydın Məmmədovun birinci növbə vərəsələrindən yalnız oğlu Ariz Məmmədov miras əmlaka sahiblik etməklə faktiki olaraq qəbul etmişdir. Ariz Məmmədovun ölümündən sonra isə, onun tərəfindən sağlığında atasından miras qalmış və onun faktiki olaraq qəbul etdiyi miras əmlak da daxil olmaqla, ona ümumi paylı mülkiyyət hüququ ilə məxsus olmuş Samux rayonu, Qiyaslı kəndində yerləşən 0,9 ha həyətyanı torpaq sahəsinin payına düşən 1/4 hissəsindən və Samux rayonu Qiyaslı kəndində yerləşən 2,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin payına düşən ¼ hissəsindən ibarət miras əmlak onun birinci növbə vərəsələri, yəni arvadı Nuriyyə, qızları Svetlana və Günel tərəfindən miras əmlaka sahiblik etməklə faktiki olaraq qəbul edilmişdir. İşin həmin faktiki hallarını cavabdeh özü də etiraf etdiyi üçün hazırda Ariz Məmmədovdan qalmış miras əmlakın onun arvadı və qızları tərəfindən qəbul edilməsi işin mübahisəsiz halı hesab olunur. X34 mirasını faktiki qəbul edən birinci növbə vərəsələrdən yalnız onun qızı, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sözügedən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini və miras əmlakdan payının müəyyən edilməsini tələb etdiyindən, məhkəmə yalnız ona münasibətdə mirasın qəbul edilməsi faktını müəyyən edə və onun həmin miras əmlakdan payını müəyyən edə bilər. Cavabdehin həmin miras əmlakdan pay tələb etməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdehin özünün də etiraf etdiyi kimi o, miras əmlakı nə formal, nə də faktiki olaraq qəbul etmədiyindən onun mirasdan pay tələb etməsi əsassızdır. Məhkəmə miras əmlaka daxil olan fərdi yaşayış evinin statusu ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, miras əmlaka daxil olan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş daşınmaz əmlak olmasına baxmayaraq həmin əmlak gözlənilən mülkiyyət hüququ əsası ilə miras əmlak kütləsinə daxildir və iddiaçının həmin əmlaka dair hissədə də mirası faktiki qəbul etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə o qənaətə gəlir ki, X1 ümumi paylı mülkiyyət hüququ ilə məxsus olmuş, Samux rayonu, Qiyaslı kəndində yerləşən 0,9 ha həyətyanı torpaq sahəsinin onun payına düşən 1/4 hissəsi və Samux rayonu Qiyaslı kəndində yerləşən 2,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun payına düşən ¼ hissəsindən ibarət olan və onun ölümündən sonra əri Aydın Məmmədov tərəfindən faktiki olaraq qəbul edilmiş miras əmlak da daxil olmaqla, mərhum X28 ümumi paylı mülkiyyət hüququ ilə məxsus olmuş Samux rayonu, Qiyaslı kəndində yerləşən 0,9 ha həyətyanı torpaq sahəsinin onun payına düşən 1/4 hissəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və Samux rayonu Qiyaslı kəndində yerləşən 2,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun payına düşən ¼ hissəsindən ibarət olan və onun ölümündən sonra oğlu Ariz Məmmədov tərəfindən faktiki olaraq qəbul edilmiş miras əmlakdan, həmçinin Ariz Məmmədova ümumi paylı mülkiyyət hüququ ilə məxsus olmuş Samux rayonu, Qiyaslı kəndində yerləşən 0,9 ha həyətyanı torpaq sahəsinin onun payına düşən 1/4 hissəsi və Samux rayonu Qiyaslı kəndində yerləşən 2,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun payına düşən ¼ hissəsindən ibarət olan miras əmlakın İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından İddiaçı həmin mirası qəbul etməsi faktı müəyyən edilməli, onun sözügedən miras əmlakdan payı müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X1 1/4 hissədə ümumi paylı mülkiyyət hüququ ilə məxsus olmuş Samux rayonu, Qiyaslı kəndində yerləşən 0,9 ha həyətyanı torpaq sahəsi və 1/4 hissədə ümumi paylı mülkiyyət hüququ ilə məxsus olmuş Samux rayonu Qiyaslı kəndində yerləşən 2,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, mərhum X28 1/4 hissədə ümumi paylı mülkiyyət hüququ ilə məxsus olmuş Samux rayonu, Qiyaslı kəndində yerləşən 0,9 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən “A” literli yaşayış binasında ümumi sahəsi 76,6 kvm və “B” literli yaşayış binasında ümumi sahəsi 58,4 kvm olan tikili olan mülk və 1/4 hissədə ümumi paylı mülkiyyət hüququ ilə məxsus olmuş Samux rayonu Qiyaslı kəndində yerləşən 2,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, həmçinin X20 ¼ hissədə ümumi paylı mülkiyyət hüququ ilə məxsus olmuş Samux rayonu, Qiyaslı kəndində yerləşən 0,9 ha həyətyanı torpaq sahəsi və ¼ hissədə ümumi paylı mülkiyyət hüququ ilə məxsus olmuş Samux rayonu, Qiyaslı kəndində yerləşən 2,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daxil olmaqla, ümumilikdə X16 miras qalmış Samux rayonu, Qiyaslı kəndində yerləşən 0,9 ha həyətyanı torpaq sahəsinin 3/4 hissəsindən, həmin torpaq sahəsinin üzərində yerləşən “A” literli yaşayış binasında ümumi sahəsi 76,6 kvm və “B” literli yaşayış binasında ümumi sahəsi 58,4 kvm olan tikili olan mülkdən və Samux rayonu, Qiyaslı kəndində yerləşən 2,02 ha kənd təsərrüfatı təyinatlı torpağın 3/4 hissəsindən ibarət mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. X16 miras qalmış Samux rayonu, Qiyaslı kəndində yerləşən 0,9 ha həyətyanı torpaq sahəsinin 3/4 hissəsindən, həmin torpaq sahəsinin üzərində yerləşən “A” literli yaşayış binasında ümumi sahəsi 76,6 kvm və “B” literli yaşayış binasında ümumi sahəsi 58,4 kvm olan tikili olan mülkdən və Samux rayonu, Qiyaslı kəndində yerləşən 2,02 ha kənd təsərrüfatı təyinatlı torpağın 3/4 hissəsindən ibarət miras əmlakdan İddiaçı 1/3 (üçdə bir) hissədə payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-646/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-646/2023
18.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver