Məhkəmə qərarları › İş №2(058)-652/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-652/2025

08.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-652/2025 08.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla X4 ilə birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci təvəllüdlü X2 hüquqi cəhətdən onun himayəsində olması ilə əlaqədər Samux rayon 1 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixli MŞS/1/2025-00055 nömrəli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi Samux Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(058)-304/2012 nömrəli qətnaməsi ilə X4 ilə aralarında olan rəsmi nikah pozulmuşdur. Birgə nikah dövründən xx.xx.2011-ci il təvəllüdlü X6 anadan olmuşdur və həmin qətnamə ilə ona 70 manat sabit pul məbləğində onun xeyrinə aliment kəsilmişdir. Lakin texniki səbəblərdən həmin məhkəmə qətnaməsində birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılması qət etdi hissəsində göstərilməmişdir. Hazırda uşağın faktiki olaraq onda qalması məhkəmənin müvafiq qətnaməsinin qət etdi hissəsində bu barədə məlumat olmaması səbəbindən dövlət orqanlarına müraciət etdikdə həmin texniki səhvliyə görə, lazımı müraciətlərindən imtina edilir. Uşağın onun yanında qalması faktının təsdiq olunması məqsədilə Samux rayon 1 saylı Mediasiya Təşkilatına tərəfindən müraciət edilmişdir. Mediasiya prosesində maraqlı şəxs nümayəndəsi vasitəsilə iştirak etdi və aralarında uşağın onun himayəsində qalması ilə əlaqədar barışıq sazişi imzalandı. Bu səbəbdən Samux rayon 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli MŞS/1/2025-00055 nömrəli barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsinə. Odur ki, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək ərizəsində qeyd olunanlara uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X3, bildirdi ki, maraqlı şəxs barışıq sazişinin icrasından yayınmır. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan mediasiya prosesində xx.xx.2025-ci il tarixdə X4 ilə Ərizəçi arasından birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il tarixində doğulmuş X2 anası Ərizəçi himayəsində qalması barəsində barışıq sazişi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Qanunvericiliyin tələbindən göründüyü kimi, əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün müraciət edə bilər. Hazırda isə maraqlı şəxs barışıq sazişini könüllü icra edir və icrasından imtina etmir. Buna görə ərizəçinin barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi əsaslı hesab edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar