Məhkəmə qərarları › İş №2(058)-656/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-656/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-656/2023 30.05.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən "xxxx" MMC-nin xeyrinə dörd müqavilə üzrə 1724,6 manat ödənilməmiş hissə, 171,4 manat cərimə, 38,96 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1934,96 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1801,2 manat (24 ay x 56,3 manat + 450 manat ilkin ödəniş), ANHEL-YUMŞAQ-KUNC-SAG UZUN- SUNGERLİ üçün 918,8 manat ödənilməmiş hissə, 91,2 manat cərimə borcu vardır. Cavabdehin "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1260 manat (18 ay x 70 manat) olan Soyuducu Samsung üçün 413,7 manat ödənilməmiş hissə, 41,3 manat cərimə borcu vardır. Cavabdehin "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 563,4 manat (18 ay x 30,8 manat+9 manat ilkin ödəniş), İmei kodu **********06538 olan XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 368,7 manat ödənilməmiş hissə, 36,3 manat cərimə borcu vardır. Cavabdehin "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 441 manat (18 ay x 24,5 manat), İmei kodu **********77047 olan XİAOMİ REDMİ 8 markalı telefon üçün 23,4 manat ödənilməmiş hissə, 2,6 manat cərimə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 2341 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilələrin əlavələrinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 1801 manat, ANHEL- YUMŞAQ-KUNC-SAG UZUN-SUNGERLİ ilkin 450 manat ödəniş etməklə nisyə qaydada almış, malın qiymətini ayda 56,3 manat olmaqla, 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 1260 manat olan Soyuducu Samsung nisyə qaydada almış, malın qiymətini ayda 70 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 563,4 manat, İmei kodu **********06538 olan XİAOMİ REDMİ NOTE 9 markalı telefon almış, malın qiymətini ayda 30,8 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 441 manat, İmei kodu **********77047 olan XİAOMİ REDMİ 8 markalı telefon almış, malın qiymətini ayda 24,5 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 882,4 manat ödəmiş, 918,8 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 91,2 manat cərimə hesablanmışdır. xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas məbləğdən 846,3 manat ödəmiş, 413,7 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 41,3 manat cərimə hesablanmışdır. xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 194,7 manat ödəmiş, 368,7 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 36,3 manat cərimə hesablanmışdır. xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 417,6 manat ödəmiş, 23,4 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 2,6 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə cavabdehdən dörd müqavilə üzrə 1724,6 manat ödənilməmiş hissə, 171,4 manat dəbbə pulu olmaqla, cəmi 1896 manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 132.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 38,96 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 132.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 918,8 manat ödənilməmiş hissə, 91,2 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 413,7 manat ödənilməmiş hissə, 41,3 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 368,7 manat ödənilməmiş hissə, 36,3 manat dəbbə pulu olmaqla, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 23,4 manat ödənilməmiş hissə, 2,6 manat dəbbə pulu, ümumilikdə 1896 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38,96 manat olmaqla, cəmi 1934,96 (min doqquz yüz otuz dörd manat 96 qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar