Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-657/2024 10.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 Baxşı qızı (həmçinin Ərizəçi3 etibarnamə üzrə nümayəndəsi) və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 Baxşı qızının, Ərizəçi2 və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1 Baxşı qızı, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, JN-0111, kod-50700001 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1 əvəzinə həmin şəxsin X21, X22 əvəzinə həmin şəxsin X23, X18 əvəzinə həmin şəxsin Ərizəçi1 Baxşı qızı, X14 əvəzinə həmin şəxsin Ərizəçi2, X8 əvəzinə həmin şəxsin Ərizəçi3 olması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslanıdrılmışdır ki, Məmmədova (Sultanova) Lalə Baxşı qızı, Mustafayeva (Sultanova) Məryəm Baxşı qızı və İsmayılova (Sultanova) X25 rayonu Qarayeri qəsəbəsində anadan olmuşlar. Samux rayon X7 xx.xx.1997-ci il tarixli, 181 saylı qərarı ilə 1,25 ha torpaq sahəsi onların və digər ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-0111, kod 50700001 saylı torpağı mülkiyyətə dair dövlət aktı onlara məxsusdur. Lakin həmin mülkiyyət sənədində qeyd olunan soyad, ad və ata adlarında müəyyən hərf səhvləri var ki, bu da digər sənədlərlə uyğunsuzluq təşkil edir. Ona görə də sözügedən mülkiyyət sənədinin onlara məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətrində qalmışlar. Ərizəçilər xx.xx.2024-cü il tarixdə məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq JN-0111, kod 50700001 saylı torpağın mülkiyyətə verilməsi dair dövlət aktının X21, X23, Ərizəçi1 Baxşı qızı, Ərizəçi2 və Ərizəçi3 məxsus olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Ərizəçi1 Baxşı qızı (həmçinin Ərizəçi3 nümayəndəsi) ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçi2 ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 bildirdi ki, o, ərizəçilərin əmisidir. X21 onun atası, X23 onun qardaşı, X15 qardaşının arvadı olub. Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 181 saylı qərarı ilə verilmiş, Samux rayon Şəmşəddin kəndi ərazisində yerləşən 1.23 ha torpaq sahəsi ərizəçilərə, onların valideynlərinə, həmçinin ona və atası Kərimə məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 bildirdi ki, ərizəçilər onun qardaşı qızlarıdır. X21 onun atası, X23 və X27 onun qardaşı, X15 isə qardaşı Baxşının arvadı olub. Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 181 saylı qərarı ilə verilmiş, Samux rayon Şəmşəddin kəndi ərazisində yerləşən 1.23 ha torpaq sahəsi ərizəçilərə, onların valideynlərinə, həmçinin onun atası Kərimə və qardaşı Anara məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 bildirdi ki, ərizəçilər onun dayısı qızlarıdır. X21 onun babası, X23 dayısı və X27 dayıları X15 isə dayısı Baxşının arvadı olub. Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 181 saylı qərarı ilə verilmiş, Samux rayon Şəmşəddin kəndi ərazisində yerləşən 1.23 ha torpaq sahəsi ərizəçilərə, onların valideynlərinə, həmçinin onun atası Kərimə və dayısı Anara məxsusdur. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: JN-0111 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Samux rayon Şəmşəddin kəndində yerləşən 1.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 181 saylı qərarı ilə X20, X22, X27, X15, X18, X14 və X2 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-12365/2023 nömrəli bildirişin surətindən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunmadığından qeyd olunan düzəlişlərin aparılmasından imtina olunmuşdur. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışından görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 saylı qərarı ilə verilmiş 1.23 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən kod 50700001 saylı Dövlət Aktında mülkiyyətçilərin soyadının, adının və ata adının düzgün yazılışı qeyd olunmuşdur. Xİİİ-ЖГ 366871 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1988-ci il tarixdə Xanlar rayonun Qarayeri qəsəbəsində doğulmuş X9 atası X23, anası X5r. Gəncə “Asan” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 2188 akt qeydi ilə verilmiş AZ İ 999457 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X24 arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanılmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədov soyadı verilmişdir. XVİİİ--ЖГ 400183 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1995-ci il tarixdə Samux rayonun Qarayeri qəsəbəsində doğulmuş X3 atası X23, anası X5r. AZ İİ 206875 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X11 arasında 03 iyun 2017-ci il tarixdə nikah bağlanılmışdır. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1989-cu il tarixdə Xanlar rayonu Qarayeri qəsəbəsində doğulmuş X4 atası X23, anası X5r. AZ İ 954399 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X16 ilə X17 arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanılmışdır. Nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada Mustafayeva soyadı verilmişdir. AZ-İ 001999 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2003-cü il il tarixdə ölmüşdür. AZ-İ 002089 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2003-cü il il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, JN-111, Kod 50700001 saylı torpağa mülkiyyət hüququna X43 mülkiyyətçilərdən X12 ata adı səhvən “Baxış”, X13 adı səhvən “Baxış”, X4 adı və ata səhvən “Məryam Baxış qızı”, X9 adı və ata adı səhvən “Nailə Baxış qızı” kimi göstərilmişdir. Həmin sənədin ərizəçilərə məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş aqrar-islahat komissiyaları artıq fəaliyyətini dayandırdığından ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməzlər, həmin sənəd, ərizəçilərə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində düzgün qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 saylı qərarı ilə verilmiş, Samux rayonu Şəmşəddin kəndində yerləşən 1.23 hektar torpaq sahəsinə mülkiyyət hüququnu müəyyən edən torpağa mülkiyyət hüququna dair JN-0111 (KOD ********) saylı dövlət aktının Ərizəçi1 Baxşı qızına, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216.2; 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 181 saylı qərarı ilə verilmiş, Samux rayon Şəmşəddin kənd ərazisində yerləşən 1.23 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən JN-0111 (KOD ********) saylı mülkiyyət sənədinin Ərizəçi1 Baxşı qızına, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-657/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-657/2024
10.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver